şənbə günü, 14 noyabr 2026
     

Qida Təhlükəsizliyi Agentliyi 1 il əvvəl Mətbuat Şurası ilə görüşdə bu vədləri vermişdi - nəticə yoxdu, Bakı kütləvi sallaqxana durumundadı...

Image


“Bu gün bazarlara baxsaq görərik ki, geni dəyişdirilmiş məhsullar çox geniş yayılıb”

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair "Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədilə 2017-ci ildə Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. QTA 2018-ci ilin yanvarın 1-də fəaliyyətə başladı. Qurumun yaradılmasında məqsəd illərdir bu sahədə mövcud olan problemləri aradan qaldırmaq idi. Çünki zaman-zaman qida təhlükəsizliyi ilə bağlı problemlər gündəmə gəlir. Bu sahədə neqativ halların olduğu ortaya çıxır.

QTA sədri Qoşqar Təhməzli başda olmaqla, qurumun rəhbərliyi 2018-ci ilin martında Azərbaycan Mətbuat Şurasının iştirakı ilə "Media və təhlükəsiz qida" mövzusunda görüş keçirdi. Keçirilən görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Agentliyin vəzifəli şəxsləri və media nümayəndələri iştirak edirdi. O zaman QTA sədri Qoşqar Təhməzli keçirilən geniş tərkibli görüşdə qida təhlükəsizliyi ilə bağlı, xüsusilə də Bakıda qanunsuz ət kəsiminin qarşısının alınması ilə bağlı odlu-alovlu vədlər verdi. Bəyan etdi ki, vahid dövlət siyasətinin aparılması üçün sahibkarlıq obyektlərində dövlət nəzarəti həyata keçirilməlidir:  “Bu sahəyə birbaşa bizim agentlik tərəfindən beynəlxalq normalar əsasında hazırlnmış qurum nəzarət edəcək. Ölkədə çoxsaylı qida müəssisələri, anbarlar, eyni zamanda qida satışını həyata keçirən fərqli satış müəssisələri var. Bu müəssisələrin hər birinin standartları mövcuddur. Bizim işimiz əhalinin sağlamlığını qorumaq məqsədilə bu qidaların əhaliyə təklif edilənə qədərki mərhələsinə nəzarət etməkdir. Bütün bunlar sahələrə bölünəcək - təsərrüfat sahəsi, istehsal müəssisələri, satış müəssisləri və sair. Təklif edirəm ki, ilk növbədə qeyri-qanuni ət kəsimlərinə qarşı tədbirlər görülsün. Heyvanların kəsildiyi yerlərdə ətrafa axıdılan qan düşündüyünüzdən də böyük təhlükə yarada bilər”.

QTA sədri o zaman bu sahədə mövcud olan nöqsanların aradan qaldırılacağını demişdi.

Bu arada QTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı həyata keçirilən tədbirlər və mövcud vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, Bakının Yasamal, Nizami, Binəqədi, Xətai, Nəsimi rayonlarında qanunsuz heyvan kəsiminə daha çox rast gəlinir. Onun açıqlamasından belə məlum olur ki, digər adı çəkilməyən rayonlarda qanunsuz ət kəsiminə az rast gəlinir. Ancaq müşahidələr göstərir ki, Sabunçu rayonunda bununla bağlı çoxsaylı problemlər var. Rayonun Zabrat qəsəbəsində, Zabrat-Sabunçu yolu boyunca, Bakıxanov qəsəbəsinin bir sıra yerlərində standartlara uyğun olmayan ət kəsimi məntəqələri var. Ancaq nədənsə, bunlar qeyd olunmur.

Bütün bunlarla yanaşı, bir il əvvəl QTA-nin MŞ ilə keçirilən görüşündə qurum sədri qanunsuz ət kəsiminə qarşı ciddi mübarizə aparacağını vəd etmişdi. Maraqlıdır, o vaxtdan keçən müddət ərzində verilən vədlərin, yəni Bakıda qanunsuz ət kəsiminin aradan qaldırılması ilə bağlı QTA-nın hər hansı fəaliyyəti hiss olunurmu? Bununla bağlı ortada nəticə varmı?

Məsələyə münasibət bildirən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin sözlərinə görə, o zaman görüş keçiriləndə QTA təzə yaranmışdı: “Yeni yaranmış bir qurum olduğu üçün özünü ictimaiyyətə tanıtmaq istəyirdi. Bununla yanaşı, ciddi şəkildə vədlər verirdi. İstəyirdi ki, media ilə münasibətlər qursun, gördüyü işlər barədə məlumatlar versin. Yeni yaranmış qurum olduğuna görə də MŞ onlarla birgə tədbir keçirdu. Ancaq ötən dövrdə sözügedən qurumun bu yöndə fəaliyyətinin nə dərəcədə səmərəli olduğunu, verdikləri vədi nə dərəcədə yerinə yetirdiklərini demək çətindir. O vaxt jurnalistlər qurumla əlaqələr qurdular. Hesab edirəm ki, onlar bu barədə daha çox yaza bilərlər. Bütövlükdə, qanunsuz ət kəsiminə qarşı mübarizə ilə bağlı ciddi bir dəyişiklik müşahidə etməmişəm. Digər tərəfdən, qida təhlükəsizliyi deyəndə burada söhbətin yalnız qanunsuz ət kəsimindən getməsi doğru yanaşma deyil. Fikrimcə, qida təhlükəsizliyi daha geniş anlayışdır. Bu gün bazarlara baxsaq görərik ki, geni dəyişdirilmiş məhsullar çox geniş yayılıb. Gözlə baxanda görürsən ki, bizim milli, ənənəvi məhsullar o qədər də gözə dəymir. Bu barədə düşünmək lazımdır. QTA tez-tez açıqlamalar verir. Ancaq bu açıqlamalar yalnız qanunsuz ət kəsimi ilə bağlı olur. Halbuki, qida təhlükəsizliyi ilə bağlı digər problemlər də var. Yaxşı olardı ki, Agentlik bunlara da diqqət etsin”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ