Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” ölkəmizdə Novruz bayramı münasibətilə keçirilmiş ümumxalq şənliklərində aktiv iştirak edib. Şirkət Gəncə şəhərində təşkil edilmiş böyük “Novruz şəhərciyi”nin baş sponsoru olub.
Bayram günlərində Gəncənin Heydər Əliyev meydanında salınmış böyük “Novruz şəhərciyi”ndə hündürlüyü 4,5 metr olan nəhəng səməni quraşdırılmış, gün ərzində şəhərciyə gələn qonaqları isə Novruz bayramının əsas atributları olan Kosa, Keçəl və Bahar qızı qarşılayıblar. Şəhərcikdə müxtəlif milli məhsulların nümayişi və satışı həyata keçirilib, qonaqların və xüsusi olaraq uşaqların asudə vaxtının maraqlı təşkili üçün müxtəlif attraksionlar quraşdırılıb. “Novruz şəhərciyi”ndə, həmçinin, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə konsert proqramları təqdim olunub.“Novruz şəhərciyi” Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin və “Gənclənd” ailəvi-istirahət kompleksinin təşkilatçılığı ilə salınıb.
“Bakcell” şirkəti Azərbaycanın milli dəyərləri və mədəni sərvətlərinə bağlılığını bir daha nümayiş etdirərək bayram günlərində Gəncə şəhərində təşkil edilmiş böyük “Novruz şəhərciyi”nin baş sponsoru olub. Şəhərcikdə quraşdırılmış “Bakcell” stendinə gələn qonaqları və xüsusi olaraq uşaqları müxtəlif sürprizlər, əyləncələr və maraqlı hədiyyələr gözləyirdi. Həmçinin, burada qonaqlar “Bakcell”in məhsul və xidmətləri barədə məlumat əldə etmək və pulsuz mobil nömrə almaq imkanına malik olublar.
Xatırladaq ki, “Bakcell” şirkəti Novruz bayramında həm Gəncə şəhərində təşkil edilmiş böyük “Novruz şəhərciyi”nin, həm də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilmiş “Bahar Qalası” festivalının sponsoru olub.
“Bakcell” şirkətinin dəstəyilə keçirilmiş ümumxalq Novruz şənliklərində minlərlə vətəndaş və ölkəmizin qonaqları iştirak edib.