Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının biznes yerlərinə gediş haqqı iki dəfə endirilib.
Baki-xeber.com xəbər veri ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Məlumatda bildirilir ki, aprelin 8-dən gediş haqqı 50 manatdan 25 manata endiriləcək. Standart və Birinci klass yerlərə isə gediş haqqı dəyişdirilməyib.