Bazar ertəsi günü, 09 noyabr 2026
     

İran rejimi dalana dirəndi, iqtisadiyyat çökdü...

Image


22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da polis nəzarətində ölümündən sonra başlayan və 3 aydır davam edən ümummilli etirazlar İranda mövcud rejimi getdikcə daha çıxılmaz vəziyyətə salır. Ümumiyyətlə, Əmininin ölümü ilə bağlı qəzəb minlərlə iranlının azadlıq və qadın hüquqları tələbi ilə küçələrə çıxmasına səbəb olub ki, bununla 1979-cu il inqilabından sonra İslam hökuməti üçün ən böyük təhlükə yaranıb.

Ölkədə əhalinin sosial-iqtisadi durumu ilə bağlı yaranan problemlərin miqyasının genişlənməsi də əhalinin rejimdən narazılığını sürətlə artırır. Bu fonda bəlli olub ki, Tehrandakı bankların bankomatlarında nağd pul olmadığı üçün ödəniş xidməti işləmir. Bildirilir ki, Tehranda bir çox bankomatlar ya işləmir, ya da nağd ödəniş xidməti aktiv deyil. Xatırladaq ki, son günlər əmanətçilər molla hökümətinin banklarından əmanətlərinin çıxarılması məqsədilə kampaniya başladıblar. Hökumət isə bu problemin öhdəsindən gələ bilmir. Bu durumda etirazlarda “İnflyasiya və bahalıq xalqın canını alıb” kimi şüar da ön plana çıxmaqdadır. Belə bir vaxtda Rəvansər şəhərində sahibkarlar molla rejiminin iqtisadiyyatını çökdürmək məqsədilə mağaza və iş yerlərini bağlayaraq kütləvi tətil keçirirlər. Enerji sektorunda kəskinləşən vəziyyət isə İranda iqtisadi durumu daha da çətinləşdirir. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu qeyd edir ki, İran qarşıdakı qış aylarında qaz çatışmazlığı ilə üzləşə bilər: “İran prezidenti İbrahim Rəisi artıq qaza qənaət edilməsi barədə danışıb. O, enerji istehlakının azaldılması haqqında göstərişlər verib. Hökumət rəsmiləri qaz çatışmazlığından narahat olduqlarını söyləyiblər. Bu problem mövcud rejim əleyhinə narazılıqları daha da alovlandıra bilər". Bu arada İranda ticarət obyektlərinin işçilərinin ardınca, neft sektorunda çalışanlar da tətillərə qoşulub. Onlar ümumi etirazlardakı narazılıqlarla yanaşı, iş şəraiti və maaşları ilə bağlı tələblər irəli sürürlər. Qeyd edək ki, İranın neft sektorunda maaş 300-600 dollar arasındadır. İnflyasiyanın 50 faiz olduğu ölkə üçün bu maaş çox az hesab edilir. Son 3 ildə hər il qiymətlər 40 faiz qalxır. Qeyri-rəsmi dəyərləndirmələr inflyasiyanın daha yüksək olduğunu göstərir. Başqa bir məsələ dövlətin neft sektorunda çalışanların maaşlarını artıra bilib-bilməməsidir. Milli neft şirkətinin hər il 10 milyard dollar borcu artır. Ötən il 80-90 milyard dollar arası borcu olub və 2022-ci ildə borc artımının daha çox olacağı gözlənilir. Bu da o deməkdir ki, heç Milli Neft Şirkətinin özündə pul yoxdur. İranın dövlət borcu Milli Neft Şirkətinin borclarından üçqat çoxdur. Büdcə hər il 30 faiz defisitlə üzləşir. Bu il də eyni durumdadır. Odur ki, nə dövlət büdcəsi, nə də Milli Neft Şirkətinin vəsaiti hesabına neft sektorunda çalışanların maaşlarını qaldırmaq mümkündür. Bu isə narazılığı daha da kəskinləşdirir. Belə vəziyyətdə bəlli olub ki, İran parlamenti ölkənin iqtisadiyyat və maliyyə naziri Seyid Əhsən Xandoziyə impiçment təklifini qəbul edib. İranın Ərak şəhərinin deputatı Məhəmməd Həsən Asefarinin sözlərinə görə, bu təklifə gələn həftə baxılacaq. Deputat qeyd edib ki, nazirə milli valyutanın ucuzlaşması, qızılın qiymətinin qalxması, infilyasiya, fond bazarında vəziyyət, eləcə də vədlərini yerinə yetirməməsinə görə impicment göstərilməsi təklifi qəbul olunub. Bildirilib ki, İran parlamentinin nümayəndələri zəruri hesab etdikləri hallarda Nazirlər Kabinetinə və ya istənilən nazirə qarşı impiçment elan edə bilər. Ən azı 10 deputatın imzası ilə parlamentə impiçment təklif olunması mümkündür.

Bunlar fonunda İranın Buşehr, Qum, Həştgerd, Həmədan, Rəşt, İlam, Tehran, Məşhəd və bir sıra digər şəhərlərində etiraz aksiyaları davam edir. Etirazlarda “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Xamneyi qatildir, rəhbərliyi batildir” və digər şüarlar səsləndirilir. Hökumət mitinqlərdən görüntülərin yayılmasının qarşısını almaq üçün interneti kəsib. Neft şəhərciyində əhali etiraz məqsədilə küçələrdə tonqallar yandıraraq barrikadalar qurub. İranın Qum şəhərində Qasım Süleymaninin şəkli yandırılıb. Həmədanda xalqa divan tutan yarımhərbi və radikal “Bəsic” qüvvələrinin bazası yandırılıb. Buşehr şəhərində etirazçı gənclər elmi-dini hövzənin binasına, İsfahan vilayətinin Qolpayeqan şəhərində etirazçılar radikal və yarımhərbi "Bəsic" qüvvələrinə məxsus qərargaha “Molotov kokteyl”ləri ilə od vurublar. Qərbi Azərbaycan əyalətinin Tikantəpə şəhərində etirazçılar xalqa divan tutan hökumət muzdlusunun evini yandırıblar. Eyni zamanda, Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində yanğınsöndürənlər şəhər bələdiyyəsinin önünə toplaşaraq təhlükəli iş şəraitinə və hüquqlarının pozulmasına etiraz olaraq aksiya keçiriblər. İran kinosunun tanınmış simalarından olan Fəriborz Ərəbniya qeyd edir ki, mövcud durumda dimi lider Əli Xamneyinin sonu İraqın keçmiş prezidenti Səddam Hüseynin taleyinə oxşayacaq. O, Səddam Hüseynin həbsxanadakı fotosunu paylaşaraq Xamneiyə xəbərdarlıq edib: “Mən doğru olanı dedim. İstəyirsən bundan nəticə çıxar, istəyirsən narahat ol”. Qeyd edək ki, bundan öncə İranın tanınmış aktyoru Həmid Fərruxnejad oxşar paylaşım edərək İran rəhbərini diktator, bəsit və yarıtmaz adlandırmışdı.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ