Bazar günü günü, 08 noyabr 2026
     

Rusiya-Qazaxıstan münasibətləri ciddi təhlükəyə girdi...

Image


Rusiya-Ukrayna savaşı fonunda son günlərdə Qazaxıstanla Kreml araslnda münasibətlərin gərginləşməsi müşahidə edilir. Bu, xüsusən də Ukraynanın Buça şəhərində qurulmuş “Yenilməzlik çadırı” fonunda özünü qabarıq büruzə verir. Paytaxt Kiyevin yaxınlığında qurulan bu çadır ehtiyacı olan yerli sakinlərə yardım göstərir.

Mərkəzi Asiya köçərilərinin ənənəvi “yurt” alaçığı şəklində qurulmuş bu çadır Buçada həftənin əvvəllərində açılıb. Burada Buça sakinlərinə milli qazax xörəkləri və çay verilir, onların elektron cihazlarının batareyalarını doldurmaları üçün şərait yaradılır.

Xatırladaq ki, Buça Rusiya qüvvələrinin Ukrayna boyunca bombardmanları nəticəsində elektriksiz qalmış şəhərlərdən biridir. Mövcud vəziyyətdə Moskva Qazaxıstan hökumətindən Ukraynanın Buça şəhərində qurulmuş “Yenilməzlik çadırı” ilə bağlı izahat tələb edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  deyib ki, Moskvaya çadırla bağlı informasiyanın “saxta” olması barədə zəmanət verilsə də, Rusiya Qazaxıstan hökumətindən iki ölkə arasında starateji partnyorluq və müttəfiqliyə xələl gətirən bu məsələ barədə rəsmi izahat gözləyir. Astanada keçirilən brifinqdə Qazaxıstan xarici işlər naziri Aybek Smadiyarov isə bildirib ki, izahat veriləcək heç nə yoxdur: “Orda çadır qurulub. Yaxşı, nə problem olub? Çadır ordadır. Adamlara yardım göstərilir. Bu özəl Qazaxıstan şirkətlərinin təşəbbüsü ilə edilir. Bunu onlar təşkil ediblər, lazımi yükləri daşıyıblar və indi də kömək edirlər. Aydındır ki, Ukraynadakı vəziyyət mürəkkəbdir. Bəlkə də bəzilərinə çadır barədə informasiya əcaib görünüb. Lakin biz burda heç bir problem görmürük”.  Onu da qeyd edək ki, Moskva Buçada və ətraf şəhərlərdə çoxsaylı hərbi cinayətlər törətməkdə ittiham olunur. Qazaxıstan biznesmenləri və Ukraynadakı qazax diasporası burada daha çox xeyriyyə çadırlarının qurulacağını bəyan edirlər. Bu arada başqa bir xəbərə görə, Qazaxıstan Rusiya ilə qarşılıqlı valyuta mübadiləsinə dair razılaşmanı birtərəfli qaydada ləğv edib. Astana bəyan edib ki, 20 il bundan əvvəl imzalanmış bu saziş artıq əhəmiyyətini itirib. Bununla yanaşı, Qazaxıstanda bir çoxları sazişin ləğv edilməsindən narahatdır, belə ki, Qazaxıstanın xaricdən aldığı malların demək olar yarısı Rusiyadan gəlir. Rusiya Qazaxıstanın ən böyük ticarət partnyoru olaraq qalır. Onun Qazaxıstanın xarici ticarətindəki payı 24 faizdir və 2021-ci ildə 24.2 milyard dollar təşkil edib. Milli valyutalar olan tenge və rublun qarşılqılı mübadiləsinə dair razılaşmanı Moskva və Astana hələ 1995-ci ildə imzalamışdılar. Bu razılaşmaya görə, iki ölkə bir-birinin daxili maliyyə bazarlarının sabitləşdirilməsində iştirak etməli idilər. Bu saziş həftədə iki dəfədən az olmayaraq, birjalarda tenge və rublun dollara nisbətdə məzənnəsinin müəyyənləşdirilməsini nəzərdə tuturdu. Astana bildirir ki, bu saziş artıq aktuallığını itirib, çünki Avrasiya İqtisadi İttifaqı çərçivəsində milli valyutaların mübadiləsini tənzimləyən başqa sənədlər qəbul olunub. Qazaxıstan bunu da bildirir ki, sözügedən razılaşma de-yure qüvvədə olsa da, artıq xeyli vaxt idi de-fakto fəaliyyət göstərmirdi. Eləcə də Qazaxıstan bəyan edib ki, Astana buna bənzər razılaşmaları təkcə Rusiya ilə yox, Monqolustan, Qırğızıstan və Belarusla da dayandırır.

Bu arada Qazaxıstan millət vəkillərindən Baqıtjan Smaqulov baş nazir Alixan Smailovu Rusiya prezidenti Vladimir Putinə onun vədini xatırlatmağa çağırıb. Putin Qazaxıstanın sonuncu xanı olmuş Kenesarı xanın Rusiya muzeyində saxlanan kəllə sümüyünün Astanaya qaytarılacağını vəd etmişdi. Smaqulov xatırladıb ki, Kenesarı xanın kəlləsi və tüfəngi hazırda Moskvadakı Etnoqrafiya Muzeyində saxlanır. Deputat bildirib ki, xanın kəlləsi vətəninə qaytarılmalı, ləyaqətlə dəfn olunmalı və tarixi ədalət bərpa edilməlidir. Qazaxlar artıq illərdir ki, Kenesarı xanın kəllə sümüyünün qaytarılmasını Moskvadan rica edirlər. Həm də Kenesarı Qasımulı kimi tanınan Kenesarı 1841-ci ildə bütün qazaxların xanı seçilmişdi. O, 1847-ci ildə indiki Qırğızıstan ərazisində həlak olanadək Rusiya müstəmləkəçi qoşunlarına qarşı silahlı mübarizə aparmışdı. Onun başı ölümündən sonra kəsilərək Omsk şəhərindəki Rusiya hakimiyyət orqanlarına göndərilmişdi.  Vladimir Putin 2021-ci ilin iyununda ovaxtkı prezident Nursultan Nazarbayevə Kenesarı xanın kəllə sümüyünün qaytarılacağını vəd etmişdi. Rusiya qazaxların başqa bir milli-azadlıq hərəkatı lideri – Keyki Batırın başını Qazaxıstana 2016-cı ildə qaytarıb. Nurmaqanbet Kokembayulı kimi tanınan Keyki Batır 1916-cı ildə qazaxların çar Rusiyasına qarşı üsyanına rəhbərlik etmişdi. O, 1917-ci ildə bolşevik hakimiyyətini və Sovet İttifaqını tanımaqdan imtina etmiş və 1923-cü ildə öldürülmüşdü. Onun başı Sankt Peterburqdakı Kunstkamera Muzeyində saxlanır. 2017-ci ildə Çeçenistan başçısı Ramzan Kadırov XIX əsrdə Şimali Qafqaz müqavimət hərəkatının liderlərindən olmuş Hacımuradın kəllə sümüyünün qaytarılmasını xahiş etmişdi. Bununla yanaşı, Rusiya və Qazaxıstan arasında hələ də ziddiyyət mənbəyi olaraq qalan hallardan biri səfir Aleksey Borodavkinin  “rusofob radikal millətçilik” fikirləri ilə bağlı açıqlamalarıdır. Qazaxıstan ictimaiyyəti Rusiya səfiri Aleksey Borodavkinin ölkədə guya “rusofob radikal millətçilik” olduğu sözlərindən hələ də hiddətlidir. Xatırladaq  ki, bundan əvvəl Rusiya KİV-nə açıqlamasında Borodavkin Qazaxıstanda millətçilik meyllərinin getdikcə daha çox görünməyə başladığını iddia edib: “Təəssüf ki, mən radikal milliyyətçilik meyllərindən narahatlığımı bildirməliyəm. Qazaxıstanda millətçilik meylləri getdikcə daha açıq görünür”. Borodavkin əlavə edib ki, Qazaxıstan hakimiyyətinə “ekstremistlər” və “millətçilər”lə mübarizədə yardım lazımdırsa, Rusiya bunu təmin edə bilər. Qazaxıstanlı fəal Arman Şurayev Borodavkinin Qazaxıstan ərazisində xüsusi əməliyyat keçirmək hədələrinə cavab verib. Şurayev xüsusi videomüraciətində Qazaxıstan çöllərinin rus əsgərlərinin cəsədləri ilə dolu olacağını deyib: “Rus dilini qüsursuz bilməyim faşist FSB-nin “Sputnik” agentliyinə müsahibəsində “Qazaxıstanda nasistlər yaşayır və lazım gələrsə, orada xüsusi əməliyyat keçirə bilərik” deyən bu axmağa cavab verməyə imkan verir. Qulaq as, sənin “şəbəkə”n qarışıb. Cəsur ukraynalılar sizə öz yerinizi göstərir. Mən də deyə bilərəm: Allah eləməsin, bizə də gəlməyə qərar versəniz, burada da sizin üçün asan olmayacaq. Bütün qazax çölü sizin dəstələrinizin cəsədləri ilə zibillənəcək. Qazaxıstanda “rusofobiya”dan danışırsınızsa, bunu ilk “əkən” sənsən”. Fəal Borodavkinin özünü Qazaxıstanda “Rusiyanın qubernatoru” kimi apardığını deyib: “Rusofobiya sizin davranışlarınızın nəticəsidir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ