Bazar günü günü, 08 noyabr 2026
     

Qərb Rusiyaya qarşı Çinlə birləşir...

Image


Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin şimal qonşumuza qarşı daha sərt mövqe sərgiləməyə başlaması müşahidə edilir. Bu fonda Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinın açıqlamaları xüsusi diqqət cəlb edir.

O, artıq Rusiya rəhbərliyinin məsuliyyətə cəlbi istiqamətində fəaliyyətə başlayacaqlarını bildirir: “Ağ Ev bu həftənin sonunda Ukraynaya əlavə yardım elan edə bilər. ABŞ Rusiya prezidenti Vladimir Putini istənilən hərbi cinayətə görə məsuliyyətə cəlb etmək üçün səy göstərəcək”.

ABŞ-ın qocaman dövlət xadimi Henri Kissincer isə Ukrayna müharibəsi barədə maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, Rusiyanın müdaxiləsi göstərdi ki, Ukraynanı NATO-dan kənarda saxlamağın artıq heç bir mənası yoxdur. Kissincer bundan əvvəlki çıxışlarında Ukrayna məsələsində Rusiya ilə razılaşmalara, Moskvaya təhlükəsizlik qarantiyalarının verilməsinə çağırırdı. Lakin Davos forumunda videobağlantı ilə çıxış edən siyasətçi indi mövqeyini dəyişərək bildirir ki, Ukraynanın NATO üzvlüyünə qəbul edilməsi bu müharibənin tamamilə məntiqi nəticəsi sayıla bilər: “İndiki şəraitdə Ukraynanın neytral olmasının artıq heç bir mənası yoxdur”. Finlandiyanın baş naziri Sanna Marin də Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib ki, Ukrayna NATO üzvü olsaydı, indi heç bir müharibə olmazdı. O əlavə edib ki, ölkəsi və İsveç elə bu səbəbdən NATO üzvlüyü üçün müraciət ediblər: “Biz NATO üzvü olmaq istəyirik, çünki Finlandiyada bir daha müharibə olmasını istəmirik. Biz bundan əvvəl Rusiya ilə müharibədə olmuşuq”. Bu vəziyyətdə Qərbin əsas məqsədlərindən biri də Çini Rusiyadan uzaqlaşdırıb yalqız buraxmaqdır. Maraqlıdır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi təxminən bir ilini tamamladığı bir vaxtda Çinin işğaldan qısa müddət əvvəl bəyan etdiyi ikitərəfli münasibətlərlə bağlı “sərhədsiz dostluq” konsepsiyasını nəzərdən keçirə biləcəyinə dair əlamətlər var. Kremlin Ukrayna müharibəsindəki uğursuzluğunu seyr edən və eyni zamanda daxili problemlərlə məşğul olan Çin indi Rusiyanın izlədiyi xəttin mənfi təsirlərini minimuma endirməyə, Qərblə münasibətlərini düzəltməyə çalışır. Burada xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzünə başlamazdan cəmi 20 gün əvvəl Putin Çin prezidenti Si Tsinpinlə görüşmüşdü. Bu tarixi görüşdə iki lider “sərhədsiz dostluqdan” danışaraq, hər hansı bir sahənin əməkdaşlıq xaricində qalmayacağını bildirmişdi. Britaniyanın aparıcı qəzetlərindən olan “Financial Times” öz mənbələrinin həmin görüşdə iki liderin Ukraynadan da danışdıqlarını təsdiqlədiyini yazır. Qəzetin eyni mənbələrə əsaslanan xəbərində Putinin bu görüşdə Çin liderinə, Rusiyaya hücum edilərsə, hər vasitəyə əl atacaqlarını dediyi qeyd edilir. Amma maraqlısı odur ki, Putin bu görüşdə Çin rəhbərinə Ukraynanı işğal etməyə hazırlaşdığını deməyib: “Çin prezidenti Si Tsinpinin Rusiyanın işğal planlarından xəbərsiz olduğuna əmin ola bilmərik, lakin Çinin BMT Təhlükəsizlik Şurasının mart ayında Moskvanı pisləyən qətnaməsinin əleyhinə səs vermək əvəzinə bitərəf qalması Pekinin əvvəldən təmkinli bir mövqe tutduğuna işarədir.  Müharibənin əvvəlində Çin ictimaiyyətinin bir hissəsi Rusiyanın atdığı addımları həvəslə dəstəklədi və Putinin "xüsusi hərbi əməliyyat" adlandırdığı işğalı elan edən çıxışının Çin dilinə tərcümə edilmiş videoları internetdə geniş şəkildə paylaşıldı. Lakin rəsmi səviyyədə Pekin strateji qeyri-müəyyənlik xəttini qorudu. Çin hökuməti bir tərəfdən müharibənin başlamasına NATO-nun Avropada genişlənmə strategiyasının səbəb olduğunu bildirərək ABŞ-ı günahlandırır, digər tərəfdən isə Rusiyaya mənalı dəstək verməyə tələsmirdi”.

Bu fonda ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post” Rusiyanın dəfələrlə Çindən texnoloji və maliyyə dəstəyi istədiyini iddia edib. Qəzetin xəbərində qeyd olunur ki, Si Tsinpin Moskva ilə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq yollarını axtarmağa etiraz etməsə də, bütün danışıqlar gərgin keçib. “Washington Post” qəzetinin xəbərini əsaslandırdığı mənbə “Çinin Rusiyanın içinə düşdüyü çətinliklərini anladığını, lakin  öz qeydinə qalmalı olduğunu da” bildirir. Ukraynada müharibə başlayandan sonra Rusiya və Çin liderləri yalnız bir dəfə, sentyabrın ortalarında Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq forumda görüşüblər. Həmin vaxt həm də Ukrayna qüvvələrinin əks-hücumunun, cəmi bir neçə həftə əvvəl rusların ilhaq etdiyi geniş əraziləri geri almağa başlamasının ilk günləri idi. Görüşdən sonra Putin Ukrayna müharibəsi ilə bağlı çinli dostların balanslı mövqeyini məmnunluqla qarşıladığını dedi. Si Tsinpin də öz növbəsində Çinin fövqəlgüclər kimi Rusiya ilə birlikdə hərəkət etməyə və dünyaya sabitlik və müsbət enerji gətirəcək liderlik rolunu öz üzərinə götürməyə hazır olduğunu bildirdi. Lakin kameralar qarşısında bir-birinin kürəyinə əl vuraraq dəstək ifadə etmənin arxasında  daha mürəkkəb bir reallıq üzə çıxıb. Ukraynadakı müharibə Çin üçün həlli asan olmayan və ya çözülməsi elə də rahat olmayacaq bir sıra problemlər yaradıb. Avropada qismən Rusiya ilə müharibənin başlaması ilə meydana gələn enerji böhranının da təsiri ilə artan yaşayış dəyəri böhranı, avropalı istehlakçıların daha az Çin malları alması demək idi. Digər tərəfdən, Çinin Rusiyanın Ukraynanı işğalını açıq şəkildə pisləməkdən imtina etməsi Pekinin Qərblə münasibətlərində gərginlik yaradırdı. Çinin iki ən böyük ticarət tərəfdaşı ABŞ və Avropa İttifaqı idi. Rusiya-Çin münasibətləri üzrə ekspert Leonid Kovaviç “sərhədsiz dostluq” anlayışının atılan addımlarda əks olunmadığı ilə həmfikirdir: “Bütün Qərblə münasibətləri çətinləşdirmək Çinin maraqlarına zidd olardı. Çinin-ABŞ münasibətlərinin uzun müddət  gərgin qalacağı nəzərə alınsa, Çinin heç olmasa Avropa İttifaqı ilə münasibətlərini korlamaması vacibdir". Bu fonda Çindəki hökumətyönlü siyasi şərhçilər anonim olaraq deyirlər ki, Çin administrasiyası Moskvanın Ukrayna ilə bağlı uğursuzluğundan və geosiyasi yanlış hesablamalarından məyusdur. Çinin birdən-birə rəsmi ritorikasını anti-Rusiya xəttinə çevirəcəyi gözlənilmir. Lakin Pekin, çox güman ki, ehtiyatlı və praqmatik yanaşma ilə hərəkət edərək, Rusiyanın Ukraynadakı hədəflərinə çata bilməməsi və bu prosesdə böyük beynəlxalq gərginlik yaratmasının özünə vura biləcəyi zərəri minimuma endirməyə çalışacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ