şənbə günü, 14 noyabr 2026
     

Bəzi dövlət təşkilatlarının hədiyyələr adı altında yol verdiyi israfçılığın inanılmaz mənzərəsi...

Image


İlqar Hüseynli: “Dövlət qurumlarının bu tip xərclərinə dövlətin və ictimaiyyətin ciddi nəzarəti olmalıdır ki, hədiyyə adı ilə silinən vəsaitin hara və necə xərcləndiyini bilək”

 

Azərbaycanda dövlət büdcəsinə qənaət hakimiyyətin prioritetləri sırsına aiddir. Biz ölkə başçısının çıxışlarında da dəfələrlə bu məsələyə toxunduğunun şahidi olmuşuq. Hətta ölkə başçısı məmurlara dəbdəbəli ad günləri etməmək, bahalı xidməti avtomobillərdən istifadədən çəkinməklə bağlı konkret tapşırıqlar da verib.

Ancaq təəssüflər olsun ki, biz əksər hallarda bu tövsiyələrə lazımi şəkildə əməl edilmədiyinin şahidi oluruq. Bu günlərdə dövlət büdcəsindən maliyyələşən təşkilatların son 2 ildə hədiyyələrin, suvenirlərin, hədiyyə paket, qutu və səbətlərinin və onların dizaynı işlərinin satınalmasına dair xərclərinin siyahısı ilə bağlı rəsmi dairələrin yaydığı hesabata baxmaq kifayət edir ki, dövlət qurumlarının hansı şəkildə israfçılıq etdiyini görəsən. Məlum olur ki, dövlət qurumları bu məqsədlə toplam olaraq 544 152 manat büdcə pulu xərcləyiblər. Hesabat dövründə bununla əlaqədar olaraq cəmi 30 satınalma həyata keçirilib. Cədvələ diqqət yetirdikdə digər maraqlı detallar da üzə çıxır. Məsələn, işçi kontingenti həddən artıq az olan bir qurumun hədiyyələr üçün xərclədiyi məbləğin, irihəcmli dövlət qurumları, hətta nazirlikləri belə üstələməsi olduqca anormal görünür.

Ən iri satınalmalar haqqında məlumtdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin bu istiqamətdə olan xərcləri hətta Fövqəladə Hallar Nazirliyini belə üstələyir. Hansısa qurumun tərkibində olan bir departament hədiyyələr üçün 49 min manat xərcləyibsə, FHN-in xərcləri 33243 manat olub. Dövlət Radiotezliklər adlı elə də böyük olmayan qurumun da hədiyyələr üçün ayırdığı məbləğ cədvəlin ön sıralarında yer alıb. 48485 manat xərcləyən bu qurum da hədiyyə almaq estafetində böyük nazirlikləri belə özündən arxada qoya bilib. Dövlət qurumlarında belə işlər üçün xərclərin nəzərdə tutulduğunu bilirik. Amma siyahıdakı disbalansı anlamaq olmur. Doğrudan da düşündürücüdür, əməkdaşlarının sayı digərindən bəlkə də 100 dəfələrlə çox olan qurumlar necə ola bilir ki, hədiyyə almaqda kiçik təsisatlardan arxada qalırlar? Bu nəyin əlaməti sayıla bilər?

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli qəzetimizə bildirdi ki, həmin siyahıya dərindən nəzər yetirmək şübhələrin meydana çıxmasına kifayət edir: “Bu məsələdə korrupsiyanın olduğunu istisna etmirəm. Dövlət büdcəsindən israfla bağlı biz dəfələrlə məsələlər qaldırmışıq. Biz hər zaman müəyyən qurumların birləşdirilməsi ilə bağlı məsələni vurğulamışıq. Cənab Prezidentin verdiyi fərmanlara əsasən, bu istiqamətdə mühüm irəliləyişlər oldu. Bu islahatların ən başlıca hədəflərindən biri də institusional xərclərin azaldılmasıdır. Nəqliyyat vasitələrinə sərf olunan yanacaq, sürücülərin əməkhaqlarına nəzər yetirmək kifayət edir ki, israfın olduğunu görəsən. Hədiyyələrin alınması ilə də bağlı rəqəmlər böyükdür. Bunu istisna qurumlar edə bilər.  Tutaq ki, Azərbaycanın diaspor fəaliyyətini həyata keçirən hansısa qurum belə hədiyyələr verə bilər. Tanınmış adamları ölkəmizə qonaq kimi dəvət edənlər ölkəmizin simvollarını hədiyyə kimi təqdim edə bilərlər. Ancaq biz siyahıda elə qurumların liderliyini görürük ki, doğrudan da təəccüblüdür. Hesab edirəm ki, bəzi qurumlar bunu əlamətdar günlərlə bağlı edə bilər. Amma yenə də siyahıda qeyri-müəyyənliyin olması bizi təəccübləndirməyə bilmir. Bu qədər vəsaiti hədiyyə adı altında sərf etmək doğru deyil. Necə ola bilər ki, Metropoliten kimi böyük kollektivi olan bir qurum hansısa xırda departamentdən bu məqsədlə az pul xərcləsin? Deməli, burada şübhəli məqamlar var. Artıq elə dövr gəlib ki, bunları açıq şəkildə söyləməkdən çəkinməməliyik. Təsəvvür edin ki, bəzən elə qurumlar olur ki, az bir əməkhaqqı ilə çalışan xadimənin adına böyük məbləğdə hədiyyə yazır. Burada bir məqsəd ola bilər, büdcədən pulu çıxarmaq. Dövlət qurumlarının bu tip xərclərinə dövlətin və ictimaiyyətin ciddi nəzarəti olmalıdır ki, hədiyyə adı ilə silinən vəsaitin hara və necə xərcləndiyini bilək”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ