Bazar günü günü, 08 noyabr 2026
     

Ukraynada Birinci Dünya müharibəsinin rekordları təkrarlanır

Image


Rusiya və Ukrayna qüvvələri Soledar duz mədənləri şəhərinə nəzarətlə bağlı ziddiyyətli bəyanatlar səsləndirdikləri bir vaxtda ölkənin şərqində ağır döyüşlər gedir, böyük dağıntılar baş verir.

Əvvəlki  kimi hər iki tərəf şəhərə nəzarətin onun əlində olduğu deyir. Kreml bildirir ki, Rusiya qüvvələri Soledarı, demək olar, bütünlükdə ələ keçirib. Ukrayna qüvvələri isə bəyan edir ki, onlar şəhərin şimal-qərb ucqarında mövqelərini saxlayır. O da vurğulanır ki, Soledar şəhəri ətrafında, Baxmut və Avdeyevsk istiqamətlərində də müdafiə xətti saxlanır.

Məlumata görə, Rusiya hərbi birləşmələri Baxmut istiqamətində gündə ən azı 30 hücum əməliyyatı təşkil etməyə cəhd göstərir. Hərbi təhlilçilər Soledarın, yaxud yaxınlıqdakı Baxmut şəhərinin strateji dəyərini sual altına alsalar da, Rusiyanın irəliləməsi Kreml üçün yaxşı xəbər sayılır. Çünki Rusiya qüvvələri 2022-ci ilin iyulundan Ukraynada bircə şəhəri belə tuta bilməyib. Bu iki şəhər uğrunda ağır döyüşlərdə hər iki tərəfdən minlərlə əsgər həlak olub. Soledar və Baxmut döyüşləri ötən yaydan gedir. Ukrayna rəsmiləri bu döyüşlərlə Rusiya qüvvələrinin qeyri-mütənasib itki verməsinə nail olmağa çalışsalar da, minlərlə ukraynalı əsgər də itirilib. Baş verənlər fonunda prezident Volodimir Zelenski Soledarda bircə divarın salamat qalmadığını bildirib. Onun aparat rəhbəri Andrey Yermak isə bu döyüşləri Birinci Dünya müharibəsindəki ən uzunmüddətli Verden döyüşləri ilə müqayisə edib. Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko ərazini qan çanağı adlandırıb. Kirilenko müharibəyədək 10 mindən çox əhalisi olan Soledarda 600-dək sakinin qaldığını deyib. Soledar döyüşləri Rusiyanın nizami qüvvələri ilə “Vaqner” muzdlu döyüşçü qrupu arasında ziddiyyətləri də üzə çıxarıb. “Vaqner” aylardır Soledar və Baxmuta hücumun önündə gedir. Bir çox təhlilçilərin fikrincə, “Vaqner”in başçısı Yevgeni Priqojin Rusiya əsgərlərinin dalana dirəndiyi ərazini öz qüvvələrinin tutmasıyla Moskvada siyasi mövqeyini gücləndirməyə ümid edir. Rusiyanın Müdafiə Nazirliyi hələ yanvarın 13-də Soledara nəzarətin götürülməsi haqda bəyanat yaysa da, “Vaqner”in adını çəkməyib. Az sonra “Vaqner”də komandirlərdən biri Andrey Troşev “Telegram” postunda nazirliyi başqalarının uğurlarını oğurlamaqda ittiham edib. “Rus Sedentary” fondunun başçısı Olqa Romanova məsələ ilə bağlı bildirir: “Ukraynanın şərqində sanki üç ordu döyüşür: Ukrayna ordusu və Rusiyanın bir-birilə zəif əlaqələri olan və bir-birilə rəqabət aparan iki ordusu. Ümumilikdə, onlar bir-birini sevmirlər”.

2014-2017-ci illərdə ABŞ-ın Avropadakı hərbi qüvvələrinin komandanı, hazırda istefada olan general Ben Hodcis Baxmut və Soledarın əhəmiyyətindən danışarkən bildirib: “Vaqner”in qurucusu Yevgeni Priqojin  üçün bu, az qala, bir təkəbbür layihəsidir. Nə qədər adamın ölməsi onu narahat etmir. Onlar beş aydır əlləşirlər, ancaq hələ də Baxmutu götürə bilməyiblər. Amma hələ də təlim görməmiş, yeni səfərbər olunmuş əsgərləri bu döyüşə atmağa davam edirlər. Təzəlikcə bu bölgədə iri duz və gips yataqlarının olması üzə çıxdı. Priqojin hətta orada resursları ələ keçirmək haqda da danışıb. Onun əsl məqsədinin strateji yol ayrıcları deyil, gips mədənləri olduğunu bilməyin burada öldürülən minlərlə insanın ailələrinə nə qədər təsəlli olacağını bilmirəm.
Mənə elə gəlir ki, Baxmut ətrafındakı bütün bu əməliyyat rusların hərbi əməliyyatında koordinasiyanın çatışmamasını göstərir. Mən Priqojinin general Sergey Surovikindən əmr aldığını düşünmürəm. Onun general Valeri Gerasimovdan əmr almadığı isə dəqiqdir. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Gerasimov yanvarın 11-də Ukraynada müharibə aparan Rusiya ordusunun baş komandanı təyin edilib. Bəs onda bu işlərə kim rəhbərlik edir?.. Onların koordinasiyalı planı yoxdur. Onlar həqiqətən də xoşbəxtlikdən hələ fevralda, martda göstərdikləri institusional səhvlərdən nəticə çıxarıb onları düzəltməyiblər. Rusiya hər zaman düşünüb ki, kütlə, say qələbə qazandırır. Yəni bu, əsrlərlə onların üsulu olub. İndi də son nəticədə Ukrayna ordusunu yorub əldən salacaqlarını düşünürdülər. Ancaq onların bunu edə bilmədikləri aydın görünür. Ukraynalılar o qədər peşəkar, bacarıqlı oldular ki, indi biz əslində dəqiqliyin saya üstün gəldiyini görürük. Yetərincə dəqiqliyin varsa və onu düzgün yerlərdə işlədə bilirsənsə. Ukrayna davamlı olaraq müxtəlif vasitələrlə logistikanı – nəqliyyat şəbəkələri, sursat anbarlarını hədəfə aldı”. Hodcis Qərb dövlətlərinin Rusiyanın hücumları gücləndirə biləcəyindən narahat olmamasının əhəmiyyətini vurğulayıb. O, son həftələr ərzində Ukraynaya müasir silahların verilməsi haqda qərarların gecikmiş olduğunu qəbul etsə də, onların dəyişiklik yaradacağına inandığını deyir: “Əlbəttə, Ukraynanın Krımı azad etməsindən sonra da hər şey bitməyəcək. Onlar hələ uzun müddət özlərini müdafiə etməli olacaqlar. Buna görə də, bu silahlar hələ burada olmasa da, onlar hələ qarşıdakı aylar ərzində lazım olacaq. Heç də həmişə xəbər başlıqlarına çıxmayan o qədər işlər var ki… Rusiya İrandan dron, Şimali Koreyadan soyuq hava uniforması alır, vəssalam. Ukraynaya kömək etmək üçünsə sıraya düzülən 50 dövlət var. Biz bunu onlara lazım olduğu qədər sürətli edə bilmişikmi? Yox. Kifayət qədər kömək etmişikmi? Yox. Daha çox kömək gələcəkmi? Ümid edirəm hə. Mən Kremldə olsaydım, deyərdim ki, almanlar ukraynalılara “Marder” döyüş maşını və daha bir “Patriot” batareyası verirlər, özləri də “Leopard” tankı verməkdən danışırlar. Yəni bütün bunlar Rusiya tərəfini çəkindirməlidir. Ukrayna ordusu rusların Baxmut ətrafındakı hücumlarının qarşısını almağa davam etməli, eyni zamanda Belarusla şimal sərhədini, habelə Xarkovun şimalını nəzarətdə saxlamalıdır”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ