Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri Nov ruz bayramı münasibətilə Müdafə Nazirliyinin Bərdə korpusunun “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gedib.
Nəsimi RİH-dən “Bakı Xəbər”ə bildirildiyinə görə, ictimaiyyət nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə hərbi hissədə xidmət edən gənclərlə görüşərək, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanıb. Görüşdə çıxış edən Nəsimi RİH başçısı Asif Əsgərov Novruz bayramı münasibətilə əsgərlərii təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb.
Sonra Nəsimi RİH-nin hədiyyələri, rayonun orta məktəb kollektivlərinin hazırladığı bayram xonçaları və məktəblilərin əsgərlərə ünvanladığı məktublar şəxsi heyətə təqdim olunub. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Nəsimi RİH rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, hərbi hissədə keçirilmiş bu tədbirin hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb.
Sonra tanınmış incəsənət ustalarının iştirakı ilə əsgərlərimizə konsert proqramı təqdim olunub.
Hərbi hissə komandirinin əmrilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılıb və onlar Nəsimi RİH-nin nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılıb.
Baki-xeber.com