şənbə günü, 14 noyabr 2026
     

Milli Teleradio Şurası tarixində ilk dəfə şəxslərə qarşı ən sərt qərara əl atdı

Image


Yadigar Məmmədli: “Mənə elə gəlir ki, şuranın atdığı bu addım, onlara qoyduğu efir qadağası digərlərinə də dərs olacaq”
Sadiq Qarayev: “Televiziyaların özlərində də nöqsanlar çoxdur”

 

Azərbaycan televiziyalarının heç də hamısında etik qaydalara, ictimai əxlaq məsələlərinə diqqət yetirilmir. Bir çox hallarda, həm bəzi proqram aparıcıları, həm də ayrı-ayrı qonaqlar danışarkən etik normaları gözləmirlər. Hətta elə hallar olub ki, nəinki qonaqlar, hətta aparıcılar özləri belə, etikadan kənar hərəkətlər edib, söyüş işlədiblər.

Onu da bildirək ki, bir-birinə hücum edən, saçyolduya çıxan, ağır şəkildə təhqirə yol verən şou-biznesçilər nəinki efirdən uzaqlaşdırılmayıb, hətta proqramdan-proqrama, telekanaldan-telekanala dəvət alıblar. Belə halların bəzi telekanallarda baş verdiyinin vaxtaşırı şahidi olmuşuq. Lakin bu hallara son olaya qədər əlaqədar qurumlar tərəfindən heç bir reaksiya verilməyib, verilsə də, ciddi cəza tədbiri görülməyib. “Space” telekanalının “Hər səhər” verilişində baş verən olay isə, sözün həqiqi mənasında, Azərbaycan ictimaiyyətini silkələdi. Bu mənada ki, iki populyar şou müğənnisi efirdə, özü də canlı yayımda söyüşlə müşayiət olunan mahnı oxudular. O mahnını onların ifasında, demək olar ki, sosial şəbəkə istifadəçilərinin əksəriyyəti dinlədi və bu da onların hiddətinə səbəb oldu.

Söhbət Rəşad İlyasov və Rüfət Axundovun ifasından gedir. R.İlyasovun və R.Axundovun mahnını söyüşlə oxuması Milli Televiziya və Radio Şurasını (MTRŞ) sərt qərar qəbul etməyə vadar etdi. Məlum olduğu kimi, olayla bağlı sözügedən televiziya cərimələnib.

Bundan başqa, müğənni R.Axundova və R.İlyasova bütün teleməkanda qadağa qoyulub. Hətta yayılan məlumatlara görə, bundan əlavə, R.İlyasov solisti olduğu Azərbaycan Televiziyasından da uzaqlaşdırılıb. O da qeyd edilir ki, “Hər səhər” verilişinin səs rejissoru da işindən uzaqlaşdırılıb.

Adları çəkilən müğənnilərə qanunla efir qadağası qoyulması ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Onların aqibəti bundan sonra efirlərə çıxıb oxuyan müğənnilərə, şou-biznesçilərə əməlli-başlı dərs olacaq.

Xatırladaq ki, hadisə ilə bağlı müğənni R.Axundov açıqlama versə də, R.İlyasov hələlik açıqlama verməyib. R.Axundov açıqlamasında “Əzizlərim, canlı yayımda mən söyüş söyməmişəm. Bunu kimsə düşmənçilik və ya zarafatla edibsə, bu heç də yaxşı alınmayıb. Kimsə götürüb üstünə söyüş qoyubsa, ayıb olsun” - deyə hərəkətlərinə bəraət qazandırıb.

Ekspertlər qeyd edirlər ki, indiyə qədər efirdə söyüş söyən heç bir müğənniyə qarşı rəsmi efir qadağası olmayıb. Zaman-zaman bəzi müğənnilərin qeyri-rəsmi şəkildə efirə buraxılmadığı haqqında məlumatlar yayılıb, lakin heç biri rəsmi formada olmayıb. R.İlyasov və R.Axundova isə qadağa rəsmən qoyulub.

Media eksperti Yadigar Məmmədli bizimlə söhbətində bildirdi ki, MTRŞ-ın atdığı bu addım təqdirəlayiqdir. Onun sözlərinə görə, bu olay başqa şou-biznesçilərə bir dərsdir. “Təkcə bu olayla bağlı deyil, ümumiyyətlə, Azərbaycan efir məkanında indiyə qədər çoxlu qanun pozuntusu baş verib. Bu zaman qanunun müxtəlif bəndləri pozulub. Bilirsiniz ki, dəfələrlə təkrarlanan bu cür hallarla bağlı ictimaiyyət narazılıq edib, mətbuat bu məsələni geniş şəkildə işıqlandırıb. Televiziya məkanında həm milli-mənəvi dəyərlərimizin qorunmaması, həm də cəmiyyətin düzgün informasiya ilə təmin olunmaması ilə bağlı çoxlu qanun pozuntusu baş verib. Buna da Milli Teleradio Şurası yetərli münasibət bildirməyib və bildirsə də, bu bizim tələblərimiz səviyyəsində olmayıb. Son olayla bağlı isə Milli Teleradio Şurasının qəbul etdiyi qərar təqdirəlayiqdir. Mənə elə gəlir ki, şuranın atdığı bu addım, onlara qoyduğu efir qadağası digərlərinə də dərs olacaq. Hər halda, bu mühitdəki cəzasızlıq sükutunun pozulması deməkdir. Ümid edək ki, bu cür hallar bir daha baş verməyəcək”.

Y.Məmmədli onu da qeyd etdi ki, teleradio məkanında, xüsusən də canlı verilişlərdə, tok-şoularda əndazəni keçən hallar baş verir və bunların qarşısı alınmalıdır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-alim Sadiq Qarayev də bizimlə söhbətində MTRŞ-ın qərarının düzgün olduğunu qeyd etdi. “Çox təəssüf ki, son zamanlar cəmiyyətin müxtəlif təbəqələri içərisində öz fikirlərini, etirazlarını, nifrətlərni söyüşlə ifadə etmək halları çoxalıb. Xüsusilə də siyasət və şou aləmində bu yolverilməzdir. Bu, həmin insanların (söyüş işlədlənlərin) intellekt bazasının, fikri ifadə etmək potensialının yetərincə olmamasından irəli gəlir. Mən bir ziyalı kimi hər bir Azərbaycan vətəndaşını, məşğul olduğu peşədən asılı olmayraq, xalqımızın milli-mənəvi dəyərlərinə sadiq olmağa, hörmət qoymağa, yeniyetmələrimizə, gənclərimizə örnək olmağa, dünya xalqlarının bizə gülməsinə imkan verməməyə dəvət edirəm. Milli Teleradio Şurasının məlum qərarını dəstəkləyirəm. Söyüş söyən, ümumiyyətlə, faydalı fikirlər, müsbət emosiyalar əks etdirməyən şəxslərin efirə çıxması məsələsinə şura tərəfindən baxılmalıdır. Yəni 10 milyonluq xalq kimə, nəyə və niyə baxır, baxmalıdır? Bunu düşünmək lazımdır. Televiziyaların özlərində də nöqsanlar çoxdur, bir müğənninin soyuducusunu iki saat xalqa göstərməkdənsə, elmi, ədəbiyyatı, mədəniyyəti, Azərbaycan təbiətini və faydalı məsəlləri müxtəlif təsiredici metodlarla cəmiyyətə göstərmək daha yaxşı olar” - deyə S.Qarayev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ