şənbə günü, 14 noyabr 2026
     

“AZ-GRANATA” Nəsiminin klassik qəzəlinin sözlərini necə bərbad günə saldı...

Image


Qiymət Məhərrəmli: “… şairin ruhunun incidilməsidir”
Əqli Mülkiyyət Agentliyi: “Vita 1000” meyvə şirələrinin qablaşdırıldığı qutuların üzərində “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” formasında yazılması məşhur kəlamın mənasının və təyinatının dəyişdirilməsi yolu ilə təhrif edilməsinə səbəb olub”
“AZ-GRANATA” MMC-dən isə “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” sloqanı altında etiket sifariş verilmədiyi və həmin ifadə altında meyvə şirəsi istehsal edilmədiyi bildirilir

 

Azərbaycanda bəzi istehsalçı şirkətlərin ayrı-ayrı şairlərin şeirlərinin mətnlərini təhrif edərək onlardan məhsullarının reklamında istifadə etməsi sanki bir ənənəyə çevrilib. Onlar elə zənn edirlər ki, bu hərəkətləri cəmiyyətdə normal qarşılanır. Əslində isə bu, reklam mətnlərini dinləyənlərdə narazılıq və qıcıq yaradır.

Son günlər müxtəlif kütləvi informasiya vasitələrində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinin ilk misrasının təhrif olunaraq “AZ-GRANATA” MMC-nin istehsal etdiyi “Vita 1000” meyvə şirələrinin qablaşdırıldığı qutuların üzərində “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” formasında yazılması məsələsi müzakirə edilir. Dahi şairin məşhur qəzəlinin ilk misrasının bu şəkildə təhrif edilməsi ədəbiyyatşünasların da ciddi narazılığına səbəb olub.

Filologiya üzrə fələfə doktoru Qiymət Məhərrəmli “Bakı-Xəbər”ə bildirdi ki, dahi Nəsiminin az qala hər kəs tərəfindən əzbər söylənən “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrasının bu şəkildə təhrif edilməsi yolverilməzdir. Ekspertin sözlərinə görə, bu gün müxtəlif istehsalçı şirkətlər şairlərin şeirlərini, filmlərimizdəki məşhur dialoqları özlərinə sərf edən şəkildə təhrif edirlər. Konkret olaraq Nəsimi irsinə əl uzatmağın mənfi hal olduğunu vurğulayan ədəbiyyatşünas hesab edir ki, böyük ilahi ruhla yazılan bir qəzəlin misrasının hansısa bir qida məhsulunun timsalında təhrif olunmasının qarşısı alınmalıdır. “2019-cu il ölkəmizdə cənab Prezident tərəfindən “Nəsimi ili” élan edilib və respublikamızın hər yerində, eləcə də türkdilli respublikalarda müxtəlif tədbirlər keçirilir. Belə bir vaxtda Nəsiminin məşhur qəzəlinin ilk misrasının təhrif edilməsi olduqca mənfi bir haldır. Nəsimi irsinə əl uzatmaq, onun peoziyasına bu şəkildə yanaşmaq pis göstəricidir. Müxtəlif şirkətlər öz məhsullarını satdırmaq üçün klassik irsimizin nümunələrini təhrif etməkdən çəkinmirlər. Fikrimcə, həmin məhsulun üzərindən “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” yığışdırılmalıdır. Şirkət məhsulunu başqa bir formada reklam etsin. Əlaqədar qurumlar, əqli mülkiyyətin müdafiəsi ilə məşğul olan təşkilatlar, eləcə də ədəbiyyatşünaslar və dilçilər bu məsələyə sərt yanaşmalıdırlar. Dahi Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinin ilk misrasının təhrif edilməsi şairin ruhunun incidilməsidir” - deyə Q.Məhərrəmli qeyd etdi. 

Əqli Mülkiyyət Agentliyi Nəsiminin qəzəlinin təhrif olunması məsələsinə münasibət bildirib. Agentlikdən verilən məlumata görə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 14-cü maddəsinə əsasən, müəllifin şəxsi (qeyri-əmlak) hüquqları sırasında əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin, müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ) var və Qanunun 25-ci maddəsinə əsasən, müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. “Görkəmli şair İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” sözləri artıq sloqana çevrilmiş, nəinki ölkəmizdə, hətta ölkəmizdən kənarda da məşhur ifadə kimi istifadə olunur. “Vita 1000” meyvə şirələrinin qablaşdırıldığı qutuların üzərində “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” formasında yazılması məşhur kəlamın mənasının və təyinatının dəyişdirilməsi yolu ilə təhrif edilməsinə səbəb olub və bununla da müəllifin şərəf və ləyaqətinə xələl gətirilib.

Qanunun göstərilən normasına görə, əsərin mənasının dəyişdirilməsi və təhrif olunması, bununla da müəllifin şərəf və ləyaqətinə xələl gətirilməsi yolverilməzdir və şəxsi hüquqların pozulmasıdır. Bu cür hüquq pozuntusuna görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur”.

Agentlikdən bildirilir ki, qeyd edilən qanunun 28-ci maddəsinə uyğun olaraq, müəllifin şəxsi hüquqlarının qorunmasını müəllif vəfat edəndən sonra onun vərəsələri, yaxud vərəsələri yoxdursa və ya müəlliflik hüququnun qorunma müddəti qurtarıbsa, həmin hüquqların qorunmasını dövlət öz üzərinə götürür və dövlətin bu funksiyasını Əqli Mülkiyyət Agentliyi həyata keçirir. “Baş vermiş pozuntu halı barədə agentlik tərəfindən “AZ-GRANATA” MMC-yə istehsal etdiyi “Vita 1000” meyvə şirələrinin üzərindən “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” sözlərinin yığışdırılması ilə bağlı tədbirlərin görülməsi və nəticəsi barədə agentliyə məlumat verilməsi haqqında müvafiq xəbərdarlıq məktubu göndərilib və əks halda, müəllif-hüquq qanunvericiliyinə uyğun olaraq, müvafiq tədbirlərin görüləcəyi “AZ-GRANATA” MMC-nin rəhbərliyinin diqqətinə çatdırılıb.

Qeyd edək ki, “AZ-GRANATA” MMC-dən isə agentliyin məktubuna verilmiş cavabda “AZ-GRANATA” MMC 2018-ci ilin aprel ayından “Məndə sığar min vitamin, mən bu qutuya sığmazam” sloqanı altında etiket sifariş verməyib və həmin ifadə altında meyvə şirəsi istehsal etmir” - deyə bildirilib.

Qeyd edək ki, agentlik bir daha analoji halın təkrarlanmaması üçün “AZ-GRANATA” MMC-yə xəbərdarlıq edib.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ