Bazar ertəsi günü, 09 noyabr 2026
     

İranda molla rejiminin ağılalmaz əməlləri açılır...

Image


Qonşu İranda xalq etirazları fonunda hadisələrin inkişafı daha dramatik xarakter almağa başlayıb. Artıq bütün bunlar rəsmi səviyyədə etiraf olunur. İslam Şurasının Rəqəmsal İqtisadiyyat Komitəsinin rəhbəri Müctəba Təvangər İran prezidentinə ünvanladığı məktubda qeyd edir ki, hakimiyyət hazırda ciddi qanunsuzluqlara yol verir.

O bildirir ki, İran Konstitusiyasının 79-cu maddəsinə əsasən, internetdə məhdudiyyətlər maksimum 30 gün davam edə bilər. İslam Şurasından mandat almadan bu məhdudiyyətlərin davam etdirilməsi qanunsuz hərəkətdir. O, prezidentdən insanların internetə çıxışını bərpa etməyi və filtrləmə nəticəsində ölkəyə dəyən zərərin ödənilməsi üçün fond yaratmağı xahiş edib: “Son 4 ayda on milyonlarla vətəndaş ehtiyac duyduqları bir çox xidmət və kommunikasiyalardan məhrum edilib, on minlərlə kiçik və iri biznes isə bərpası mümkün olmayan zərərə məruz qalıb. Müxtəlif statistik məlumatlara və sənədlərə əsasən, ölkənin rəqəmsal iqtisadiyyatının sütunları artıq qırılıb”. Rejim isə artıq rəsmi səviyyədə edilən çağırışlara da məhəl qoymamağa çalışır və repressiyalardan əl çəkmir. Qətlə yetirilən və həbsə atılanların sayı durmadan artır. Ölkənin ali dini rəhbəri Əli Xamneyi başda olmaqla, bütün rəsmilər ictimaiyyəti sakitləşdirmək üçün müxtəlif vədlər verir, bəhanələr uydururlar. Onların iddiasına görə, etiraz aksiyalarında Qərb günahkardır. Amma İranın ən tanınmış qadın fəallarından biri - Sepideh Qolian bədnamlığı ilə ad çıxarmış məşhur “Evin” həbsxanasından yazdığı məktubunda çox şeyləri üzə çıxarıb. Sepideh Qolian  2018-ci ildən bəri beş ildir ki, həbs cəzası çəkir. “Evin” həbsxanasından yazaraq o, müstəntiqlərin ona və digər məhbuslara qarşı vəhşi rəftarını təsvir edir. Məhbusların məcburi etirafları sonradan dövlət televiziyasında yayımlanır. Ölkəni bürüyən hazırkı hökumət əleyhinə etirazlara işarə edən Sepideh Qolian yazır: “Həbsdə olduğum dördüncü ildə nəhayət ki, İranın hər yerindən azadlığın ayaq səslərini eşidə bilirəm”. O, hazırda həbsxanada hüquq təhsili alır. Qolian məktubunda “Evin” həbsxanasının öz imtahanlarını verdiyi “mədəni” bölməsinin necə “işgəncə və sorğu-sual” binasına çevrildiyini təsvir edir və orada gənc məhbusların dindirilməsinin şahidi olduğunu deyir: “İmtahan otağı gənc oğlan-qızlarla doludur və işgəncə verənlərin qışqırtıları eşidilir”. Sepideh Qolian 28 dekabr 2022-ci ildə imtahan üçün aparılarkən şahidi olduğu mənzərəni təsvir edir: “Buz kimi soyuqdur və qar yağır, binanın çıxış qapısının yanında gözləri bağlı və əynində nazik boz köynəkdən başqa heç nə olmayan gənc oğlan müstəntiqin qarşısında əyləşib. O titrəyir və yalvarır: “Allaha and olsun ki, heç kəsi döyməmişəm”. Onun etiraf etməsini istəyirlər. Yanından keçəndə “Etiraf etməyin” və “tiranlara ölüm!” qışqırıram”. Son etiraz aksiyaları fonunda həbs olunanların çoxu ölüm cəzası ilə üzləşir və indiyədək dörd etirazçı etirafları televiziyada nümayiş etdirildikdən sonra asılıb. Hüquq müdafiəçiləri və vəkillər onların məhkəmələrinin qanuni nümayəndələri təmsil olunmadan və müttəhimlərə işgəncə verildikdən sonra keçirildiyini deyirlər. Keçən ilin sentyabrında kütləvi etirazlar başlayandan bəri saxlanılan etirazçıların onlarla məcburi etirafları yayımlanıb. Sepideh Qolian məktubunda, həmçinin, 2018-ci ildə İranın Xuzistan əyalətindəki şəkər zavodunda işçilərin tətilinə və etirazına dəstək verdiyi üçün həbs olunduqdan sonra özünün sorğu-sualını və məcburi etirafını xatırlayır. O, həmin vaxt müstəntiqinin qadın olduğunu biləndə onun kişilərdən daha yumşaq davranacağına və ən azından ona cinsi təcavüz etməyəcəyinə ümid etdiyini yazır. Amma sonra əlavə edir ki, ümidləri çox çəkmir – qadın müstəntiq “masanın ayağına təpik vurub, ona “ey, kommunist fahişə, kiminlə yatmısan?” - deyə qışqırır. Ötən ilin dekabrında 34 illik həbsə məhkum edilmiş qadın hüquq müdafiəçisi Nərgiz Mühəmmədi İrandakı son etirazlarda həbs olunan qadınların həbsxanada cinsi istismara məruz qalması barədə ətraflı məlumat vermişdi. Sepideh Qolian deyir ki, o vaxt qadın müstəntiq onun bağlı gözlərini açıb, ona qarşı iddia edilən cinsi əlaqəni kamerada təsvir etməyi əmr edibmiş. Sepideh Qolian isə istintaqla əməkdaşlıqdan imtina edib. O, məktubda sorğu-sualdan sonra tualetə aparılması üçün saatlarla yalvardığını təsvir edir. Onlar tualetə çatdıqdan sonra isə qadın müstəntiq onu içəri itələyib qapını açarla bağlayır. Sepideh Qolianın sözlərinə görə, qapısının bağlandığı tualet sorğu-sual otağının içərisində imiş  və o, bir kişinin necə işgəncə gördüyünü və qamçılandığını eşidirmiş: “İşgəncə səsləri saatlarla və ya bəlkə bir gün ərzində, bəlkə də daha çox davam etdi, mən artıq vaxtın hesabını itirdim”. O izah edir ki, tualetdən buraxıldıqdan və üç günlük davamlı sorğu-sualın ardınca yuxusuz qaldıqdan sonra onu kamera quraşdırılmış otağa aparıblar: “Yarı huşsuz halda olduğum üçün ssenarini ondan aldım və kamera qarşısında oturub oxudum”. Məhz bu etiraflara əsasən o, 5 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə Sepideh Qolian “Qarçaq” həbsxanasında imiş və televiziyada başqa bir məhbusun məcburi etiraflarına baxarkən öz müstəntiqini tanıyıb. Açıq məktubda o, müstəntiqin İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan “müstəntiq-jurnalist” Əmini Sadat Zabihpur olduğunu bildirir. 2022-ci ilin noyabrında ABŞ Maliyyə Nazirliyi Zabihpura ikili vətəndaşların və digər məhbusların məcburi etiraflarının əldə edilməsi və yayımlanmasındakı roluna görə sanksiya tətbiq edib. Əmini Sadat Zabihpur bu ittihamlarına görə Sepideh Qolianı məhkəməyə verərək onun  əlavə səkkiz aylıq həbs cəzası almasına nail olub. Sepideh Qolian yazdığı məktubu bitirərkən İrandakı etirazları  inqilab kimi təsvir edir və yazır: “Bu gün Mərivan, İzeh, Rəşt, Sistan, Bəlucistan küçələrində və İranın hər yerində eşitdiyimiz səslər dindirmə otaqlarındakı səslərdən daha güclüdür, bu, inqilabın səsidir, bu, qadının, həyatın, azadlığın gerçək sədasıdır”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ