Türkiyənin Şırnak bölgəsində bir qrup PKK-çı məhv edilib.
Baki-xeber.com bu barədə haber7 saytından məlumat əldə edib. Xəbərə görə, Şırnakda antiterror əməliyyatı davam edərkən Cəhənnəm Dərəsindən bölgənin İdil kəndinə keçməyə çalışan bir qrup yaraqlı havadan dəstəklə məhv edilib. Xeyli sayda terrorçunun öldüyünü xəbər verən təhlükəsizlik qüvvələrinin hazırda ərazidə axtarış apardığı bildirilir.