Bazar ertəsi günü, 09 noyabr 2026
     

Cənubi Azərbaycan qadınları molla rejiminə qarşı hərəkatın aparıcı qüvvəsinə çevrilir...

Image


Qadınlar ölkənin, cəmiyyətin əsas hərəkətverici qüvvəsi kimi tarixin səhnəsində öz yerini çoxdan tutub. Elə bir ictimai-siyasi, mədəni-maarif inqilabı olmayıb ki, orada qadının rolu görsənməsin. Belə bir inqilab, belə bir hərəkat təsəvvür etmək çətindir. 

Azərbaycanın Güneyində də baş verən inqilablarda qadınların rolu əvəzsizdir. Burada qadın azadlığı məsələsi hər zaman aktual olub, bu gün də aktualdır. Dünənki kimi bu gün də güneyli qadınlar aktivdir və öz azadlıqları uğurunda mübarizə aparırlar. Əlbəttə, təhsil, mədəniyyət, sosial rifah, cəmiyyətdə, dövlətdə öz sözünü demək imkanı əldə etmək üçün güneyli qadınlar illərdir mücadilə verirlər. Bu gün molla rejiminin qarşısında da əzəmətli Azərbaycan qadınları dayanıb. Güney Azərbaycanda qadın azadlığı məsələsi hər zaman aktual olub.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini Faiq Ələkbərli bizimlə söhbətində qeyd etdi ki, Güney Azərbaycanda qadın azadlığı məsələsi daha çox XIX əsrin ortalarında meydana çıxmağa başladı. Çünki ona qədər, bilirik ki, burada bir çox türk dövlətləri hökm sürüb. Yəni Səlcuqlar, Bayandurlular, Baharlılar, Səfəvilər, Əfşarlar və başqa türk dövlətlərinin vaxtında qadınlarla bağlı elə ciddi bir problem olmayıb. Bu baxımdan, həmin dövrlərdə qadın azadlığı problemi olmayıb. Daha çox bu məsələ Qacarlar dövlətinin yaranmasından bir müddət sonra meydana çıxdı. Bu da təsadüfi deyildi. Nəsrəddin şah hakimiyyətə gəldikdən sonra təkbaşına hakimiyyət sürmək üçün bir çox hüquqları məhdudlaşdırırdı. Bilirik ki, 1848-1852-ci illərdə Babilər hərəkatı baş verdi və bu hərəkatda da əsas məsələlərdən biri qadın azadlığı problemi idi. Həmin məsələlərdə  aktiv iştirak edənlərdən biri də Azərbaycanın Zəncan şəhərindən olan  Tahirə Zərrintac (Tahirə Qürrətüleyn) idi. Tahirə Zərrintac o dövrdə qadın azadlığı uğrunda mübarizə aparıb, hətta Qacarlar dövründə çadrasını atan ilk qadınlardan biri olaraq tarixə düşüb. Bununla da qadınların hüquq və azadlıqılarının əlindən alınmasına etiraz edib. Onun da əsas mövqeyi bu idi ki, qadın və kişi arasında heç bir bərabərsizlik olmamalıdır, hər kəs öz hüququna sahib olmalıdır. Hətta o öldürülməmişdən əvvəl son söz olaraq deyib ki, siz məni nə qədər istəsəniz tez öldürə bilərsiniz, amma qadınların azadlığını dayandıra bilməzsiniz. Bütün hallarda o mübarizə aparıb və hətta Nəsirddin şahın onunla evlənmək təklifini də rədd edib. Bir sözlə, öz azadlığını heç nəyə dəyişməyib. Bununla bağlı xarici müəlliflərin, tədqiqatçıların da fikirləri də vardı. Daha sonra qadın azadlığı məsələsi Azərbaycanımızın güneyində XIX əsrin sonlarında, XX əsrin əvvəllərində meydana çıxıb”.

F.Ələkbərli bildirdi ki, həmin dövrdə də Zeynəb Paşa öz qoçaqlığı ilə fərqlənirdi. Ekspert qeyd etdi ki, Zeynəb Paşa da qadınların azadllğı məsələsində rol oynayıb, Tənbəki üsyanı və digər hadisələrdə iştirak edib. Bu qoçaq qızın əvvəlcə oğlan olduğu zənn edilsə də, sonradan onun igid, gözəl bir azərbaycanlı qız olduğu  üzə çıxıb. F.Ələkbərli deyir ki, Güney Azərbaycanda hər zaman qadınlarımızın öndə olub. Onun sözlərinə görə, güneyli qadınlar 1917-1918-ci illərdə ermənilərin və aysorların Cənubi Azərbaycan şəhərlərində törətdikləri qırğınlara qarşı mübarizələrdə aktiv iştirak ediblər. Burada azadlıq arzusu ilə çıxış edənlərdən birinin Nimtac xanım olduğunu qeyd edən alim bildirdi ki, Nimtac xanım düşmənlərin Urmiayada, Salmasda və başqa şəhərlərimizdə törətdikləri qətlamlar zamanı şeirlər yazıb. Onun şeirlərindən birini “Qadınların kişilərə xitabı” adlandığını deyən F.Ələkbərli bildirdi ki,  o, kişiləri bu qırğınların qarşısını almağa çağırırdı. Təbrizli Şəms Kəsmayi adlı şairədən bəhs edən  alim qeyd etdi ki, o da çadrasız gəzən ilk qadınlardan hesab olunur, onun şeirlərində də yenilikçilik ön planda olub, insanlar sosial bərabərliyə səslənib.

Güneydə qadın azadlığı uğrunda mübarizə aparan saysız qadınların olduğunu deyən F.Ələkbərli hesab edir ki, Milli Hökumət dönəmində bu sahədə irəliləyiş olub. “Seyid Cəfər Pişəvərinin başçısı olduğu Azərbaycan Milli Hökuməti dövründə qadınlara bir çox hüquqlar, haqlar verilib. Milli Hökumət dönəmində, demək olar ki, qadınların artıq bir sıra haqq və hüquqları tanınıb. Milli Hökumət devirildikdən sonra İrandakı digər xalqların nümayəndələri kimi bizim qadınların da haqları-hüquqları əllərindən alınıb. Qadın azdalığını boğanlara etiraz edən qadın olaraq biz burada şairə Hökumə Billurini görürük. Azərbaycanın Zəncan şəhərindən olan Billuru qadın azadlığı ilə bağlı bir çox şeirlər yazıb. Şairə Mədinə Gülgün də qadın azadlığını müdafiə edib. Güneydə qadın azadllığını müdafiə edənlərdən biri də Mərziyyə Üskülü idi ki, o da gənc yaşlarından Pəhləvilər rejiminə qarşı mübarizə aparıb və milli hərəkatın dönməz mücahidlərindən biri olub. Onun da şeirlərində məhz qadınların hüquq və azadlıqlarından bəhs olunur. Pəhləvilər rejimi devirildikdən sonra hakimiyyətə molla rejimi gəldi. Burada da qadınlarımızın haqq və hüquqları tapdanıb. İran adlanan ölkədə Azərbaycan qadınları hər zaman öndə olub. Bu gün də qadınlarımız öz haqları, hüquqları uğrunda mücadilə verirlər. Azərbaycan qadınları molla rejiminin haqsızlıqlarına etiraz edirlər. Yəni XIX, XX əsrlərdə olduğu kimi, XXI əsrin əvvəllərində də Azərbaycan qadınları mübarizdir. Biz qadın azadlığını ifadə edən qadınlarımızdan çox danışa bilərik.

Məsələn, Şərifə Cəfərinin, Şəlalə Cavanşirin, Maral Təbrizlinin, Türkan Urmulunun adlarını çəkmək olar ki, onlar da məhz qadın hüquq və azadlıqlarının yorulmaz carçıları olublar.

Hazırda da güneyli qadınlarımız öz hüquq və azadlıqlarına qovuşmaq üçün Tehran rejiminin siyasətinə qarşı mübarizə aparırlar. Şübhəsiz ki, onlar öz hüquq və azadlıqlarını əldə edənə qədər mübarizələrini davam etdirəcəklər”-deyə  F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ