Bazar günü günü, 08 noyabr 2026
     

Molla rejiminin yeni əcaiblikləri - məhkəmələrdə dəhşətli faktlar...

Image


İranda sentyabrın ortalarında hicab qaydasını pozduğuna görə polisə aparılan gənc qadın Məhsa Əmini orada vəfat etdikdən sonra bu hadisə ilə bağlı başlanan etirazlar fonunda rejimin daha da qəddarlaşması, eyni zamanda bir sıra əcaib addımlar atması müşahidə edilir.

Məsələ bundadır ki, hazırkı küçə etirazları İranda 1979-cu il inqilabından bəri ən böyük aksiya sayılır. Ölkənin müxtəlif şəhərlərində qadınlar etiraz olaraq hicablarını atır, yandırır və saçlarını kəsirlər.

Baş verənlərdə xarici qüvvələri ittiham etməyə çalışan rejim buna qarşı mübarizə aparmasına dair görüntülər yaratmağa çalışır. Elə bu müstəvidə İran rejimi ölkənin özəl məktəblərində istifadə olunan xarici dil dərsliklərinin redaktəsinə hazırlaşır. Ölkənin dini hakimiyyəti bu kitabların İslam Respublikasının dəyərlərinə uyğun gəlmədiyini bildirir. İrandakı qeyri-hökumət Məktəblər və Mərkəzlər təşkilatı elan edib ki, tezliklə ali rəhbər ayətüllah Əli Xamneyinin göstərişi ilə İran məktəblərində isitfadə olunan xarici dil dərsliklərinin redaktəsinə və dəyişdirilməsinə başlanacaq. Təşkilatın rəhbəri Əhməd Mahmudzadə ILNA agentliyinə bildirib:  “Bizim adət və mədəniyyətimizə uyğun gəlməyən dərsliklər təhsil sistemindən çıxarılacaq”. Son illərdə İran məktəblərində tədris olunan dərsliklər Xamneyinin göstərişi ilə dəyişdirilib, lakin bu təftiş ilk dəfədir ki, özəl məktəblərə şamil olunacaq. Bəzi xəbərlərə görə, Xamneyi iranlı uşaqlara xarici dillərin, xüsusilə də ingilis dilinin tədrisinin ümumiyyətlə əleyhinədir. 2016-cı ildə verilmiş belə fətvalardan birinə görə İranın ibtidai siniflərində ingilis dilinin tədrisi qadağan olunub. Xatırladaq ki, Xamneyi ölkədə əsas söz sahibidir, lakin bir çox iranlı onun getdikcə insanların şəxsi həyatına daha çox müdaxilə edən fətvalarından narazıdır. Baş verənlər dünya birliyi tərəfindən də kəskin ittiham olunur. Almaniyanın xarici işlər naziri Annalena Berbok İranın Berlindəki səfirini bir həftədə ikinci dəfə nazirliyə dəvət edib. Xanım Berbokun sözçüsü Kristofer Burger deyib ki, səfirə İranda insan haqlarının kütləvi pozulması və edamlar dalğası ilə bağlı etiraz bildirilib. Bu vəziyyətdə İranın Avropadakı diasporalarının 12 minədək nümayəndəsi Strasburqda Avropa Parlamentinin binası qarşısında izdihamlı mitinq keçirib. İştirakçılar Avropa İttifaqından, Britaniyadan və  Birləşmiş Ştatlardan nümunə götürərək, İran İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçu təşkilat elan edilməsini tələb ediblər. Belə bir vaxtda İran məhkəmələri ilə bağlı da dəhşətli faktlar üzə çıxıb. Məsələn, aksiyalara görə İranda mühakimə edilənlər məhkəmədə bir vəkillə təmin edilir, ancaq edam və casusluq ittihamlarında vəkillə təminat “müstəqil” şəkildə həyata keçirilmir. Məhkəmə ədliyyə qurumlarının təsdiqlədiyi siyahıdan bir vəkili prosesə qoşur. Jurnalistlərin və ittiham edilən şəxslərin ailələrinə məhkəməni izləməyə icazə verilmir. Məhkəmədə nə baş verdiyinə dair görüntülər yalnız cavabdeh şəxslər tərəfindən montaj edilərək yayılan bir videodan ibarət olur. İttiham edilənlər ağır işgəncəyə məruz qalırlar. İranın hökumət nümayəndələri bu cür məhkəmə proseslərinin etirazçıları “fikirlərindən daşındırmağa” xidmət etdiyini dəfələrlə dilə gətiriblər.

İnsan haqları vəkili Sina Yusufi siyasi və və təhlükəsizlik ittihamları ilə üzləşən vətəndaşları müdafiə edən vəkillərin hər zaman basqılara məruz qaldığını söyləyir. Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının başqan vəkili olan Sina Yusufi keçən oktyabr ayında kollegiya tərəfindən həbs edilənlərə dəstək üçün “müdafiə komitəsi” təşkil edildiyini açıqladıqdan sonra nəzarət altına alınıb və həbs cəzasına məhkum edilib. Yusufi son illərdə fəaliyyətləri səbəbilə mühakimə edilən bəzi türk fəallar, uşaqlarına seçdikləri türk adları ilə şəxsiyyət vəsiqəsi ala bilməyən aiələri İran məhkəmələrində müdafiə edib. Onun dediklərinə görə, kollegiyanın İnsan Haqları Komissiyası təşkil olunduqdan bəri İran Azərbaycanında insan haqları mövzuları, o cümlədən siyasi məhbusları müdafiə və ətraf mühit məsələlərinə diqqət yetirib: “Təbrizdə, yəni Azərbaycanda siyasi fəaliyyət çoxdur və hökümətin təhlükəsizlik baxışı hakimdir. Bu vəziyyətdə də siyasi məhbuslarımız olur. Ona görə insan haqları komissiyası adətən bu məsələlərə daxil olur. Sırf məhkəmə işlərində deyil, komissiya çox hallarda bəyanat verərək və ya media yolu ilə bu mövzulara daxil olub və insan haqları fəaliyyəti göstərənləri himayə edib. Ətraf mühit məsələlərinə daxil olub. Urmiyə gölü məsələsi və ya hava kirliliyi kimi məsələlərə daxil olub. Bu son etirazlarda da komissiya bu xüsusda bəyanat verdi və İrşad Dövriyyələrinin (hicaba nəzarət edən qüvvələr) ləğv edilməsini istədi. Ondan sonra vəkillər kollegiyası və özəlliklə insan haqları komissiyasının üzərinə gəlməyə başladılar”. Yusufidən əlavə daha üç vəkil nəzarət altına alınaraq həbsə məhkum edilib. Həmçinin, onlarla vəkil haqqında intizam maddəsi üzrə iş açılıb. Yusufi qeyd edir: “Etirazlarla birlikdə həmkarların çoxu internet üzərindən xalqa dəstək bildirmişdi. Yazı paylaşırdılar. Bəziləri də tutulanları məhkəmədə pulsuz müdafiə etməyə hazır olduqlarını bildirmişdi. Məndən əlavə üç vəkil tutuldu. Amma ədliyyənin kəşfiyyat qurumu gördü ki, hər kəsi tutmaq istəsə, yüz nəfərdən artıq vəkili tutmalı olacaq. Buna görə bir siyahı hazırlayıb kollegiyaya göndərdilər. Bildiyimə görə, siyahıda 52 nəfərin adı var idi. Sonradan bu adlara əlavələr olunub. İndi isə, bildiyim qədər, 72 vəkilin adı var və deyiblər ki, bunlara qarşı ölçü götürülsün”. O hesab edir ki, vəkilləri kollegiya vasitəsilə cəzalandırmaq kollegiyanın müstəqilliyinə də böyük bir zərbədir. Sina Yusufininin söylədiklərinə görə, ilk dəfə deyil ki, siyasi və təhlükəsizlik ittihamları ilə üzləşən fəalları müdafiə edən vəkillərə təzyiq olunur: “O vəkillər ki, siyasi və təhlükəsizlik dosyeləri üzərində işləyir, həmişə məhdudiyyətdə olublar. Həmişə basqıda olublar. Bu ilk dəfə deyildi ki, bu basqıları görürdük. Mən daha əvvəl də ədliyyə idarəsinin kəşfiyyat qurumuna çağırılmışdım”. Amma digər ekspert Rza Talibi bildirir ki, rejim təzyiqlər yolu ilə istəyinə çata bilməyəcək: “Lidersizlik və xalqın bir şəkildə orqanik olaraq bir-biri ilə əlaqədə olmaması səbəb olur ki, hakimiyyət onları fərqli yerlərdə basdırıb əzdirsin. Ancaq görünən budur ki, qeyri-fars etnik qruplar və fərqli məzhəbdə olanlar, yəni sünni bölgələrdə və ya türklər, kürdlər, lurlar və digər etnik qrupların yaşadığı bölgələrdə etirazlar ardıcıl şəkildə davam edir”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ