Cümə günü, 13 noyabr 2026
     

Övladlığa götürmə müraciətləri DOST mərkəzlərinə verildi - əyriliklərin yolu nə qədər bağlanır...

Image


Azərbaycanda övladlığa götürmə sahəsində yeniliklər baş verməkdədir. Əvvəlki dönəmlərdə ciddi problemlərlə, qanun pozuntuları ilə müşayiət edilən bu prosesdə artıq şəffaflaşma həyata keçiriləcək.

Belə ki, artıq Azərbaycanda övladlığa götürmə ilə bağlı müraciətlər DOST Mərkəzində də qəbul ediləcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuata bildirib ki, Azərbaycanda övladlığa götürmə ilə bağlı müraciətlər həm DOST Mərkəzində, həm də elektron portal üzərindən qəbul ediləcək. S.Babayevin sözlərinə görə, övladlığa götürmə ilə bağlı aktiv işlər aparılır: "Məsələ ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər Milli Məclisə təqdim olunub. Yaxın günlərdə dəyişikliklərin plenar iclaslarda qəbul edilməsi gözlənir".

Nazir bildirib ki, noyabrın 1-dən etibarən övladlığa götürmə sahəsində fəaliyyətin istiqamətləndirilməsi, müraciətlərin qəbul edilməsi və müvafiq bazanın formalaşdırılması üçün elektron alt-sistem istifadəyə veriləcək: “Əsas şərt övladlığa verilən uşağın psixoloji ehtiyaclarından irəli gələrək düzgün ailə seçilməsidir. Ailənin sosial, mədəni, maddi olaraq bu övladı yetişdirmək, onu böyütmək qabiliyyətinin olmasını düzgün qiymətləndirmək lazımdır”.

Övladlığa verilmə prosesinin də dəyişdiyinə diqqət çəkən S.Babayev qeyd edib ki, qısa müddətdə qiymətləndirmə aparılmayacaq və 6 aya qədər prosedur dövrü olacaq: “Sonrakı proses ailə ilə uşağın tanışlığı, onların neytral ərazidə görüşlərinin təşkil olunması, ekspertlərin iştirakı əsasında onların ünsiyyətinə nəzarət edilməsi, qısa müddətdə və sonradan daimi şəkildə ailəyə verilməsindən ibarətdir”.

  • “...biz uşaqların uşaq evlərindən ailələrə verilməsinə nail olacağıq”

Övladlığa götürmə prosesinin DOST mərkəzlərində həyata keçirilməsinin bu sahədə böyük dönüş yaradacağını qeyd edən tanınmış hüquqşünas Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə bildirdi ki, bir il əvvəl bu sahədə qanunvericiliyə dəyişikliklər edilib və övladladlığa götürmə sahəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə verilib: “Əvvəlki dövrdə isə övladlığa götürmə məsələsi Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid idi. Bununla bağlı Bakı Şəhər Səhiyyə Baş İdarəsində yaradılan komissiya tərəfindən bu proses həyata keçirilirdi. Yeri gəlmişkən qeyd edim ki, bu proseslə bağlı müxtəlif fikirlər səsləndirilir, komissiyada qeyri-şəffaflığın olması, bir sıra nöqsanların mövcudluğu qeyd edilirdi. Bir sıra hallarda isə bu proseslərin həyata keçirilməsi zamanı qeyri-rəsmi münasibətlərin, sövdələşmələrin olduğu haqda da danışılırdı. Bir sözlə, bu komissiya yetərli qədər özünü doğrultmurdu, sonra bu komissiya fəaliyyət göstərmədi. Bəzi hallarda uşaqlar övladlığa növbədənkənar verilirdi, uşaqların sövdələşmə ilə övladlığa verilməsi, komissiya sədrinin bununla bağlı özbaşına qərar qəbul etməsi və sair barədə də fikirlər də mövcud idi. Bu barədə geniş danışmaq istəmirəm. İndi əsas odur ki, bu prosesin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə verilib. DOST mərkəzlərində də övladlığa götürmə ilə bağlı xüsusi struktur yaradılıb və bu strukturun rəhbəri də təyin olunub. O çox dürüst, təmiz bir insandır, sosial işi incəliklərinə qədər bilən bir şəxsdir, bu proseslə də bağlı çox ciddi bir mütəxəssis hesab olunur. Qurumun rəhbərinin kimliyi həmin qurumun fəaliyyətinə də təsir edir. Bilirsiniz ki, bizdə qurumların fəaliyyətində orada kimin rəhbər olması vacibdir. Ümumiyyətlə, DOST Mərkəzinin özünün fəlsəfəsi tamamilə şəffaflığa söykənir. Bilirsiniz ki, bu, Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış bir mərkəzdir. O həm quruluş, həm dizayn, həm də mahiyyət etibarilə çox şəffaf bir qurumdur. Artıq müxtəlif xidmət sahələri üzrə xeyli sayda vətəndaşa xidmət göstərib və vətəndaş məmnunluğunu təmin edib. Orada 148-ə qədər xidmət növü var. Hesab edirəm ki, DOST Mərkəzində övladlığa götürmə ilə bağlı struktur da öz fəaliyyətini müəyyən edilmiş standartlar əsasında quracaq. Buna əminəm. DOST Mərkəzi vasitəsilə uşaqların övladlığa verilməsi prosesi başlandıqdan sonra biz uşaqların uşaq evlərindən ailələrə verilməsinə nail olacağıq. Yəni bu proses başlandıqdan sonra uşaqlar uşaq evlərində qalmayacaq, onlar ailələrdə böyüyəcək. Bu məsələdə övladlığa götürmə ən mühüm alətlərdən biridir. Ən əsası odur ki, uşaqlarımız yaxşı ailələrə düşsünlər və sağlam, xoşbəxt və ləyaqətli böyümək imkanlarına malik olsunlar. Yaxşı təhsil alsınlar və cəmiyyət üçün yararlı olsunlar. Fikrimcə, DOST Mərkəzi bu standartlara uyğun fəaliyyətini quracaq və bunun nəticəsində də övladlığa götürmə prosesi daha şəffaf olacaq. Çox yaxşı olardı ki, bu prosesə vətəndaş cəmiyyəti institutları da, media da cəlb edilsin. Çünki bu vacibdir. Düzdür, övladlığa götürmə xüsusi bir prosedurdur, burada mütləq konfedisiallıq qorunub saxlanmaldır. Amma, bütövlükdə, proses şəffaf olmalıdır. Eyni zamanda, bu sahəyə ciddi nəzarət olmalıdır ki, ayrı-ayrı şəxslərə övladlığa verilən uşaqların həyatı, yaşamı təmin olunsun, onlara yüksək tərbiyə, təhsil verilsin”.

Ə.Nuriyev hesab edir ki, DOST Mərkəzi vasitəsilə həyata keçirilən övladlığa götürmə prosesinə ciddi nəzarət olacaq və bu da o uşaqların xoşbəxt gələcəyinin təmin olunmasına şərait yaradacaq. Müsahibimiz onu da qeyd etdi ki, sağlam uşaqlarla yanaşı, fiziki cəhətdən qüsurlu olan uşaqların da mərkəz tərəfindən ailələrə övladlığa verilməsi məsələsi baş verəcək. O hesab edir ki, artıq ailələr bu cür uşaqları da övladlığa qəbul etməkdən çəkinmirlər. Bunun da həmin uşaqların gələcəkdə daha yüksək səviyyədə inkişaf etməsinə, xoşbəxt böyüməsinə şərait yaradacağını deyən Ə.Nuriyev hesab edir ki, bütövlükdə, bu prosesin DOST Mərkəzi tərəfindən həyata keçirilməsi çox müsbətdir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ