Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Tanınmış şərurlular İsfəndiyar Axundovu “Şərurlu” adından imtina etməyə çağırdılar

Image


Şərur Naxçıvan MR-in ərazisinə və əhalisinə görə ən böyük rayonu olub. Hazırda Şərurun inzibati əraziləri hesabına daha iki rayon yaradılıb. Sədərək və Kəngərli Şərurdan ayrılaraq müstəqil rayon kimi fəaliyyət göstərsələr də, Şərur MR-dəki böyüklüyünü yenə saxlayır. Bunu təsadüfən xatırlatmadım. Yəqin bilirsiniz ki, belə böyük rayondan heç də az olmayan sayda ziyalılar, tanınmış alimlər, dövlət xadimləri və iş adamları çıxıb. Amma nadir halda görünür ki, onlardan kimsə özünü məhz “Şərurlu filankəs” kimi təqdim etsin.

Bu adla özünü təmtəraqlı şəkildə təqdim edənlərdən birini yəqin ki, çoxunuz tanıyırsınız. Söhbət iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdan gedir. Təbii ki, qanunvericilik kiməsə cəmiyyətdə necə təqdim edilməyi qadağan etmir. Hətta İsfəndiyar Axundov mediaya müsahibəsində deyib ki, bu cür təqdimatdan o qədər də xoşlanmır və kökən heç Şərur rayonundan da deyillər. Aydındır ki, İsfəndiyar Axundov ona bu adı daşımaqla bağlı bildirilən iradların fonunda belə açıqlama vermək məcburiyyətində qalıb. 90-cı illərin əvvəlindən Bakıda böyük biznesə başlayanda o, bu adla tanınmağa başlayıb və heç vaxt kiməsə belə çağırılmaqla bağlı nə rəsmi, nə də qeyri-rəsmi etiraz etməyib. Yəqin İsfəndiyar müəllim bilir ki, belə təqdimatı adının önünə yazmaqla ikiqat məsuliyyət daşımalı olur. Çünki onun edəcəyi yaxşı və pis əməllərin hamısı daşıdığı şəxsi adından öncə, həm də bilərəkdən adının önünə əlavə etdiyi məkanın adı ilə də bağlı olur. Son günlər İ.Axundovun adı şəhid ailəsinin mənzilini məhkəmə yolu ilə əlindən almaqda hallandı. Bundan bir müddət əvvəl isə mediada belə bir başlığa rast gəldim: “Şərurlu İsfəndiyar 150 ailəni süründürür”. Bu cür xəbər təqdimatı ilə ilk dəfə rastlaşsaydım, heç reaksiya da verməzdim. Etiraf edim ki, uzun illərdir bu adamın adı mediada heç də xoşagəlməyən hadisələrdə hallanır. Məlumat üçün deyim ki, İ.Axundov Şərur rayonunun Siyaqut kəndində yaşayıb və sonra Bakıya köçüb. Özü müsahibəsində deyir ki, həmin kəndə Qərbi Azərbaycandan gəliblər. Bəlkə də insan kimi pis adam da deyil. Şəxsən mənə nə yaxşılığı keçib, nə də pisliyi. Amma mən jurnalistikada olandan bu iş adamının adının yalnız mənfi dividend gətirən olaylarda hallandığının şahidi olmuşam. Kim inanmırsa, axtarış sistemlərində bir "Şərurlu İsfəndiyar" yazıb baxsın. Axı bu məlumatların hamısı qərəzli ola bilməz. Çox təəccüblüdür, məgər bu adam bir xeyirxah əmələ imza atmır?

Tanıyanlar deyirlər ki, belə jestləri də az olmayıb. Maraqlıdır, bu boyda varidatın qabağında bunun yanında bir səriştəli adam yoxdur ki, heç olmasa onun mediada piarını qursun? Piar demirəm, heç olmasa gördüyü işləri işıqlandırsın? İstənilən halda, adı yalnız mənfi məsələlərdə hallanan adamın adının önündə böyük bir rayonun adının çəkilməsinə qarşıyam.

Bəlkə də İsfəndiyar müəllim məni heç dünəndən bəyənmir. Görüşsək deyər ki, Şərurun adına o yox, mən ləkəyəm. Buna baxmayaraq, İsfəndiyar müəllim kreativləşməlidir. Anlamalıdır ki, yalnız pul yığmaqla iş bitmir. Reputasiyasının qeydinə də qalmalıdır. Ya da özünü şərurlu kimi təqdim etməkdən yavaş-yavaş imtina etməlidir. Gəlin görək, əslən Şərur rayonundan olan ziyalılar bu mövzu ilə bağlı nə düşünürlər?

Əslən Şərur rayonundan olan, AMEA Folklor İnstitutunda aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev qəzetimizə bildirdi ki, kiminsə öz regionunu özü üçün soyad və ya ləqəb götürməsinin əleyhinədir: “Doğulduğu, yaşadığı regionun adını özü üçün ləqəb, soyad seçənlər hər bir işində diqqətli olmalı, etdiyi hərəkətlərin doğuracağı nəticəni əvvəlcədən yüz dəfə ölçüb biçməlidirlər. Çünki onların hər hansı bir səhvi bir regionun adının pis mənada hallanmasına, həmin regiondan olan digər insanların isə narazılığına gətirib çıxarır. Bəzən fürsətdən istifadə edilərək həmin yarıtmaz şəxsin timsalında bütöv bir regionun insanlarına qarşı kin, nifrət aşılanır. Bu isə yolverilməzdir. Ona görə də yaxşı olar ki, region adlarını özlərinə soyad, ləqəb kimi götürənlər xüsusilə diqqətli olsunlar, təmsil etdikləri regionun adını daim uca tutsunlar, regionun nüfuzuna zərbə vuracaq əməllərdən uzaq dursunlar, təmsil etdikləri regionun insanlarını xeyirxah, alicənab, vətənpərvər kimi tanıtsınlar”.

Əslən Şərur rayonundan olan Azərbaycan Respublikası Kinematoqraflar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev də qəzetimizə bildirdi ki, İ.Axundov kimi şəxslərin yaratdığı mənzərəyə görə məsələyə münasibəti birmənalı deyil: “Buna qarşıyam. Çünki yaxşı olanda haralı olduğunun önəmi yoxdur, ancaq pis olanda haralı olduğu sualı verilir. Bəzən söyülür, təhqir edilir. Beləliklə, bir adama görə bir böyük rayonun reputasiyası məhv olur, imicə zərbə dəyir. Son təcrübədə də bunun şahidi olduq. Əvvəl söyüş yazılırdı, ardınca rayonun adı, sonra şəxsin öz adı. Belə olmaz!”

Əslən Şərurdan olan digər tanınmış jurnalist Nahid Canbaxışlı da qəzetimizə bildirdi ki, İsfəndiyar Axundov şəxs olaraq bütün rayonu təmsil edə bilməz: “Əminəm ki, İ.Axundova məhz şərurlu kimi təqdim olunmağın ziyanı dəyməyib. Hansı xeyrinin dəydiyini isə özü daha yaxşı bilir. Hərçənd ki, öz müsahibəsində heç əslən şərurlu olmadığını da deyir. Amma bu adam fikirləşməlidir ki, ziyanı dəyməyən adın ehtiramını nə cür saxlaya bilib. Uzun müddətdir jurnalistikadayam. Bu adamın adının ancaq qalmaqallarda çəkildiyinin şahidi olmuşam. Hansı saytı açırsan, yazırlar ki, İ.Axundov bir mənzili bir neçə nəfərə satıb və s. Xoşagələn hal deyil.  Necə olur ki, Azərbaycana böyük fayda verən, əslən Şərurdan olan tanınmış alimlər, generallar, dövlət xadimlərinin adının önündə biz belə təqdimata rast gəlmirik? Bu səbəbdən də əsasən media belə mövzularda diqqətli olmalıdır. Çox xahiş edirəm ki, bundan sonra həmin adamın adı mediada İ.Axundov kimi təqdim edilsin”.

Şərur rayonundan olan başqa bir jurnalist Səbuhi Qafarov qəzetimizə bildirdi ki, həmin iş adamının şəhid ailəsinə qarşı etdiyi son hərəkət onu və ümumilkdə, cəmiyyəti dərindən təəccübləndirib: “Rayon adlarını özlərinə təxəllüs edən şəxslərlə bağlı münasibətim yaxşı deyil. Çünki bu tip insanlar heç də həmin region və ya rayonların gerçək siması ola bilməz. Biz daha çox bunu edənlərin məqsədini sui-istifadə hallarında görürük. Əkrəm Əylisli kimi tanınmış yazıçının buraxdığı kobud səhvə görə ilk olaraq onun kəndinin adı hallandı. Çünki özünə həmin kəndin adını təxəllüs kimi götürmüşdü. İlk etiraz da elə həmin kənddən gəldi ki, kəndin adını batırır. Yaxşı olardı ki, insanlar yaxşı əməlləri ilə, xeyriyyəçilikləri ilə adlarını yaddaşlara yazsınlar. Hesab edirəm ki, bu cür hallara xüsusi önəm verilməlidir. Bunun ən böyük günahını elə media adamları kimi özümüzdə də görürəm. Kimi istədisə, onun adının qabağına rayonun adını yazıb cəmiyyətə təqdim etməməliyik”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ