12/11/2019 23:43
728 x 90

Şamaxıda “İlk dəfə səs verən gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində gənclərlə görüş keçirildi - FOTO

img

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İlk dəfə səs verəcək gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində bu dəfə Şamaxı rayon gəncləri ilə görüşüb.

Uşaq və Gənclər Regional Mərkəzində gənclərə maarifləndirici təlim keçirilib. Tədbirdə Şamaxı rayon icra hakimiyyətinin məsul işçisi də iştirak edib. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva qarşıdan gələn seçkilərin keçirilməsi ilə bağlı layihənin aktuallığından danışıb. Sonra layihənin təlimçi-ekspertləri Mətanət Əsgərova və Ruhiyyə Aslanova gənclərə ilk dəfə səs verən gənclərin seçki prosesinə geniş cəlb olunmasından danışıb, qarşıdan gələn seçkilərdə gənclərə seçki prosesində fəal iştirak etməyi tövsiyə olunmasına kömək etmək üçün onlara seçkilərin əhəmiyyəti, seçkilərdə iştirakın formaları və vacibliyi barədə maarifləndirici təlim-seminar keçirilib.

Son xəbərlər