Bakının Nizami rayonunda yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzi söküləcək. Baki-xeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilir.
Məlumatda qeyd edilir ki, mütəxəssislər tərəfindən verilmiş rəyə əsasən, “Diqlas” ticarət mərkəzi söküləcək.
Qeyd edək ki, martın 26-da “Diqlas” ticarət mərkəzində güclü yanğın baş verib.