Bazar ertəsi günü, 14 sentyabr 2026
     

Rusiya-Ukrayna müharibəsi gələn il də bitməyəcək...

Image


Başa çatmaqda olan ilin əsas hadisəsi, heç şübhəsiz, Rusiya və Ukrayna arasında başlanan müharibə oldu. Hadisələrin inkişaf axarı bu savaşın nə vaxt başa çatacağını hələ dəqiq deməyə əsas vermir. Qərb ölkələri, ABŞ başda olmaqla, bir-birinin ardınca Ukraynaya hərbi, maliyyə və digər formada dəstəklərini davam etdirəcəklərini bildirir.

Rusiya da, öz növbəsində, hədəflərinə çatmayana kimi Ukraynada müharibəni davam etdirəcəyini bəyan edir. Yaxın gələcəkdə Rusiya qoşunlarının və ya birgə Rusiya-Belarus qruplaşmasının Belarus ərazisindən Ukraynaya hücum ehtimalı da artır. Böyük Britaniyanın Strateji Araşdırmalar İnstitutunun direktor müavini Maykl Klark Rusiya-Ukrayna müharibəsinin hələ bir müddət dünyaya ciddi təsir göstərməkdə davam edəcəyini proqnozlaşdırır. O, Rusiya və Ukraynanı gələn il daha böyük çətinliklərin gözlədiyini də qeyd edir: “Böyük Avrasiya çöllərinin hər hansı bir yerində başqa ölkəni işğal etməyə cəhd edənlər qışı həmin çöllərdə keçirməyə məhkumdur. Napoleon, Hitler və Stalin qışın ortasında öz ordularını çöllərdə manevr etdirməli olublar. Müharibə planı yaxşı işləmədiyi üçün indi də Vladimir Putin qoşunlarını Rusiyanın yeni yaz hücumu başlayana qədər çöllükdə qışlamağa məcbur etməli olur. Hər iki tərəfin fasiləyə ehtiyacı var, amma əməliyyatları davam etdirmək baxımından ukraynalılar daha yaxşı təchiz və motivasiya olunublar; gözləmək olar ki, onlar ən azı Donbasda rusiyalıları sıxışdırmağa davam edəcəklər. Ukrayna hərbçiləri Kremennaya və Svatovo bölgələrində böyük bir irəliləyişin astanasındadırlar və bu irəliləyiş Rusiya qoşunlarını 2022-ci ilin fevralında işğalın başladığı yerdən çox da uzaqda olmayan növbəti təbii müdafiə xəttinə doğru 60 kilometr geri oturdacaq. Kiyev bununla kifayətlənmək istəməyəcək, xüsusən də o bölgədə qələbəyə bu qədər yaxınkən. Ancaq Xerson məsələsi həll edildikdən sonra Ukraynanın cənub-qərbdəki hücum əməliyyatları dayana bilər. Rusiyanın Krıma gedən avtomobil yolu və dəmiryolu əlaqələrinə problem yaratmaq üçün döyüşərək Dnepri keçmək çox çətin ola bilər. Amma Ukrayna Silahlı Qüvvələrinin hücuma keçəcəyi ehtimalını istisna etmək olmaz. 2023-cü ildə həlledici faktor Rusiyanın yaz hücumunun nəticəsi olacaq. Putin etiraf etdi ki, bu yaxınlarda səfərbər edilənlərin təxminən 50 mini artıq cəbhədədir; qalan 250 min nəfərsə 2023-cü ildə hərbi əməliyyatlarda iştirak etmək üçün hazırlanır. Döyüş meydanında Rusiyanın bu yeni qoşunlarının taleyi həll olunmayana qədər müharibənin davam etməyindən başqa ssenari yoxdur. Yeganə mümkün ssenari qısa və qeyri-sabit atəşkəsdir. Hər iki tərəf mövqeyini açıq şəkildə bildirdi - Putin dayanmayacağını, Ukrayna tərəfi isə öz ölkəsi üçün döyüşəcəyini dedi”.

London Kraliyyət Kollecinin Müharibə Araşdırmaları Departamentinin təmsilçisi  Barbara Zançetta isə qeyd edir ki, savaşın sonu görünmür: “Vladimir Putin ümid edirdi ki, digər ölkələrin hər hansı əhəmiyyətli iştirakı olmadan Ukrayna özündən güclü qonşusunun hərəkətlərini passiv şəkildə qəbul edəcək. Bu ciddi dərəcədə səhv hesablama uzun sürən və hələ ki sonu görünməyən münaqişəyə gətirib çıxardı. Qış çətin keçəcək, çünki Rusiya Ukraynanın infrastrukturlarına hücum etməklə, onsuz da yorğun və zəifləmiş olan əhalinin mənəvi ruhunu və dözümünü qırmaq istəyir. Ancaq ukraynalılar son dərəcə böyük mətanət nümayiş etdirdilər. Onlar möhkəm  dayanacaqlar. Və müharibə davam edəcək. Danışıqların perspektivi ürəkaçan deyil. Potensial sülh sazişi ən azı bir tərəfin əsas tələblərinin dəyişdirilməsini tələb edəcək, amma bunun baş verdiyinə və ya tezliklə baş verəcəyinə dair heç bir sübut yoxdur. Müharibənin həm maddi, həm də insani itkiləri Rusiya siyasi elitasını parçalaya və müharibəyə dəstəyi azalda bilər. Münaqişənin sona çatmasının açarı Rusiyadadır. Rəhbərliyin səhv hesablamalarının həlledici amil olduğu keçmiş müharibələr (ABŞ üçün Vyetnam, Sovet İttifaqı üçün Əfqanıstan) belə başa çatıb. Yanlış hesablamalara yol vermiş ölkədə daxili siyasi vəziyyət dəyişib və bu, münaqişənin "şərəfli" və ya çox da şərəfli olmayan şərtlərlə bitməsini yeganə məqbul varianta çevirib. Ancaq bu yalnız o halda baş verə bilər ki, Qərb, müharibənin zərərlərinə görə artan narazılıqlara rəğmən, Ukraynanı ciddi şəkildə dəstəkləməyə davam etsin. Təəssüf ki, bu, siyasi iradələrin uzunmüddətli siyasi, iqtisadi və hərbi savaşı olacaq. Və çox güman ki, 2023-cü ilin sonuna qədər bitməyəcək”.

Avropadakı ABŞ quru qoşunlarının keçmiş komandanı Ben Hodces də müharibənin haçan başa çatacağına dair dəqiq proqnoz vermir: “Qışda hadisələr daha ləng inkişaf edəcək, amma Britaniya, Kanada və Almaniyadan gələn qış texnikası sayəsində Ukrayna qüvvələri, şübhəsiz ki, qışdan rusiyalılara nisbətən daha yaxşı vəziyyətdə çıxa biləcək. Tarix bizə öyrədir ki, müharibə iradə və logistika sınağıdır. Ukrayna xalqının və əsgərlərinin qətiyyətini, Ukraynanın maddi-texniki vəziyyətinin sürətlə yaxşılaşdığını nəzərə alsaq, mən Rusiyanın məğlubiyyətindən başqa variant görmürəm. Bu qənaətə gəlməyimin bir səbəbi də Rusiya qoşunlarının Xersondan çıxmasıdır. Birincisi, bu, Ukrayna xalqının psixoloji qələbəsidir. İkincisi, Kreml üçün böyük utancdır; üçüncüsü, Ukrayna qoşunları əməliyyat üstünlüyü əldə ediblər - Krıma aparan yolların hamısı artıq Ukrayna silah sistemləri üçün əlçatandır. Hesab edirəm ki, 2023-cü ilin sonuna qədər Krım tam şəkildə Ukraynanın nəzarəti altına qaytarılacaq. Ola bilsin, Rusiyaya Sevastopoldakı hərbi dəniz bazasını tədricən ləğv etməyə imkan verən bir razılaşma da əldə olunsun və bu, hətta Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaqına qədər mövcud olmuş müqavilənin müddəti (təxminən 2025-ci ilə qədər) bitmədən baş versin. Azov dənizi sahillərində Ukrayna infrastrukturunun, o cümlədən, mühüm Mariupol və Berdyansk limanlarının yenidən qurulmasına səy göstəriləcək. Daha bir vacib layihə Dnepr suyunu Krıma yönəldən Şimali Krım kanalının fəaliyyətinin bərpasıdır”. Amma İsraildən olan  hərbi ekspert David Gendelman qeyd edir ki, Luqansk və Donetsk vilayətlərinin işğalı davam edəcək, amma Rusiya qoşunlarının ciddi dərəcədə irəliləməsi, məsələn, Donbasdakı Ukrayna qüvvələrini mühasirəyə almaq üçün cənubdan Pavloqrada keçmələri ehtimalı azdır: “Çox güman, indiki taktika davam edəcək - Ukrayna qoşunlarının dar istiqamətlərdə tədricən geri oturdulması və Baxmut və Avdiivka bölgələrində olduğu kimi ləng irəliləyiş. Ola bilsin, eyni taktika Svatovo-Kremennaya istiqamətində də tətbiq edilsin.Ukraynanın enerji infrastrukturuna və arxa cəbhəsinə hücumlar da "tükəndirici müharibə" strategiyasının tərkib hissəsidir. Rusiya qoşunları Xersondan geri çəkiləndən sonra Ukrayna ordusu əhəmiyyətli mövqelər azad etmiş oldu. Hazırda Ukrayna Silahlı Qüvvələri üçün ən əhəmiyyətli strateji hədəf Rusiyanın Krıma gedən quru dəhlizini bağlamaq üçün cənuba - Melitopol və ya Berdyanska istiqamətlənməkdir. Bu, Ukrayna üçün böyük qələbə olardı, ona görə də rusiyalılar Melitopolu möhkəmləndirirlər. Ukrayna üçün başqa bir variant Svatovodur. Ukrayna ordusunun ordakı uğurları Rusiya cəbhə xəttinin bütün şimal cinahını təhlükə altına atacaq. Ancaq əsas sual budur ki, hazırda Ukrayna qüvvələrinin hansı hissəsi hücuma hazırdır, yeni briqada və korpusların formalaşdırılması və döyüş hazırlığıyla bağlı general Zalujnının masasında necə bir qrafik var; şəxsi heyət, zirehli texnika və ağır silahlar da daxil olmaqla, onlar nə vaxt hazır olacaqlar - bir, iki, yoxsa üç aydan sonra? Bu sualın cavabını şaxtalar düşəndə biləcəyik. Onda müharibənin necə bitəcəyini anlamaq indikindən bir az asan olacaq”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

14.09.2026 / 20:47
ABŞ-da seçki Zəngəzur və 907 məsələsinə təsir göstərə bilər...

14.09.2026 / 20:40
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirdi

14.09.2026 / 20:35
ABŞ-da dizelin qiymət rekord həddə çatdı, Tramp hərəkətə keçdi - Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırdı…

14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir - FOTO

14.09.2026 / 20:23
Hikmət Hacıyevin Qarabağda diplomatik korpusa göstərdiyi saxta kitabların sirri...

14.09.2026 / 20:11
Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

14.09.2026 / 19:58
Tramp Putinə görə Zelenskiyə elçi düşüb...

14.09.2026 / 19:47
Prezident 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

14.09.2026 / 19:35
Qarabağda ilk dəfə olmuş Aİ xüsusi elçisi İrəvana mesajlar aparır...

14.09.2026 / 19:21
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edildi

14.09.2026 / 19:14
Rusiya “qışın oğlan çağında” Ermənistanın qazını kəsəcək, ardınca da Ukrayna ssenarisini işə salacaq

14.09.2026 / 19:06
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

14.09.2026 / 18:58
Lizinq təşkilatlarına yeni qayda kəsildi – kimin xeyrinədir? Bundan sonra...

14.09.2026 / 18:45
Diplomatların Qarabağ səfərində İrəvanı qıcıqlandıran 3 səbəb...

14.09.2026 / 18:32
ABŞ "bir şərtlə" İrana nüvə yanacağı tədarük etməyə hazır olduğunu açıqladı…

14.09.2026 / 18:17
Prezident İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib - FOTO

14.09.2026 / 17:50
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

14.09.2026 / 17:42
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

14.09.2026 / 17:38
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 17:25
Tramp seçicilərin səsini pulla almaqda israrlıdır

14.09.2026 / 17:08
Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

14.09.2026 / 16:55
Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:39
Şagird sayı az olan kənd məktəbləri bağlanır....

14.09.2026 / 16:28
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər...

14.09.2026 / 16:22
Müəllimlərin geyim tələbləri ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 16:12
"X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq" - Nazir

14.09.2026 / 16:08
Müəllimlik ixtisaslarına qəbul balı artırılır...

14.09.2026 / 16:02
Məktəblərdə dərs saatları dəyişdirilə bilər....

14.09.2026 / 15:53
Hakan Fidan Azərbaycana gəlir...

14.09.2026 / 15:45
90 min müəllimin maaşı artrılacaq - nazir açıqladı...

14.09.2026 / 15:27
Prezidentin sosial şəbəkə hesablarında "SABAH.city" innovasiya şəhərciyinin açılışı ilə bağlı video paylaşılıb

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 15:10
Əli Əsədov AİB-in Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ