şənbə günü, 14 noyabr 2026
     

“Azərsu” su filtri satanları ifşa etdi, satıcı şirkətlər isə müəmmaya döndülər…

Image


"AzFiltr” – Kamran: “Şirkət su filtrlərinin evlərə satışını həyata keçirir, bu işlə xüsusi şəxslər məşğul olurlar”
“Su filtri” – Nazim: “Satış həm onlayn, həm də evlərə gedib məhsulu reklam etmək formasında həyata keçirilir”
Eyyub Hüseynov: “Su filtrlərinin satışı ilə məşğul olan şirkətlər əhalini suya elektroliz cihazı qoymaqla aldadırlar”

 

Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da içməli suyun təmin edilməsi üçün müəyyən addımlar atılır. Bu gün su filtrlərinin satışı ilə məşğul olan şirkətlərin sayı kifayət qədər çoxdur. Şirkətlər arasında rəqabət isə insanları çaş-baş salıb. Əməkdaşlar məhsullarını elə reklam edirlər ki, vətəndaş bilmir evində bir stəkan su içsin, yoxsa içməsin.

Paytaxtda, eləcə də bölgələrdə yaşayan sakinlər deyirlər ki, gecə-gündüz filtr satanların əlindən bilmirlər nə etsinlər. Filtr satışı ilə məşğul olanlar qeyd olunan qurğunu satmaq üçün əllərindən gələni edirlər. Ev sahibləri deyirlər ki, şirkətdən gələn işçilər gətirdikləri xüsusi qurğu vasitəsilə suyun tərkibini yoxlayırlar: “Yoxlama zamanı isə suyun üzünə qalxan çirkli maddələr və bulanıq qat bizi məyus edir. Bu da içdiyimiz suyun yararsız olduğunun sübutudur. Amma bu onların reklam etdikləri filtrlərin problemi aradan qaldıracağına da dəlalət etmir. Filtrin keyfiyyətli olub-olmadığını bilmirik, həm pulumuz gedir, həm rahatlığımız”.

Qeyd edək ki, günün birinci yarısı əksər insanın işdə olduğunu düşündükləri üçün, bu cür reklam xarakterli “ziyarətlər” günün ikinci yarısına, bəzən də kifayət qədər gec saatlara təsadüf edir. Bu isə, əlbəttə ki, insanların istirahətini pozur və vətəndaşı narahat edir. Qapı-qapı gəzərək sakinləri içdikləri suyun yararsız olmasına inandıran belə şirkət nümayəndələri filtri satmayana qədər əl çəkmirlər. Onlar daha çox axşam saatlarında, bütün ailə üzvlərinin evdə olduğu vaxtda mənzillərin qapısını döyürlər. Əvvəlcə işi mənzilə yol tapıb ev sahibini suyun analizi üçün təcrübəyə razı salmaqdan ibarət olan xanım əməkdaş göndərilir. Daha sonra bir neçə qurğu ilə ailənin istifadə etdiyi suyun heç texniki suya da yaramadığını "sübut edir" və sağlam yaşamağın yeganə yolunun su filtri almaq olduğuna inandırırlar.

Ekspertlər isə bildirirlər ki, fırıldaqçılıqla məşğul olan bu şirkətlərin əksəriyyəti rəsmi qeydiyyatdan keçməyib və qanunsuz fəaliyyət göstərirlər. Su filtrlərinin qiyməti isə 550 -1400 manat arasında dəyişir.

Su filtrlərinin satışı ilə məşğul olan şirkətlərin də cavabını öyrənmək istədik. Lakin əksər şirkətin nə adlarını, nə də telefon nömrələrini tapa bildik. Tapdığımız nömrələrə ya zəng çatmadı, ya da qeyd olunan nömrənin şirkətə aid olmadığı deyildi.

"AzFiltr” su filtr şirkətinin servis üzrə nümayəndəsi Kamran adlı şəxs “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, şirkət su filtrlərini evlərə satış üçün göndərir: “Bu işlə xüsusi şəxslər məşğul olurlar. Su filtrlərinin qiyməti fərqlidir. Məsələn, kömürlü su filtrinin qiyməti 20 manatdır. Kömürlü su filtri sudan gələn pis qoxuları aradan qaldırır və suyun tərkibindəki xloru zərərsizləşdirir. Bu filtr 2 və ya 6 aydan bir dəyişdirilməlidir.

Kokos filtri də 15-20 manat arasında dəyişir. Kokosun kömüründən hazırlanıb və suyu təmizləyir. Eynilə kokoslu su filtri də 6 aydan bir dəyişdirilməlidir.

Elə filtrlər var ki, onların satış qiyməti yüksəkdir. Satış qiyməti yüksək olan filtrlər isə il ərzində bir dəfə dəyişdirilməlidir”.

“Su filtri” şirkətinin nümayəndəsi Nazim adlı şəxs bizimlə söhbətində bildirdi ki, onlar su filtrinin satışı ilə məşğuldurlar: “Satış həm onlayn, həm də evlərə gedib məhsulu reklam etmək formasında həyata keçirilir.

Su filtrlərinin qiyməti 650-1500 manat arasında dəyişir. Su filtrlərinin qiyməti onların keyfiyyəti və istehsal olunduğu firmaya görə dəyişir. 1500 manata olan su filtrinin sertifikatı olur, ancaq daha aşağı qiymətə olanda isə olmur. Onu da bildirim ki, 650 manata olan su filtri Tailand istehsalıdır. 1500 manata olan isə ispan modelidir, lakin Tailandda hazırlanır”.

Su filtrləri satan şirkətlərlə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin bəyanatı yayılıb. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə bəzi işbazlar əhaliyə verilən içməli suyun tərkibinin insan orqanizminə zərərli olması ilə bağlı şayiələr yayır, vətəndaşlara baha qiymətə su filtrləri təklif edirlər: “Su filtrləri satan şirkətlərin bu sahə üzrə heç bir təhsili olmayan gənc əməkdaşlarının qapı-qapı gəzərək (əsasən də axşam saatları) şəbəkədən verilən suyun keyfiyyətsiz olması barədə insanları aldatmaq cəhdləri hələ də davam edir. İnsanların diqqətinə çatdırırıq ki, suyun elektroliz cihazı və TDS aparatı ilə yoxlanması sadəcə onları aldatmağa hesablanıb. Elektroliz cihazının təsirindən suyun üzərində yaranan tünd yaşıl rəngli təbəqə suyun tərkibindəki palçığın və çirklənmənin deyil, əksinə, onun tərkibindəki mineralların elektroliz yolu ilə oksidləşmə və rediksiya prosesi nəticəsində əmələ gələn yeni maddələrin, onlara xas olan rəng və iyin göstəricisidir. Suyun üzərində belə bir təbəqə əmələ gəlmirsə, deməli, bu, filtrdən keçirilmiş və mineralları tutulub saxlanmış “ölü” sudur. TDS aparatı ilə yoxlanılan suyun göstəricisi 1000 ppm-ə qədər olduqda, bu su içməyə yararlı su sayılır. Ancaq filtr satan şirkətlərin əməkdaşları insanların bu sahədə bilgilərinin az olmasından sui-istifadə edib yalan məlumatlar verməklə onları aldatmağa cəhd edirlər. Kimya və biologiyadan heç bir anlayışı olmayan həmin gənclər TDS aparatı ilə yoxlanılan və 200-300 ppm (qeyd - ümumi mineralların yol verilən qatılıq həddi) təşkil edən suyu çirkli su adlandırır və bununla da insanları aldadırlar.

Əhaliyə verilən içməli suyun tərkibində ümumi mineralların yol verilən qatılıq həddi qüvvədə olan standartlara əsasən, 1500-ə qədər olduqda bu su içməyə yararlı sayılır. Bu gün Azərsu ASC-nin insanlara verdiyi suda isə bu göstərici 250-500 arasında dəyişir. Başqa sözlə, bu gün istehlakçılara verilən suda qeydə alınan bu göstəricilər tam normalar çərçivəsindədir".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, əksər hallarda filtri quraşdırıb gedəndən sonra belə firmaları tapmaq müşkülə çevrilir: “Su filtri satışı ilə məşğul olan şirkətlərdən Birliyə çoxlu sayda şikayət daxil olur. Araşdırma zamanı məlum olur ki, su filtri satan şəxslərin heç ofisi də yoxdur, internet vasitəsilə sifariş edir, gətirib insanların evinə quraşdırır, sonra da telefon nömrəsini dəyişib aradan çıxır. Biz bu şikayəti araşdıraraq zərərçəkmiş şəxsin pulunu geri qaytarmağa nail olduq".

Ekspertin sözlərinə görə, su filtrlərinin satışı ilə məşğul olan şirkətlər əhalini suya elektroliz cihazı qoymaqla aldadırlar. Cihaz suyun daxilində olan zərrələr və ionların bir-birilə toqquşmasına səbəb olur. Bundan sonra suyun içində olan minerallar yanır və ortaya qatı palçıq kimi maddələr çıxır. Gördüyü qarşısında heyrətə düşən istehlakçı asanlıqla reklam olunan su filtrindən almağa razı olur. Əslində isə ortaya çıxan palçıqvari maddə suyun daxilində olan mineralların yanması nəticəsində əmələ gəlir ki, bu da normal prosesdir: “Bu su filtrləri həm də ona görə təhlükə mənbəyidir ki, suda insan bədəni üçün əhəmiyyətli olan kalsium, natrium, maqnezium, fosfor, kalium, dəmir, mis və sink kimi mineralları yox edir.

Hazırda ölkədə su filtri bazarında hərcmərclik yaşanır. Kanalizasiyaya içalat, pampers və digər tullantıların atılması təmizləyici qurğuların işini çətinləşdirir. Bu vəziyyətdən istifadə edən su filtri satanlar da at oynadırlar. Problemin hökumət səviyyəsində qaldırılmamasının səbəbi ölkədə istehlakçı hüquqlarının qorunmamasıdır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ