Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ukrayna müharibəsinin ən dağıdıcı mərhələsi başlayır - ABŞ “eks”lərindən müdhiş proqnoz...

Image


Bu qış Ukraynada müharibənin daha qanlı xarakter alması gözlənilir. Qərb ölkələrindən aldığı hərbi yardım fonunda Ukrayna Rusiya ilə müharibəni davam etdirmək əzmində olduğunu bildirir. Rusiya da geri çəkilmək niyyətində deyil.

Məhz belə bir vaxtda ABŞ Ukraynaya və onu Rusiya ilə müharibəsində dəstəkləyən ölkələrə 3.75 milyard dollarlıq hərbi yardım paketi ayırıb. ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, sözügedən yardım paketinin 682 milyon dolları Ukraynaya silah-sursat və hərbi texnika ilə dəstək verən NATO üzvləri üçün nəzərdə tutulub. Bu ölkələr bu vəsaitlə Ukraynaya öz cəbbəxanalarından verdikləri hərbi texnikanın yerini doldurmalıdırlar. Blinkenin bəyanatından az sonra Pentaqon Ukraynaya göstərilən hərbi yardımın təfərrüatlı izahını verib. Məlum olub ki, Ukrayna üçün yardım paketinə 50 ədəd “Bradley” piyadaların döyüş maşını (PDM), 500 ədəd antitank silahı və onlar üçün 250 min sursat, minalara qarşı qoruması olan 55 ədəd MRAP təkərli zirehli transportyoru, 100 ədəd M113 zirehli transportyoru, BUK zenit qurğusundan atılması üçün modernləşdirilmiş yer-göy tipli “Sea Sparrow2 raketləri, 138 “Hummer” markalı yolsuzluq maşınları, M142 HIMARS sistemi üçün raketlər, müxtəlif hava hücumundan müdafiə raketləri, snayper tüfəngləri və başqa silahlar daxildir. Rəsmi Berlin də bəyan edib ki, Almaniya bir neçə həftə ərzində Ukraynaya “Marder” zirehli maşınları göndərəcək. Almaniya bu maşınları idarə edəcək ukraynalılara təlim verilməsini öz üzərinə götürüb. Təlimlər Almaniyada keçiriləcək. Sözü gedən hər iki PDM – “Marder” və “Bradley” 25 mm çaplı avtotoplar, 7.62 mm çaplı puleymot və antitank raketləri ilə silahlandırılıb. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi “Bradley” PDM-lərinin Ukrayna silahlı qüvvələri üçün çox böyük dəstək olacağına inandığını deyib. O qeyd edib ki, bu PDM-lərdən istifadə üçün təlimləri ABŞ təşkil edəcək. Kirbi vurğulayıb ki, “Bradley” PDM-ləri hazırda Ukrayna cəbhəsində yaranmış şəraitə tam uyğun gələn texnikadır. Pentaqonun sözçüsü, briqada generalı Pat Rayder qeyd edib ki, “Bradley” tank yox, “tank öldürən” maşındır. Xatırladaq ki, Kiyev ona ağır texnikanın verilməsini Qərb müttəfiqlərindən çoxdan istəyirdi. Lakin müttəfiqlər Moskvanı qıcıqlandırmamaq üçün belə silahların Ukraynaya göndərilməsində tərəddüd keçirirdilər. Buna baxmayaraq, ukraynalıların döyüş meydanında qüvvələr balansını dəyişə bilməsi Qərbi ürəkləndirib. Almaniya bəyan edib ki, ABŞ-ın ardınca Ukraynaya hava hücumundan müdafiə “Patriot” raket sisteminin daha bir batareyasını göndərəcək. Beləliklə, Ukraynada “Patriot” raketlərinin iki batareyası olacaq. “Reuters” agentliyi yazır ki, Birləşmiş Ştatlar Ukraynada müharibə başlanandan bəri Kiyevə 21.3 milyard dollarlıq hərbi yardım göstərib. Bu, 1945-ci ildən bəri Avropada ən irimiqyaslı münaqişədir. Rusiya Qərbin Ukraynaya artan hərbi yardımından narazılıq ifadə edib. Kreml bəyan edir ki, bu, Qərbin Rusiyanın çağırışlarına məhəl qoymadığını və bunun nəticəsi barədə düşünmədiyini göstərir.

Belə vəziyyətdə Ukrayna daha ağır döyüşlərə hazırlaşır. Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının zabiti Taras Berezovets bildirb ki, bu fonda Baxmut və Soledar uğrunda qarşıdurmanın pik nöqtəsi 2023-cü ilin yanvarında baş verməlidir: “Baxmut yaxınlığındakı vəziyyətə gəlincə, deyərdim ki, bu döyüşün kritik nöqtəsi keçilməyib. Hələ qarşıdadır - düşmən Baxmut və Soledarı tutmağa çalışacaq. Yanvarın sonuna kimi bu pik hücum nöqtəsi yaşanacaq. Biz lazımi miqdarda zirehli texnika aldıqdan sonra Xarkov və Xerson vilayətlərində aparılanlara bənzər tammiqyaslı uğurlu hücum əməliyyatları keçirməyə hazır olacağıq”. ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer isə Ukrayna müharibəsinin daha dəhşətli mərhələyə qədəm qoyduğunu bildirir. O hesab edir ki, Ukraynadakı münaqişənin həlli bu ölkənin neytral statusunun tanınmasından keçir: “Ukrayna NATO-ya daxil olarsa, alyansın sərhədi Moskvadan 500 km məsafədə olacaq ki, bu da Rusiyanın həmişə ümid etdiyi strateji dərinliyi ortadan qaldıracaq". ABŞ-ın sabiq dövlət katibi Kondaliza Rays və Pentaqonun sabiq rəhbəri Robert Qeytsin “Vaşinqton Post” qəzetində  yayımlanan birgə məqaləsində isə vurğulanır ki, Ukraynadakı müharibə ilə bağlı hazırda əmin ola biləcəyimiz şey müharibə və dağıntıların davam edəcəyidir: “Vladimir Putin bütün Ukraynanı yenidən Rusiyanın nəzarəti altına qaytarmağa, bunu bacarmasa, onu ölkə kimi məhv etməyə tam qərarlıdır. Putin hesab edir ki, onun tarixi missiyası Rusiya imperiyasını bərpa etməkdir – Ukraynasız isə, Zbiqnev Bjezinskinin uzun illər əvvəl qeyd etdiyi kimi, Rusiya imperiyası ola bilməz. Hər ikimiz Putinlə dəfələrlə görüşmüşük, əminik ki, o, vaxtın onun tərəfində olduğunu hesab edir, düşünür ki, ukraynalıları və ABŞ və Avropanın birliyini, Ukraynaya dəstəyi parçalamağa nail olacaq. Əlbəttə, müharibə müddətində Rusiya iqtisadiyyatı zərər görəcək, ruslar əziyyət çəkəcəklər, ancaq ruslar bundan da pis günlər görüblər. Putin üçün məğlubiyyət variantı yoxdur. O, Rusiyanın tərkib hissəsi elan etdiyi Ukraynanın 4 vilayətini geri qaytarmayacaq. Əgər o, bu il hərbi uğura nail olmasa, Ukraynanın şərqində və cənubunda mövqeləri nəzarətdə saxlayacaq ki, növbəti hücumlar üçün plasdarm kimi istifadə etsin, Ukraynanın Qara dəniz sahillərini və bütün Donbas regionunu nəzarət altına alsın, daha sonra isə qərbə doğru hərəkət etsin. İnanın ki, bu məqsədlər üçün Putin səbrli davranacaq. Yeri gəlmişkən, Ukrayna hücuma məruz qalarkən qəhrəmancasına reaksiya verdi, Ukrayna ordusu özünü parlaq şəkildə göstərdi, buna baxmayaraq, ölkə iqtisadiyyatı tənəzzüldədir, milyonlarla insan qaçıb, infrastrukturu məhv edilib, mineral ehtiyatlarının, sənaye imkanlarının və kənd təsərrüfatı torpaqlarının çox hissəsi Rusiyanın nəzarəti altındadır. Ukraynanın hərbi potensialı və iqtisadiyyatı hazırda tam şəkildə Qərbdən – ilk növbədə, ABŞ-dan asılıdır. Ukraynanın Rusiya qüvvələrinə qarşı daha böyük irəliləyişi və uğuru olmayacağı təqdirdə Qərbin Ukraynaya atəşkəslə bağlı danışıqlar aparmaq üçün təzyiqi olacaq. Mövcud şəraitdə istənilən atəşkəs razılaşması Rusiya qüvvələrini hazırlaşmaq və işğalı bərpa etmək üçün güclü mövqedə qoyacaq. Bu qəbuledilməzdir. Birləşmiş Ştatlar və onun müttəfiqləri üçün belə bir ssenaridən qaçmağın yeganə yolu təcili olaraq Ukraynaya hərbi təchizat və imkanların kəskin şəkildə artırılmasıdır – bu, Rusiyanın yeni hücumunu məhdudlaşdırmaq və Ukraynaya Rusiya qüvvələrini şərq və cənuba sıxışdırmaq üçün kifayətdir. Konqres bu cür dəstəyi təmin etmək üçün kifayət qədər pul ayırdı; indi bizə ABŞ və onun müttəfiqlərinin ukraynalıları ehtiyac duyduqları əlavə hərbi texnika, ilk növbədə mobil zirehli texnika ilə təmin etmək qərarları lazımdır. ABŞ-ın “Bradley” döyüş maşınlarının tədarükü ilə bağlı qərarı təqdirəlayiqdir, baxmayaraq ki, çox gecikib. Amerikanın “Abrams” ağır tanklarının göndərilməsi ilə bağlı ciddi logistik problemləri olduğundan, Almaniya və digər müttəfiqlər bu ehtiyacı ödəməlidir. NATO üzvləri ukraynalıları daha uzaqmənzilli raketlər, qabaqcıl pilotsuz təyyarələr, əhəmiyyətli sursat ehtiyatları, o cümlədən artilleriya mərmiləri, əlavə kəşfiyyat və müşahidə vasitələri və digər avadanlıqlarla təmin etməlidir. Bunu aylar yox, həftələr içərisində etmək lazımdır. Hələ də Konsres üzvləri və digər şəxslər ictimai şəkildə bu sualı verirlər: “Bu niyə bizi narahat etməlidir? Bu bizim mübarizə deyil”. Lakin ABŞ 1914, 1941 və 2001-ci illərdəki təcrübədən bilir ki, əsassız təcavüz və qanunun aliliyinə və beynəlxalq nizama qarşı hücumlara göz yummaq olmaz. Sonda təhlükəsizliyimiz təhdid edildi və biz münaqişəyə cəlb olunduq. Bu dəfə artıq dünya iqtisadiyyatı, o cümlədən bizim iqtisadiyyat Putinin məqsədyönlü aqressiyasının yaratdığı inflyasiya təsirini və ləngiməni hiss edir. ABŞ və bütövlükdə NATO-dan daha çox şey tələb olunmazdan əvvəl bunu indi dayandırmaq daha yaxşıdır. Bizim müharibənin nəticələrini çəkməyə hazır olan Ukrayna kimi qətiyyətli tərəfdaşımız var ki, gələcəkdə bunu özümüz etmək məcburiyyətində qalmayaq. Biz Bayden administrasiyasının Rusiya ilə birbaşa konfrontasiyadan qaçmaq qərarı ilə razıyıq. Ancaq Putinin həddi aşan cəsarəti bizə bu seçim imkanını verməyə bilər. Gələcəkdə Rusiya ilə qarşıdurmadan qaçmaq üçün Ukraynaya işğalçını dəf etməkdə indi kömək etməliyik. Bu bizim əsas götürməli olduğumuz tarixin dərsidir və çox gec olmadan təcili tədbirlər görülməlidir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ