Bazar ertəsi günü, 09 noyabr 2026
     

İranda müxtəlif xalqların müstəqillik üçün yeni fəaliyyət mərhələsi başladı

Image


İranda hadisələrin inkişafı getdikcə daha maraqlı xarakter almağa başlayır. Belə ki, İranda yaşayan müxtəlif xalqların təşkilatları bu ölkədəki etniklərin azadlıq mübarizəsi, davam edən etirazlar fonunda qarşıda duran hədəflərlə bağlı bəyanat yayıb.

Burada qeyd edilir ki, İranın işğalçı rejimləri tərəfindən qeyri-fars millətlərin torpaqlarının yüz ilə yaxın işğalı dövründə bu xalqları məhv etmək üçün sistemli qırğınlarla yanaşı, müxtəlif assimilyasiya, repressiya, məcburi köç, coğrafi dəyişikliklər, demoqrafik dəyişikliklər və sair tətbiq edilib. Bu gedişlər xalqların müqavimətini darmadağın etməyə hesablanıb: “Etnik qrupların işğalçılara qarşı birliyini pozmaq üçün fars işğalçıların əsas siyasətlərindən biri də işğal olunmuş ərazilərdə coğrafi və etnik dəyişikliklərin aparılması olub. Bütün amansız repressiyalara baxmayaraq, yüz ildən sonra bu xalqların qeyrətli övladlarının müstəqillik fəryadları regionda və dünyada böyük rezonans doğurdu”.

Bununla yanaşı qeyd edilir ki, İranın işğalı altında olan xalqların işğaldan müstəqilliyə keçid platforması hazırlanıb. Burada vurğulanır ki, ki, İranın işğalçı rejimi devrildikdən və ya onun qüvvələri ərazimizdən çıxarıldıqdan sonra Tehran rejiminin işğalı altında olan xalqların öz milli hökumətlərini yaratmaq hüquqlarını tanımayan heç bir alternativi qəbul etməyəcək və bütün gücümüzlə buna qarşı mübarizə aparacağıq: “Biz bəyan edirik ki, regionun demokratikləşməsi mütləq İranın işğalı altında olan xalqların hüquqlarının tanınmasından asılıdır. Bu xalqların hüquqlarına məhəl qoymayan istənilən hərəkat antidemokratikdir və biz, İranın işğalı altında olan xalqlar, heç bir halda heç kimin, yaxud hər hansı bir qrupun övladlarımızın qanından istifadə edərək hakimiyyətə gəlməsinə, “İran”ın saxta ərazi bütövlüyü iddiası ilə xalqların müstəqilliyini pozmasına və İran adlı həbsxanada hökumətimizə diktatura tətbiq etməsinə icazə verməyəcəyik. Ona görə də İranın işğalı altında olan xalqların hüquqlarını tam tanıyaraq, hökumətlərini formalaşdırmaqla diktatura və terrorizmdən demokratiyaya keçid lazımdır.. İranın işğalı altında olan xalqlara məxsus ərazilərdə milli qüvvələrə arxalanaraq hər cür xaosun qarşısını aldıq, demokratiya, qadın haqlarına, insan haqlarına, dini və məzhəbi haqlara, etnik haqlara və hər bir xalqa aid edilən milli coğrafi bölgədə ictimai təhlükəsizliyin eyni millətin qüvvələri tərəfindən təmin edilməsinə və dünyəvi hökumətin formalaşması ilə bu bölgələrdə müasirlik, sülh, sabitlik və demokratiyaya zəmanət veririk. İşğalçı rejim müstəqillik əldə etdikləri halda bu xalqların bir-biri ilə ərazi iddiaları səbəbindən toqquşması və xalqlar arasında müharibənin başlanması ilə bu xalqların torpaqlarını yenidən işğal edib talaya bilsin deyə, əsarətdə olan xalqların təbii və tarixi coğrafiyasını dəyişdirərək, parçalanma və ixtilaf salıb, millətlərin torpaqlarını müxtəlif vilayətlərə bölmək, birləşdirmək və ya yeni vilayətlər yaratmaqla millətlərin sərhədlərini pozub. İranın işğalının məhsulu olan bu fərqlilikləri qəbul edərək, bəzi bölgələrdə sərhədlərin və hətta millətlərin tərkibinin ciddi şəkildə dəyişdiyini bilir, inanır və vurğulayırıq ki, xalqlar İranın işğalından müstəqil olduqdan sonra bu problemlər öz həllini tapmalıdır. Problemlər hökumətlər arasında milli səviyyədə danışıqlar vasitəsilə həll edilməlidir. Bu məsələdə biz belə bir razılığa gəldik ki, siyasi fikirlərdən uzaq, beynəlxalq assambleyaların nəzarəti altında tarixi elmi komitələr bu məsələlərin həlli üçün dinc yolla insan haqlarını müəyyən edib işləsinlər. Bildiririk ki, bütün beynəlxalq, siyasi, iqtisadi, coğrafi və insan haqları qanunlarını, xüsusən də Birləşmiş Millətlər Təşkilatının müddəa və qətnamələrini tanıyır və bütün gücü ilə onların həyata keçirilməsinə çalışırıq.  Bildiririk ki, İranın işğalçı rejimi ilə digər hökumətlər arasında beynəlxalq standartlara tabe olan, milli təhlükəsizlik və müstəqilliyə xələl gətirməyən bütün ticarət sazişləri tanınacaq və həyata keçiriləcək. Biz dinc mübarizə metodunu vurğulamaqla yanaşı, qanuni milli və insan hüquqlarımıza nail olmaq üçün bütün qanuni beynəlxalq üsullardan istifadə edirik.  Beynəlxalq təşkilatlardan, BMT Təhlükəsizlik Şurasından və dünyanın demokratik ölkələrindən, eləcə də İranın işğalı altında olan xalqların azadlıq və demokratiyaya çatmasını istəyən qonşulardan xahiş edirik ki, bu xalqların İranın işğal etdiyi ərazilərinin demokratikləşməsi, sülh, sabitlik və təhlükəsizlik uğrunda apardıqları mübarizəyə dəstək versinlər.Biz bəyan edirik ki, irançıların bu xalqlardan hər hansı birinin işinə hər hansı bir hücumu, yaxud müdaxiləsi bütün bu xalqların işlərinə hücum, müdaxilə hesab olunacaq və buna birgə cavab veriləcək”.

Digər tələblərin də yer aldığı sənədi müxtəlif siyasi qüvvə və təşkilatlar imzalayıb. İran rejimi bunların qarşısını almaqda acizdir. Xüsusən də sosial-iqtisadi vəziyyətin ağırlaşması buna imkan vermir. Yeri gəlmişkən qeyd edək ki, İranda Tehranın Qərblə uğursuz nüvə danışıqlarına görə üzləşdiyi iqtisadi çətinliklərin və antihökumət etirazlarının davam etdiyi bir dövrdə ölkənin milli valyutası - rialın kəskin devalvasiyası müşahidə olunur. Artıq rial ABŞ dollarına nisbətdə ən ucuz həddinə enib. 1 dollar 440 min riala bərabərdir. Halbuki, bir ay əvvəl bu rəqəm 1 dollar üçün 360 min rial idi. Bu da xəbər verilir ki, milli valyutanın ucuzlaşmaqda davam etdiyi bir vaxtda iranlılar pullarını dollar və avroya mübadilə etməyə çalışırlar. “Reuters” bildirir ki, rialın qiymətdən düşməsi həm ölkədə davam edən etirazlar, həm də İranın dünya gücləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişinin dirçəlməsinə olan ümidlərin öləziməsi ilə bağlıdır. Bu sazişin dirçəldilməsi üçün danışıqlar aprel ayında başlanmışdı, lakin çox tezliklə İranın davranışının Qərb tərəfindən tənqid olunması ilə dalana düşdü. Bu durumda İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahian Maskat şəhərində Oman sultanı Heysəm bin Tariqlə görüşəndən sonra şayiələr dolaşırdı ki, sultan nüvə danışıqlarının bərpasında vasitəçi ola bilər. Lakin elə həmin gün 2015-ci il sazişinin imza tərəflərindən biri olan Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger deyib ki, Berlin danışıqların bərpa olunmasında məna görmür. ABŞ 2015-ci il sazişindən 2018-ci ildə birtərəfli qaydada çıxdıqdan sonra Tehran da bu saziş üzrə öhdəliklərindən geri çəkilib və uranın zənginləşdirilməsi dərəcəsini artırıb.

Bu arada İsralin müdafiə naziri bildirib ki, onun ölkəsi İranın nüvə obyektlərinə hücum edə bilər. Tehran onun nüvə proqramının dinc səciyyə daşıdığında israr etsə də, atom bombası istehsal etmək qabiliyyətinə son dərəcə yaxınlaşıb. Ekspertlər deyir ki, İran potensial baxımdan nüvə materialının saflığını silah istehsalına imkan verəcək səviyyəyə çatdıra bilər, amma onun nüvə başlığı daşıya biləcək raketlər tikməsinə illərlə vaxt lazım gələcək. İsrailin müdafiə naziri Beni Qantz ölkə hərbi hava qüvvələri məktəbinin məzun kadetləri qarşısında etdiyi çıxışda deyib: “İki-üç il müddətində siz səmaya qalxıb Şərq istiqamətində uçmalı, İranın nüvə obyektlərinə zərbələr endirməli ola bilərsiniz”. “Reuters”in yazdığına görə, İsrail artıq on ilə yaxın müddətdə bu və ya digər şəkildə İranın nüvə obyektlərinə zərbə endirə biləcəyi ilə hədələyir, lakin ekspertlərin fikrincə, bunu etmək üçün onun kifayət qədər hərbi qüdrəti yoxdur. Ekspertlər deyir ki, bu obyektlər İsraildən uzaqda və pərakəndə coğrafiyada yerləşir, üstəlik də hava hücumundan etibarlı müdafiə olunur. İsrail kəşfiyyatının 2023-cü il üçün proqnozlarına görə, İran nüvə silahı əldə olunmasına doğru tədrici irəliləyişini davam etdirəcək.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ