şənbə günü, 14 noyabr 2026
     

Bölgələrdə otellərin ulduzlarının sayı nə qədər az olsa, turistlərin sayı o qədər çox olar...

Image


Elçin Rüstəmov: “Ulduzu az olan otellərin sayının artırılması həm turist axınının güclənməsinə səbəb olar, həm də ölkə iqtisadiyyatına gəlir gətirər”

 

Tətillərdə, həftə sonlarında, xüsusən respublikamızın rayonlarına səfər edən insanları “hansı oteldə gecələməli”sualı düşündürür. Düzdür, bu gün bölgələrdə çoxlu sayda istirahət mərkəzləri, otellər olsa da insanların bir qismi cibinə uyğun məkanda istirahət etməyi düşünür.

Bu səbəbdən də rayonlarda otel qiymətindən fərqli olaraq evlərdə qalmağa üstünlük verənlər az deyil. Ancaq səyahət sevərlər və ya iş üçün rayona getməli olanlar təhlükəsizlik baxımından evlərdə deyil, məhz oteldə qalmağa üstünlük verir. Turistlər ulduzundan asılı olmayaraq, otellərdə gecələməyə daha çox üstünlük verirlər. Reallıq isə budur ki, sosial durumu yüksək olmayan insanlar beşulduzlu otellərə yaxın düşə bilmir, bələd olmadığı, tanımadığı evlərdə isə gecələməyi riskli hesab edir. Bunun üçün təbii ki, otellərin sayının və seçiminin çox olması zərurəti yaranır. Digər tərəfdən, mövcud otellərdə də yer tapmaq problemi var. Bu səbəbdən 2-3 ulduzlu otellərin sayının artırılması təklif olunur.

Bəllidir ki, bu gün paytaxt Bakı ilə yanaşı, bölgələrdə də 4-5 ulduzlu otellərin sayı çoxluq təşkil edir.

O da məlumdur ki, ölkə turizmi son zamanlar inkişaf dövrünü yaşayır. İstirahət üçün ölkəmizə gələn xarici vətəndaşların sayı günü-gündən artır. Regionlara səfər edən turistlər yerləşmə üçün böyük xərc çəkmək istəmirlər. Onlar daha çox istirahətə və qidalanmaya meyllidirlər. Bu mənada regionlarda ekonom klass, 2-3 ulduzlu otellərin daha da artırılması zərurəti yaranır.

Hətta Prezident İlham Əliyevdə bölgələrdə iki-üç ulduzlu otellərin sayının artırılmasının vacibliyi barədə çıxış edib.

Xatırladaq ki, 2017-ci ildə ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin iclasında çıxış edərək bildirib ki, Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi bilinir. Prezident xüsusilə Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac olduğunu bildirərək, sahibkarları bu işə dəstək olmağa çağırıb: "Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək”. Şübhəsiz ki, ölkə başçısının fikirləri həm xaricdən, həm də regionlardan paytaxta gələn, oteldə gecələmək istəyən və ya regionlara səfər edən turistlərin yerləşmə zamanı rastlaşdıqları problemi olduğu kimi əks etdirir. Seçim imkanının olmaması insanların narazılığına səbəb olmaqla bərabər, turizmin inkişafına da mənfi təsir göstərir. Bir sıra otellər sadəcə 4-5 ulduzlu olduğu üçün insanlarda seçim imkanını çətinləşdirir. Bu tip otellərin qiymətləri isə hər kəsin cibinə uyğun olmadığından müxtəlif problemlər yaranır. 2-3 ulduzlu otellərə və hostellərə olan tələbat həm də bu tip məsələlərdən qaynaqlanır. Bu baxımdan, təkcə Bakıda deyil, turizmin inkişaf etdiyi bütün regionlarda bu tip obyektlərin tikintisinə kəskin ehtiyac yaranıb”.

Prezidentin məlum çıxışından sonra bölgələrdə iki üç ulduzlu otellər tikildi. Ancaq ekspertlər hesab edir ki, ölkədə iki üç ulduzlu otellərin sayı yetərincə deyil.

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəmov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, regionlarda otellərin sayı artsa, bu, həmçinin daxili turizmin inkişafına səbəb olar. İnsanlar tətillərdə, yay və ya qış aylarında, o cümlədən həftə sonlarında regionlara istirahətə getmək istəyirlər: “Bunun üçün ölkədə daxili turizmi inkişaf etdirmək vacibdir. Belə ki, Avropa ölkələrində turizm gəlirlərinin 80 faizi daxili turizmin payına düşür. Bu sahənin inkişafı daxil olan vəsaitin ölkədə qalmasına səbəb olur. Qiymətlər mövcud məvacibə uyğunlaşdırılmalıdır. Vətəndaşların Gürcüstan və digər qonşu ölkələrdə yox, regionlarda dincəlməyə üstünlük vermələrinə şərait yaratmaq lazımdır. Bununla da, vəsait ölkədə qalar və regionların turizm sahəsi inkişaf edər. Amma bunun üçün lazımı infrastruktur olmalıdır ki, onlardan başlıcası da otellərdir”.

Ekspert hesab edir ki, əslində otellər vaxtında inşa olunmalı idi: "Eyni zamanda, həmin otellər müxtəlif ulduzlar almalıdırlar. Yəni tikiləcək otellər təkcə beşulduzlu olmamalıdır. Eyni zamanda, digər tipli otellərin tikintisinə ehtiyac var. Azərbaycanın sahibkarları bu sahəyə investisiya qoysalar, yaxşı nəticələr əldə etmək olar. Bölgələrdə iki-üç ulduzlu otellər var. Ancaq onların sayı çox deyil. Nəzərə almaq lazımdır ki, ulduzu az olan otellərin sayının artırılması həm turist axınının güclənməsinə səbəb olar, həm də ölkə iqtisadiyyatına gəlir gətirər.  

Ümumilikdə, otel nə qədər ucuz və çox olsa, turist bir o qədər ölkədə çox qalar. Yəni otelin ucuz olması turistlərin ölkəmizdə daha çox qalmaları və daha çox pul xərcləmələrinə şərait yaradar. Bunun üçün isə şübhəsiz ki, bütün tip, ən əsası 2-3 ulduzlu otellər şəbəkəsi genişləndirilməlidir.  İnvestorların bu istiqamətə yönələn investisiyaları isə ölkə başçısının dediyi kimi, gələcəkdə böyük gəlir deməkdir.  Həmçinin turizmin inkişafı ölkənin regionlarının da inkişafına səbəb olar, yüzlərlə iş yerlərinin açılmasına və son nəticədə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verər”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ