12/11/2019 22:08
728 x 90

Bakı Mühəndislik Universitetinin gənc müəllimi KeelЯкорьe Universitetində tədqiqat aparıb - FOTO

img

Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat kafedrasının gənc müəllimi Süheyla Bəhlulzadə Erasmus + mübadilə proqramı çərçivəsində İngiltərənin Keele Universitetində olub. BMU-nun  İctimaiyyətlə əlaqələr şöbəsinin xəbərinə görə, üç ay müddətində bu universitetin Hesablama və riyaziyyat fakültəsinin təşkil etdiyi seminarlarda iştirak edən S.Bəhlulzadə burada tədqiqat aparıb, həmçinin dərslərə qatılıb.

Bundan başqa, S.Bəhlulzadə Keele Universitetinin müəllimləri və tələbələri üçün Azərbaycan, eləcə də BMU haqqında təqdimatlar edib.

Qeyd edək ki, Erasmus+ mübadilə proqramı əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Proqram ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə, gələcək məşğulluqları üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilərlər.

Son xəbərlər