çərşənbə axşamı günü, 15 sentyabr 2026
     

Gələn il İranda yeni inqilab qaçılmaz olacaq...

Image


İranda davam edən aksiyaların hakimiyyət üçün getdikcə daha böyük problemlər yaratması müşahidə edilməkdədir. Xüsusən də sosial-itisadi müstəvidə baş verənlər vəziyyəti daha da ağırlaşdırır. Rejimin repressiyası xalqı daha da qəzəbləndirir.

Baş verənlər fonunda İran parlamentinin Təbrizdən olan deputatı Məsud Pezeşkian həbs edilmiş etirazçılarla rəftar və onların mühakimə olunmasını İslam Respublikası hökumətinin “qanunsuz” davranışının nümunəsi hesab edib. Pezeşkian bildirib ki, problem qanunun icrası ilə bağlıdır: “Bizim konstitusiyada kimisə 24 saatdan artıq həbsdə saxlamamaq, yaxud təqsirləndirilən şəxsin vəkillə təmin edilməsinə dair maddəlr var. Konstitusiyaya əməl etsək insanlar bu qədər qəzəblənməyəcək”. Millət vəkili daha sonra bildirib: “Qanunu biz yazdıq, amma başqa iş görürük, başqa cür hərəkət edirik və cəmiyyəti qızışdıran da öz səhvlərimizdir”. Son məlumatlara görə, İranın Buşehr, Qum, Həştgerd, Həmədan, Rəşt, İlam, Tehran, Məşhəd və bir sıra şəhərlərində etiraz aksiyaları davam edib. “Euractiv” portalı bu fonda yazır ki, artıq 2023-cü ildə İran hakimiyyəti dərinləşən daxili böhranla üzləşəcək: “İran 2023-cü ildə daha çox etirazlara səbəb ola biləcək inqilabi prosesə daxil olacaq və tərəflərdən heç biri geri çəkilməyəcək. İranın ali rəhbəri Seyid Xameneyi bilir ki, hicab kimi ideoloji sütunda kompromislərə getmək respublikanın dağılmasına səbəb olacaq. Ona görə də rejimin repressiyaları ikiqat artacaq”.  Bu arada o da bəlliolub ki, Xameneyinin həbsdə olan bacısı qızı Fəridə Muradxani aclıq aksiyasına başlayıb. Bununla bağlı Fəridə Muradxaninin qardaşı Mahmud Muradhani məlumat yayıb: “Fəridə Muradxani ev dustaqlığına buraxılmaq tələbi ilə aclıq aksiyasına başlayıb”. Qeyd edək ki, Fəridə Muradxani 15 il müddətinə azadlıqdan məhrum edilib. İran hökümətinin etirazçıları repressiyaya məruz qoyaraq nəyi hədəflədiyini şərh edən güneyli ekspert Taha Kirmani bu fonda maraqlı məqamlara toxunub:

“Məhsa Əmini sonrası başlayan etirazların gücünü dəyərləndirdiyimizdə, biz bunu küçələrdəki insan sayı ilə ölçməməliyik. Yəni, neçə şəhər küçələrə çıxdı və ya nə həcmdə çıxdı, bunlar önəmli olsa da, bu etirazların əsas güc nöqtəsini dəyərləndirdiyimizdə fərqli ölçüləri nəzərə almalıyıq. İndi bu mərhələdə etirazların 3 aydır davam etdiyinə baxdığımızda deyə bilərəm ki, etirazlar güclənərək davam edir və artıq öz gücünü sübut edib”. Kirmani deyir ki, İslam Respublikası etirazları tamamilə yatırmaya qadir deyil: “Hakimiyyətin gücünü dartdığımızda İran İslam Cümhuriyyəti bütün küçədəki etirazları basdırmağa, etirazçıları cəzalandırmağa və insanları qorxutmağa qadir görünsə də, bu etirazların həcmi və dərinliyini azaltmağa yetərli gücdə deyil. Bunu görə bilirik. Bu gün küçələrdə bəlkə bir ay bundan öncə ilə müqayisədə daha az etiraz olduğunu görürük, amma bu kəsinliklə etiraz dalğasının söndüyü və hakimiyyətin iddia etdiyi kimi bitdiyi mənasına gəlmir. Çünki, bunun əksini göstərən çox səbəblər var əlimizdə. Farsdilli media platformalarında etirazlara qatılmayan, ancaq İslam Respublikasını da dəstəkləməyən kəsimlərin iştirakınının vacibliyindən bəhs edilir”.

Taha Kirmani hesab edir ki, “boz kəsim” adlandırılan səssiz əhalinin etirazlara dəstək verməsi üçün onların birbaşa küçələrə çıxması gərəkli olmaya bilər: “Əsasən bu boz bölümün iştirakından danışıldığı zaman bunlardan milyonların küçələrdə olması nəzərə alınmırdı. Doğrudur, əgər əsl məqsəd İslam Cümhuriyyəti rejiminin dəyişməsidirsə ki, bu gün anlaşılan bütün müxalif qüvvələrin ortaq qənaəti budur, bunun həyata keçirilməsi üçün ciddi kütlələrin küçəyə gəlməsi qaçılmaz bir şərtdir. Ancaq, o boz kəsimin, o səssiz qalan insanların iştirakı fərqli meyarlarla ölçülə bilər. Misal üçün, keçmiş etirazlara baxanda görürük ki, hakimiyyət bu dəfə öz dəstəkçilərini meydana gətirməkdə uğursuz oldu. Bu gün İslam Cümhuriyyətinin ən təminatlı hesab etdiyi bazasında belə ciddi zədələnmələr görürük. Yəni, bu etirazların günü küçələrdə gördüyümüzdən çox daha böyükdür”. Hüquq müdafiəçiləri etirazların başlamasından bəri ölkənin müxtəlif vilayətlərində yüzlərlə etirazçının öldürüldüyü və minlərlə vətəndaşın həbs edildiyini bildirirlər. Həbs edilən bir çox etirazçı “Allaha qarşı müharibə aparmaq”da günahlandırılaraq edam cəzasına məhkum edilib. Edama məhkum edilən etirazçılardan Mohsin Şikari və Məcidrza Rəhnəvərdin hökmü tətbiq edilib. Onlar, etirazlar zamanı İslam İnqilabı Qvardiyasının (Sepah) könüllü Bəsic qüvvələrini yaralamaq və öldürmək iddiası ilə “Allaha qarşı müharibə aparmaq”da ittiham olunmuşdular. Kirmani İslam Resublikasının bu edamlarla öz tərəfdalarına güc mesajı vermək istədiyini ifadə edir: “Məncə hakimiyyətin bu edam cəzalarını birbaşa açıqlaması və necə açıqlamasına diqqət edəndə görürük ki, öz bazasına bir mesaj vermək istəyir. Məhkəmənin verdiyi qərar da son dərəcə anlamlıdır. İran İslam Cümhuriyyəti burada öz bazasını məmnun etmək və öz tərəfdarlarına güc mesajı vermək, onlara sahib çıxmaq mənasında mesaj verməyə çalışır. Yəni, etirazları basdırmaqda iştirak edən qüvvələrə ‘qorxmayın, mən arxanayızdayam, sizə zərər verənləri cəzalandırmaq üçün hər şeyi gözə alaram' mesajını verməyə çalışır. Çünki, işin sonunda bu etirazlar daha ciddiləşsə, hakimiyyətin yanında yer alan insanların şübhələri müəyyənedici olacaq”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

14.09.2026 / 20:47
ABŞ-da seçki Zəngəzur və 907 məsələsinə təsir göstərə bilər...

14.09.2026 / 20:40
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirdi

14.09.2026 / 20:35
ABŞ-da dizelin qiymət rekord həddə çatdı, Tramp hərəkətə keçdi - Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırdı…

14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir - FOTO

14.09.2026 / 20:23
Hikmət Hacıyevin Qarabağda diplomatik korpusa göstərdiyi saxta kitabların sirri...

14.09.2026 / 20:11
Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

14.09.2026 / 19:58
Tramp Putinə görə Zelenskiyə elçi düşüb...

14.09.2026 / 19:47
Prezident 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

14.09.2026 / 19:35
Qarabağda ilk dəfə olmuş Aİ xüsusi elçisi İrəvana mesajlar aparır...

14.09.2026 / 19:21
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edildi

14.09.2026 / 19:14
Rusiya “qışın oğlan çağında” Ermənistanın qazını kəsəcək, ardınca da Ukrayna ssenarisini işə salacaq

14.09.2026 / 19:06
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

14.09.2026 / 18:58
Lizinq təşkilatlarına yeni qayda kəsildi – kimin xeyrinədir? Bundan sonra...

14.09.2026 / 18:45
Diplomatların Qarabağ səfərində İrəvanı qıcıqlandıran 3 səbəb...

14.09.2026 / 18:32
ABŞ "bir şərtlə" İrana nüvə yanacağı tədarük etməyə hazır olduğunu açıqladı…

14.09.2026 / 18:17
Prezident İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib - FOTO

14.09.2026 / 17:50
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

14.09.2026 / 17:42
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

14.09.2026 / 17:38
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 17:25
Tramp seçicilərin səsini pulla almaqda israrlıdır

14.09.2026 / 17:08
Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

14.09.2026 / 16:55
Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:39
Şagird sayı az olan kənd məktəbləri bağlanır....

14.09.2026 / 16:28
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər...

14.09.2026 / 16:22
Müəllimlərin geyim tələbləri ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 16:12
"X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq" - Nazir

14.09.2026 / 16:08
Müəllimlik ixtisaslarına qəbul balı artırılır...

14.09.2026 / 16:02
Məktəblərdə dərs saatları dəyişdirilə bilər....

14.09.2026 / 15:53
Hakan Fidan Azərbaycana gəlir...

14.09.2026 / 15:45
90 min müəllimin maaşı artrılacaq - nazir açıqladı...

14.09.2026 / 15:27
Prezidentin sosial şəbəkə hesablarında "SABAH.city" innovasiya şəhərciyinin açılışı ilə bağlı video paylaşılıb

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 15:10
Əli Əsədov AİB-in Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ