Bazar günü günü, 08 noyabr 2026
     

Molla rejimi repressiv həbsxanaların pulunu 50 faiz artırdı…

Image


Xalq etirazlarının davam etdiyi İranda mövcud rejim əhalinin istək və tələblərini nəzərə almaq əvəzinə repressiya maşınını daha da gücləndirmək qərarına gəlib. Belə ki, ağır sosial-iqtisadi vəziyyətə baxmayaraq, İran hökumətinin təqdim etdiyi büdcə layihəsində hərbi, təhlükəsizlik və təbliğat xərcləri əhəmiyyətli şəkildə artırılıb.

Hazırlanmış büdcə qanunu layihəsinə görə İslam İnqilab Keşikçiləri Korpusuna ayrılacaq vəsait ötən ildəkindən 28 faiz çox olacaq. Layihəyə görə dövlət radio-televiziyasının xərcləri 42, Kəşfiyyat Nazirliyi və həbsxanaların xərcləri 50 faiz artırılacaq. Ölkənin yeni il büdcəsinin layihəsi İran iqtisadiyyatının hələ də ABŞ sanksiyaları altında olduğu, 22 yaşlı Məhsa Əmininin ölmünə görə başlanmış etirazların davam etdiyi bir vaxtda tərtib olunub. Hazırkı etirazlar dalğası İran İslam Respublikasının 1979-cu il inqilabından bəri üzləşdiyi ən böyük təhlükədir. Elə bu fonda İran güc strukturlarına çəkilən xərcləri çoxaldır.  Şərhçilər qeyd edirlər ki, İranın hərbi, təhlükəsizlik və təbliğat xərclərini bu qədər artırması başqa sahələrdə, məsələn havanın çirklənməsinin qarşısının alınması xərclərinin azaldılması hesabına baş verəcək. Eyni zamanda əhalinin sosial rifahına ayrılan vəsaitlərin də azalması proqnozlaşdırılır. Belə vəziyyətdə xalq etirazlarının daha kəskin xarakter alması gözlənilir. Bunu Güney Azərbaycan Milli Oyanış Hərəkatının başqanı Mahmudəli Çöhrəqanlı da xüsusi olaraq qey edir: “Aksiyaların 4 aya yaxındır davam etməsi etirazların inqilab xarakteri almağa başladığı anlamına gəlir. Bunu Avropa ölkələrinin rəsmiləri, siyasi ekspertlər, siyasətçilər də təsdiq edir. Tehran rejimi qarşısında duran bütün insanlara qarşı şiddətli repressiyaya əl atır, uşaq-böyük, qoca-cavan demədən həbs edir, öldürür. 16-17 yaşlı yeniyetmə qızlarımız belə rejimin qətllərindən kənarda qala bilmir. Demək olar ki, fars-molla rejiminin bıçağı artıq xalqımızın sümüyünə dayanıb. Buna baxmayaraq, cinayətkar rejimə qarşı etirazlar davam edir və edəcək. Bu aksiyalar azala, çoxala, yaxud səngiyə bilər, ancaq dayanmayacaq. İnanıram ki, 2023-cü ildə vətənimiz, millətimiz fars-molla rejiminin əsarətindən qurtulacaq. Rejim tarixin zibilliyinə atılacaq, İranda yaşayan xalqlar öz hakimiyyətlərini qura, öz müqəddəratlarını təyin edə biləcəklər. Mahmudəli Çöhrəqanlı “axar.az” portalına indiki mərhələdə Güney Azərbaycan milli hərəkatının İranda baş verən nümayişlərdə rolu və təsirinə də toxunub: “Təəssüf ki, hazırda bizim hərəkatın təsiri istənilən səviyyədə deyil, bir az zəifik. Pakistanın 9 milyon əhalisi olan muxtar Bəlucistan əyaləti sərhədin İran tərəfində olan bəluclara dəstək verir. Buna görə bəluclar yaxşı təşkilatlanıblar. Onlar çoxdandır İranda fars-molla rejiminə qarşı ciddi mübarizə aparırlar. Silahlanıb və faşist Tehran rejiminə qarşı döyüşür, ölür və öldürürlər. Bu, bir gerçəklikdir, vətənini işğaldan azad etmək üçün düşmənini məhv etməlisən. Ərəblərdə də vəziyyət belədir. Onların yaxınlığında Bəhreyn, BƏƏ, Səudi Ərəbistan, Küveyt var ki, İran ərəblərinə ciddi dəstək verirlər. Xüsusən, Bəhreyn və Ərəbistan onları maddi-siyasi baxımdan dəstəkləyir. Bu səbəbdən İran ərəbləri də təşkilatlanmaq baxımından bizdən daha irəlidədirlər. Ancaq təəssüf ki, bizi dəstəkləyən olmayıb. Əlbəttə, Azərbaycan Respublikası hakimiyyətinə, xüsusən cənab İlham Əliyevə təşəkkürümüzü bildirir, son çıxışlarına görə minnətdarlığımızı ifadə edirik. Ümid edirik ki, bu çıxışlar nəzəriyyədən praktikaya keçəcək.
Millətimizin Azərbaycanımızın dəstəyinə ciddi ehtiyacı var. İran rejimi Azərbaycan müstəqil olan ilk gündən onun əleyhinə olub. Birinci Qarabağ müharibəsi dövründə də Tehran hakimiyyəti Ermənistana dəstək verib. Bu dəstək əslində 1988-ci ildən başlayıb. Bunu bir neçə erməni rəsmisi də etiraf edərək bildiriblər ki, əgər İran olmasaydı, Ermənistan Birinci Qarabağ müharibəsində də məğlub olacaqdı. İran Azərbaycana qarşı hər zaman qeyri-səmimi olub, əlindən gələn xəyanəti edib və edəcək. Biz buna hər zaman qarşı çıxmışıq, çıxacağıq da. Ancaq Bakımızda da İranın əməllərinin qarşısını almaq üçün milli şəxslərdən ibarət koordinasiya mərkəzi yaradılmalı, onlara maddi və mənəvi dəstək verilməlidir. Bu, bu günə qədər olmayıb, ancaq prezident İlham Əliyevin son bəyanatlarından sonra bunun baş verəcəyinə inanıram”. Hələlik isə İranda xalq etirazları davam edir. İranın Zahedan şəhərinin cümə imamı Mövləvi Əbdülhəmid rejimi bunlardan dərs çıxarmağa çağırıb. O xatırladıb ki, dünyada heç bir hökmdarın mütləq səlahiyyəti yoxdur. Mövləvi Əbdülhəmid İran rejimini son hadisələrə görə cavab verməyə çağırıb: “Hökmdar onu seçən və ya ona səs verən millət və ya hökumət sistemi qarşısında hesabat verməlidir. Dünyada heç bir hökmdarın mütləq səlahiyyəti yoxdur”. Ayətullah Seyid Hüseyn Musəvi Təbrizinin açıqlamalrı da xüsusi diqqət cəlb edir. O, hakimiyyətin yanlış daxili və xarici siyasəti nəticəsində İran cəmiyyətinin düşdüyü fəlakətli durumdan bəhs edib. Bildirib ki, bu vəziyyətdə İranda dəyişikliklər qaçılmazdır. Amma İran rəhbərliyi baş verənləri adekvat dərk etməkdən, etirazların həqiqi siyasi-iqtisadi və sosial-psixoloji səbəblərini anlamaqdan çox uzaqdır. Bununla belə rejimin öz kadrları arasında nisbətən real düşünənlər əhali ilə top-tüfənglə danışmağın, o cümlədən etirazçı kütləni qorxutmaq üçün edamlara əl atmağın, eləcə də hadisələrin məsuliyyətini hansısa xarici qüvvələrin üzərinə qoymağın mövcud problemləri həll etməyəcəyini yaxşı başa düşürlər. Və bu kontekstdə də hakimiyyət daxilidə artıq müəyyən parçalanmalar qeydə alınır.
Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ