şənbə günü, 14 noyabr 2026
     

“Diqlas” yanğını – Bakıdakı böyük ticarət mərkəzlərinin sığorta problemi gündəmdə…

Image


“Meqa Sığorta” - Anar Cahangirov: “Bu gün ticarət mərkəzlərində fəaliyyət göstərən dükan sahibləri öz əmlakını sığorta etdirməyə maraq göstərmirlər”
“AtaSığorta” -  Nigar İbrahimova: “Diqlas” ticarət mərkəzində baş verən yanğın hadisəsindən sonra...”
Xəyal Məmmədxanlı: “Vətəndaşlar öz əmlaklarına, pullarına, mülklərinə qarşı biganədirlər”
Ceyhun Əsgərov: “İcbari sığorta ilə yanaşı, mülki məsuliyyət sığortası var ki, o da icbari şəkildə olmalıdır”

 

Ticarət mərkəzlərində yanğınlar zamanı sahibkarlar ziyana düşür. Martın 26-da Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş verən yanğın daşınmaz əmlak sığortasının aktuallığını gündəmə gətirib. Ölkəmizdə icbari olan bu sığorta növü istər yaşayış, istərsə də qeyri-yaşayış obyektlərini dəymiş zərərdən sığortalayır. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.

Bu gün ölkədə ticarət mərkəzlərinin, dükanların sahibləri öz obyektlərini sığortalamaqda maraqlı deyillər. Onlar mülklərini sığorta etdirməyə maraq göstərmirlər. Nəticədə hər hansı bir qəza hadisəsi baş verərsə, sahibkarlar maddi ziyanla üz-üzə qalırlar. Onlar daşınmaz əmlaklarını vaxtında sığorta etdirsələr, maddi ziyanları yüksək olmaz.

Qeyd edək ki, sığortalanan ticarət mərkəzi və ya digər obyektlərin konstruksiyası sığortalanır. Bu zaman ticarət obyektinin daxilində yerləşən dükanlar sığortalı hesab edilmir. Onların da sığortalı olması üçün həmin dükan sahiblərinin sığorta şirkətlərinə müraciət etməsi gərəkdir.

Maraqlıdır, sahibkarlıqla məşğul olanlar öz əmlakını sığorta etdirməyə niyə maraq göstərmirlər?

“Meqa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Anderraytinq və Təkrarsığorta Departamentinin direktoru Anar Cahangirov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu gün ticarət mərkəzlərində fəaliyyət göstərən dükan sahibləri öz əmlakını sığorta etdirməyə maraq göstərmirlər: “Çox az sayda sahibkar əmlakını sığorta etdirmək üçün şirkətə müraciət edib. Sahibkarların obyektlərini sığorta etdirməməsinin səbəbi onların bu sahədə məlumatlı olmamasıdır. Biz istərdik ki, ticarət mərkəzləri, dükanlar, müxtəlif iaşə obyektləri sığortalansın. Ancaq onların özü də bunda maraqlı olmalıdırlar. Təəssüf ki, sahibkarlar sığortanı ciddi qəbul etmirlər. Nəticədə xoşagəlməz hal baş verən zaman onlar ziyanla qarşı-qarşıya qalırlar. Bu kimi hadisələrin qarşısını almaq üçün sahibkarlar əmlakını sığorta etdirməlidirlər”.

“AtaSığorta” ASC-nin Anderraytinq və Təkrarsığorta Departamentinin direktoru Nigar İbrahimova qəzetimizə açıqlamasında bildirdi ki, sahibkarlıqla məşğul olan daşınmaz əmlak sahibi icbari şəkildə öz əmlakını sığorta etdirməlidir. Ancaq sahibkarlar bu gün əmlaklarını sığorta etdirməyə təşəbbüs göstərmirlər: “Bunun səbəbi onların sığorta ilə bağlı yetərincə məlumatlı olmamasıdır”.

N.İbrahimova hesab edir ki, “Diqlas” ticarət mərkəzində baş verən yanğın hadisəsindən sonra sahibkarlıqla məşğul olanlar əmlakını sığorta etdirməyə maraq göstərəcəklər.

Sığorta eksperti Xəyal Məmmədxanlı bizimlə söhbətində qeyd etdi ki, sığorta şirkəti xeyriyyə qurumu deyil ki, kimsə hansısa bədbəxt hadisəyə görə ziyan çəkdikdə ona kompensasiya versin: “Sığorta şirkətləri normal risq idarəetməsini həyata keçirirlər. Vətəndaş başa düşməlidir ki, belə hallarda yeganə kompensasiya vasitəsi sığortadır. Ancaq heç kim ticarət mərkəzlərinin sığortasını etməkdə maraqlı deyil. Bu gün Azərbaycanda fəaliyyət göstərən ticarət mərkəzlərini və bazarları sığortalamaq da mümkün deyil. Heç bir sığorta şirkəti o risqin altına girib məsuliyyəti öz üzərinə götürməz”.

Həmsöhbətimizin sözlərinə görə, sahibkarlıqla məşğul olanlar öz əmlakını sığorta etdirməkdə maraqlı deyillər: “Çox təəssüf ki, Azərbaycanda sahibkarlar, vətəndaşlar öz əmlaklarına, pullarına, mülklərinə qarşı biganədirlər. Öz praktikamdan deyirəm. Dəfələrlə gedib insanların qapısını döyürük, deyirik ki, siz cəmi 50 manat ödəməklə 25 min manata evinizi sığortalaya bilərsiniz. Bu həm də məcburidir. Ancaq bizim insanımız deyir ki, heç nə olmaz, sonra edərik və sair. Belə deyib, bizi yola salırlar. Bir ay sonra nə baş verəcək? Uzaqda deyil, Kür daşacaq, yenə Kür Aran rayonlarında insanların əmlakına ziyan vuracaq. Yenə də vətəndaşların yadına sığorta düşəcək. Bu hər il bu şəkildə davam edir və edəcək. Heç bir zaman insanlar öz əmlaklarına diqqətli olmayacaqlar və sığortalamayacaqlar”.

Sığorta mütəxəssisi Ceyhun Əsgərov bildirdi ki, sahibkarlıqla məşğul olan hər bir şəxs öz daşınmaz əmlakını icbari şəkildə sığortalamalıdır. İcbari sığortada 4 kateqoriya var ki, bu kateqoriyalara əsasən risqlər bölünür və onlara görə ödəniş təyin edilir: “İcbari sığorta ilə yanaşı, mülki məsuliyyət sığortası var ki, o da icbari şəkildə olmalıdır. Məsələn, kiminsə obyektində yanğın hadisəsi baş verə və bu yanğın qonşu obyektə keçə bilər. O zaman bu kimi halların qarşısını almaq üçün əmlak sahibi icbari şəkildə məsuliyyət sığortasına cəlb olunur”.

Onun sözlərinə görə, qanun tələb edir ki, əmlakın qiyməti, yəni smeta dəyəri nə qədərdirsə, ən azı, o məbləğdə də sığortalanmalıdır. Bu zaman obyektin bazar qiyməti deyil, inşa qiyməti nəzərdə tutulur: “Əmlakın icbari sığortası zamanı sığorta şirkəti daşınmaz əmlakı təbii fəlakətlərdən, daxili subasmadan, yanğından və digər bu kimi hadisələrdən sığortalayır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ