şənbə günü, 14 noyabr 2026
     

Mobil internet “can verə-verə” işləyir – mühüm ərəfədə Azərbaycana turist axınına mane olan səbəblərdən biri…

Image


Osman Gündüz: “Hesab edirəm ki, mobil internet sahəsində müvafiq tənzimləyici qurum bu işlərə ciddi münasibət bəsləməlidir”

 

Azərbaycanda mobil internetin yarıtmaz vəziyyətdə olması faktdır. Bunun nəticəsində də son zamanlar bu xidmətlə bağlı müştərilər arasında narazılıqlar yaranıb. Ümumiyyətlə, həm mobil, həm də alternativ internet imkanlarından istifadə sahəsində ciddi problemlər yaranıb. Ölkə daxilində mövcud olan bu vəziyyət sözsüz ki, ölkəmizə gələn turistlərin də bu xidmətdən normal şəkildə yararlanmasına əngəl törədir.

Qarşıdan Azərbaycanda keçiriləcək bir sıra beynəlxalq tədbirlər gəlir. Bu ay paytaxt Bakıda “Formula Qran-Pri” yarışları keçiriləcək, ondan bir müddət sonra isə futbol üzrə turnir başlayacaq. Hər iki tədbirdə iştirak etmək üçün isə paytaxtımıza dünyanın dörd bir yanından turistlər, xarici qonaqlar gələcəklər. Əlbəttə, həmişə onlar bir yerdə dayanmayacaqlar, şəhərimizi gəzib dolaşmaq istəyəcəklər, onlara mobil internetdən yararlanmaq gərək olacaq. Bu halda, paytaxtda normal mobil internetin olmaması, istər-istəməz, narahatlıq doğuracaq. Bu sahədə indidən tədbirlər görülməsə, onların internet xidməti ilə təmin olunmasında problem yaranacağı şübhəsizdir.

Bu gün paytaxtın elə yerləri var ki, orada mobil internet tamamilə iflic vəziyyətdədir. Qeyd olunan problem, eyni zamanda, alternativ internet xidməti göstərən provayderlərin fəaliyyətində də özünü göstərir. Bəzən saatlarla ofislərdə internet müəyyən kəsintilərlə verilir, yaxud da tamamilə internetə qoşulmaq olmur, bu da sözsüz ki, narahatlıq doğurur.

İKT üzrə tanınmış ekspert Osman Gündüz “Bakı-Xəbər”ə bildirdi ki, mövcud problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar təxirəsalınmaz tədbirlər görməyə başlamalıdırlar. “Mənə elə gəlir ki, burada situasiya ilə bağlı daha dəqiq məlumat əldə etmək üçün ciddi bir monitorinq aparmaq doğru olardı. Yəni bəzən özüm də müşahidə edirəm ki, hansısa bir ərazidə yetərincə keyfiyyətlə mobil internet xidməti əldə edə bilmirəm. Monitorinqlərin nəticələrinin aşağı, yaxud yuxarı olmasından asılı olmayaraq, tənzimləyici qurum həmişə bu monitorinqi keçirməlidir. Ölkəmizdə tənzimləyici qurum funksiyasını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yerinə yetirir. Düzünü deyim ki, nazirliyin mobil operatorların keyfiyyəti, bunların lisenziya tələblərinə əməl etməsi ilə bağlı apardığı işlər də qənaətbəxş deyil. Yəni mən hələ bir dəfə eşitməmişəm ki, nazirlik keyfiyyətlə əlaqədar olaraq hər hansı bir monitorinq aparsın və bura ekspertləri, tərəfsiz təşkilatları cəlb etsin. İnandırıcı, sanballı bir monitorinq aparsın ki, bu sahədə vəziyyət nə yerdədir. Özüm bunu dəfələrlə yoxlamışam ki, nazirliyin binası ətrafında operatorların təqdim etdiyi sürəti almaq mümkün deyil. Bu belədirsə, onda bu, başqa yerdə necə olacaq? Ona görə də hesab edirəm ki, mobil internet sahəsində müvafiq tənzimləyici qurum bu işlərə ciddi münasibət bəsləməlidir. Bəzən eşidirik ki, nazirlik monitorinq keçirib, ancaq nəticəsindən heç kəsin xəbəri olmur. Bu səbəbdən də düşünürəm ki, nazirlik ciddi kriteriyalar hazırlamalı, ərazilər müəyyən olunmalı və vəziyyətlə əlaqədar monitorinqlər aparılmalıdır. Əlbəttə, qarşıdan böyük beynəlxalq əhəmiyyətli idman yarışları gəlir, bu yarışlara ciddi hazırlaşmaq lazımdır. Bunun üçün də gərək tənzimləyici qurum öz infrastrukturunu yeniləsin, internetin həcmini artırsın. Baxırsan ki, “Azercell” şəbəkəni genişləndirdi, istifadəçilərin sayını artırdı” yazırlar, ancaq diqqət yetirəndə onun aldığı internet trafikinin həcminin artmadığını görürsən. Bu necə ola bilir? Sürət artırsa, istifadəçilərin sayı artırsa, aldığı internetin də həcmi artmalıdır”.

Alternativ internet vasitələrinə gəlincə, O.Gündüz qeyd etdi ki, bu problem bütün provayderlərdə var. O.Gündüzün sözlərinə görə, hələlik Azərbaycanda internet keyfiyyətsizdir. “Beynəlxalq təşkilatların da hesabatlarına baxanda görürük ki, ümumiyyətlə, adambaşına düşən internet sürətinin həcmi azdır, bizdə bu sahədə vəziyyət qənaətbəxş deyil. Bizdə bu, kifayət qədər aşağı rəqəmdir. Bu onunla bağlıdır ki, bizdə genişzolaqlı fiberoptik internetlə bağlı problem var. Bu da yenə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin apardığı qüsurlu siyasətlə bağldır. Fiberoptik interneti yalnız nazirlik özü çəkə bilir. Yəni yeraltı quyular ki, var, ona kabel kanal sistemi deyirik. Həmin sistemdən özəl provayderlər istifadə edə bilmirlər. Bundan yalnız iki dövlət qurumu – “Baktelekom” və “Aztelekom” istifadə edir, 35-40 özəl provayder bu quyulara yaxın buraxılmır. Nazirliyin də resursları azdır, onlar nə vaxta bu fiberoptik interneti çəkib qurtaracaqlar. Burada da vəziyyətdən çıxış yolu ondan ibarətdir ki, nazirlik kanal sistemindən özəl və dövlət provayderlərinin bərabər şəkildə istifadəsi üçün qaydalar müəyyən etməlidir. Uzun müddətdir ki, bu qaydaları gözləyirik, ancaq yoxdur, bundan yalnız özləri istifadə edirlər” - deyə O.Gündüz qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ