şənbə günü, 14 noyabr 2026
     

Bakını restoran tüstüsünə boğan sahibkarlar təzə bəhanə tapıb, Ekologiya Nazirliyinin məmurları isə üzgörənlik edir…

Image


Eyyub Hüseynov: “Prezidentin xəbərdarlığına əməl etməyən, nazirliyin göstərişinə əhəmiyyət verməyən şadlıq evlərinin adları tam şəkildə ictimaiyyətə açıqlansın”

 

Hamıya bəllidir ki, ictimai iaşə obyektlərinin yerləşdiyi ərazilərdə, xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü insanlarda diskomfort yaradır, vətəndaşların çoxsaylı şikayət və narazılığına səbəb olur. Bakı şəhərinin müxtəlif rayonlarında fəaliyyət göstərən ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferi tullantılarla çirkləndirmə, yerləşdikləri ərazilərdə, xüsusilə sakinlərin kütləvi istarahət yerlərində ətraf mühitə ziyan vurmaları vətəndaşları narahat edir.

Məlum olduğu kimi, bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda havanın çirklənməsində rol oynayan restoran və kafe sahiblərinə ciddi xəbərdarlıq edərək, bu obyektlərdən çıxan tüstünün zərərsizləşdirilməsi üçün xüsusi avadanlıqların quraşdırılması ilə bağlı tapşırıq verdi. Eləcə də xəbərdarlıqda bu qaydalara əməl etməyən şadlıq sarayları və restoranların cərimələnməsi də ciddi vurğulanırdı.

Hətta Prezident İlham Əliyev də havanı çirkləndirən şadlıq evlərinə ciddi xəbərdarlıq etmişdi. Məlumat üçün bildirək ki, oktyabrın 10-da Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayı ərzində sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev deyib ki, havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq edilib: "Axsam saatlarında Bakı şəhərini tüstü bürüyür. Şadlıq evlərində tüstü təmizlənmədən havaya sovrulur. Ona görə çox ciddi xəbərdarlıq edilib, kim əməl etməyəcəksə, o şadlıq evinin, məişət obyektinin qapısı bağlanacaq. Mən tapşırmışam ki, bunun üçün hüquqi əsaslar hazırlansın. Bildiyimə görə, birinci xəbərdarlıqdan sonra bir çox məişət obyektləri təmizləyici qurğuları quraşdırmağa başlayıblar. Onların hamısına məsləhətim ondan ibarətdir ki, bu işi tezləşdirsinlər. Çünki ikinci xəbərdarlıq olmayacaq, bir də görəcəklər ki, əldən çıxdı. Ona görə tezliklə bütün böyük-kiçik məişət obyektlərində havanı çirkləndirən, havaya tüstü, kanserogen buraxan obyektlərdə təmizləyici qurğular quraşdırılmalıdır, müvafiq qurumlar monitorinq aparmalıdır. Mən Bakı Şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verdim ki, mənə dərhal məlumat verilsin və dərhal ölçü götürüləcək".

Prezidentin məlum tapşırığından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi şadlıq evləri ilə bağlı monitorinq həyata keçirdi. Hansı restoran və ya şadlıq evində hava təmizləyən qurğu yox idisə, onlara bu avadanlığın quraşdırılmasının vacibliyi bildirilmişdi. Buna əməl etməyən şadlıq evlərinin bağlanacağı nəzərə çatdırılmışdı. Tapşırıqdan bir müddət sonra bəzi restoran, şadlıq evi və ya iaşə obyektləri məkana hava təmizləyici qurğu aldılar, bəziləri isə Prezidentin tapşırığına məhəl belə qoymadı. Restoranlar olan küçədən keçərkən ətrafı tüstü qoxusu yenə də bürüyür. Şadlıq saraylarından çıxan tüstü ətrafda yaşayan sakinləri narahat edir. Bu mənzərə daha çox şadlıq evlərinin sıx yerləşdiyi Nizami, Xətai və Binəqədi rayonlarında hökm sürür.

Qeyd edək ki, eyni mənzərə hər axşam Nizami rayonu Bəkir Çobanzadə küçəsində, eləcə də Binəqədi rayonunun şadlıq evləri cəmləşən küçələrində də yaşanır.

Şadlıq evlərinin sahibləri iddia edirlər ki, onlar obyektdə müasir standartlara uyğun olan təmizləmə cihazları quraşdırıblar. Müəyyən zaman keçdikdən sonra həmin avadanlıqların filtri yenilənmədiyi üçün, tüstü normadan artıq çıxır. Restoran sahibləri qeyd edirlər ki, yeni filtrlər quraşdırılandan sonra ətrafda yaşayan vətəndaşlar heç bir tüstü müşahidə etməyəcəklər.

Ancaq ekspertlər isə iddia edirlər ki, şadlıq evlərinin, demək olar ki, əksəriyyətində hava təmizləyici qurğu quraşdırılmayıb. Onlar monitorinq zamanı adıçəkilən qurğunun dəyişdirilmək üçün çıxarıldığını bildirirlər. Ancaq, əslində, qurğu quraşdırılmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi isə media nümayəndələrinə açıqlamasında qeyd edib ki, paytaxtın müxtəlif yerlərində son 10 gündə avadanlıq quraşdırılsa da, normadan artıq tüstü xaric edən 10-dan çox şadlıq sarayı müəyyən edilib və onlara vəziyyəti dəyişmək üçün 24 saat müddətinə məcburi göstəriş verilib. Elə "Təbrik" restoranı da xəbərdarlıq edilən obyektlərin arasındadır: “Bakı, Abşeron və Sumqayıtda 600-dən çox şadlıq evi var və onların hamısını bir gündə monitorinq etmək fiziki olaraq mümkün deyil”.

Maraqlıdır, qoyulan tələblərə əməl etməyən çoxlu sayda şadlıq evi olduğu halda, niyə məhz “Təbrik” restoranının adı çəkilir. Yaxşı olar ki, hava təmizləyici qurğu quraşdırmayan digər restoranların da adı ictimaiyyətə tam şəkildə açıqlansın. Beləliklə, əhali həmin məkanlara getməkdən imtina edər.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bizimlə söhbətində qeyd etdi ki, restoranlar və şadlıq sarayları ekologiyaya ziyan vururlar. Bu sahədə yaşanan problemi həll etmək üçün dövlət orqanları müəyyən işlər görürlər.

Onun sözlərinə görə, görüləcək tədbirlər ətraf mühitin çirklənməsinin qarşısının alınmasına və insanları narahat edən halların aradan qaldırılmasına təsir edəcək: “Bu işdə əhalinin fəallığı lazımdır. Əgər əhali elə yerləri boykot etsə, dövlət orqanlarının qərarları asanlıqla yerinə yetirilər. AİB ETSN-nin cərimələdiyi və xəbərdarlıq etdiyi şadlıq evi və restoranlardan əhalinin imtina etməsi üçün iş aparacaq”.

Birlik sədri qeyd etdi ki, havanı çirkləndirən iaşə obyektlərinə qarşı maliyyə sanksiyası tətbiq oluna bilər: “Yaxşı olar ki, atmosferi çirkləndirən restoran və ya şadlıq evlərinin adı tam şəkildə ictimaiyyətə açıqlansın. Bir-iki restoranın adı deyil, Prezidentin xəbərdarlığına əməl etməyən, nazirliyin göstərişinə əhəmiyyət verməyən şadlıq evlərinin adları tam şəkildə ictimaiyyətə açıqlansın. Eyni zamanda, əhali həmin məkanlarda hər hansı bir məclis təşkil etməsin. İctimai qınaq olarsa, bu sahədə vəziyyət müsbətə doğru dəyişər”.

Həmsöhbətimiz onu da vurğuladı ki, ekologiyaya zərər yetirən, havanı çirkləndirən şadlıq evləri bağlanmalıdır. Çünki o şadlıq evləri ətrafda yaşayan sakinlərin sağlamlığına təsir edirlər. Müasir standartlara cavab verməyən, təmizləyici qurğuları olmayan ictimai iaşə obyektləri bağlanmalıdır: “Çünki o obyektlərə dəfələrlə qeyd olunan qurğunun quraşdırılması ilə bağlı xəbərdarlıq olunub. Ancaq onlar xəbərdarlığa əhəmiyyət verməyiblər. O üzdən, bu tip məkanların fəaliyyəti dayandırılmalıdır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ