şənbə günü, 14 noyabr 2026
     

Orta məktəblərdə alternativ dərsliklər – Nazirliyin maraqlı layihəsinin hansı üstünlükləri var...

Image


“Təhsil Nazirliyi bir neçə dərsliyi tədris üçün yararlı hesab edir, amma hansı dərslikdən istifadə etməyi məktəb, sinif müəllimi özü seçir”

 

Bu gün respublikanın bəzi orta ümumtəhsil məktəblərində, vahid dərsliklərlə yanaşı, alternativ dərsliklər də tədris edilir. Ekspertlərin bildirdiyinə görə, Təhsil Nazirliyi həm vahid, həm də alternativ dərsliyə rəsmən icazə verib. Alternativ dərsliklərin zərərli olmadığını deyən ekspertlər bildirir ki, bu hal dərslik sahəsində uzun illər davam edən monopoliyanın qarşısını alır.

Onlar qeyd edir ki, həm vahid, həm də alternativ dərslik tədrisə buraxılır və bu da onlar arasında sağlam rəqabətin yaranmasına gətirib çıxarır. Yəni hansı dərslik məzmunca keyfiyyətlidirsə və şagirdə daha dolğun informasiya verirsə, həmin dərslik də tədrisdə öz yerini möhkəmlədir.

Azərbaycanda hələlik alternativ dərsliklərin pilot olduğunu deyən tarix üzrə fəlsəfə doktoru, tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, alternativ dərsliklər  bir sinifdə eyni zamanda bir və ya bir neçə dərslikdən istifadə olunmasıdır. O, alternativ dərsliklərin əhəmiyyətli olduğunu bildirərək dedi ki, dünyanın bir çox ölkəsində alternativ dərsliklərdən istifadə edilir. “Hazırda bəzi məktəblərdə pilot layihə kimi alternativ dərsliklər var. Bütövlükdə isə orta ümumtəhsil məktəblərində təhsil alan 1.5 milyon şagirdin hamısı vahid dərslikdən istifadə edir. Buna təsir göstərən amillərdən biri də qəbul və buraxılış imtahanlarıdır. Qəbul imtahanlarında vahid dərsliklərdən test tapşırığı tərtib edildiyi üçün narahatlıq yaranır ki, abituriyentlərin istifadə etmədiyi alternativ kitabdan sual düşə bilər. Etiraf edək ki, vahid dərslik bütün şagirdlərin bilik və bacarıqlarına uyğun deyil, elə bu səbəbdən alternativ dərsliklər daha effektlidir. Yəni şagirdlərin bilik və bacarıqlarına uyğun dərslikləri müəllim özü sərbəst şəkildə müəyyən edə bilər. Alternativ dərslik eyni zamanda bir və ya bir neçə dərslikdən istifadə edilməsidir. Yəni Təhsil Nazirliyi bir neçə dərsliyi tədris üçün yararlı hesab edir, amma hansı dərslikdən istifadə etməyi məktəb, sinif müəllimi özü seçir. Bunun effektli olmasının səbəbi odur ki, vahid dərslik bütün şagirdlərin bilik və bacarıqlarına uyğun deyil. Müxtəlif bilik və bacarıqlara malik olan şagirdlər üçün alternativ dərsliklər tərtib edib istifadəyə vermək lazımdır. Eyni zamanda, istənilən halda, minimal standart da təmin olunmalıdır. Dünyanın inkişaf etmiş ölkələrində geniş şəkildə alternativ dərsliklərdən istifadə olunur. Xatırladım ki, 2009-cu ildə qəbul edilən “Təhsil Haqqında” Azərbaycan Respublikası Qanununda alternativ dərsliklərdən istifadə nəzərdə tutulsa da, bu hələ də tam olaraq tətbiq edilməyib. Əsas problem məhz qəbul imtahanlarıdır. Zənnimcə, bunu aradan qaldırmaq üçün üst-üstə düşən mövzular mütəxəssislər tərəfindən müəyyən edilməli və ancaq o mövzulardan test tapşırığı təqdim olunmalıdır. Yəni vahid dərslikdən testlərin hazırlanması çətinlik yaradır. Təhsil rus dilində aparılan məktəblər üçün dərslik ayrıca olaraq yazılmır. Elə Azərbaycan dilində olan dərsliklər rus dilinə tərcümə olunaraq rus bölməsinin şagirdlərinin istifadəsinə verilir. Yəni rus bölməsinin dərslikləri daha yaxşıdır, keyfiyyətli və standartlara uyğundur demək düz olmazdı. Çünki hər iki bölmə üçün eyni dərsliklər istifadə olunur. Yeganə fərq tədris dili və ədəbiyyatdır ki, burda da ciddi fərq yoxdur”.

Ekspert hesab edir ki, məktəbşunaslığı bilən aparıcı ekspertlərin orta məktəb dərsliklərinin yaradılması prosesinə cəlb edilməsinin faydası böyük ola bilər. Onun sözlərinə görə, orta məktəblər üçün alternativ dərslik və dərs vəsaitləri dedikdə, bizdə ilk növbədə orta məktəb dərslikləri və abituriyentlər üçün vəsaitlər arasındakı uyğunsuzluqlarla bağlı fikirlər yaranır. “Bunu kütləvi repetitorluğa səbəb olan amillərdən biri kimi qiymətləndirir, dərslik materialları və test bankları arasındakı uyğunsuzluqların mövcudluğunu orta təhsil pilləsi üçün ən ciddi problem hesab edirik. Təəssüflər olsun ki, son bir neçə il ərzində, xüsusən də yuxarı siniflərdə, dərslik ikinci dərəcəli vəsaitə çevrilib. Dərslikdən törəmə test proqram və məcmuələrinin dərsliyi – ilkin mənbəni sıxışdırması anormal haldır. Yəni hazırda vahid dərsliklər belə işləmir. Əvəzində hansısa müəlliflər tərəfindən tərtib olunmuş vəsaitlər daha çox istifadə olunur. Düşünürəm ki, orta məktəblər üçün alternativ dərsliklər zamanın tələbidir və buna qısa müddətdə keçmək lazımdır.  Bəzi dərsliklərdə çətin məsələ-misallardan, ibtidai siniflər üçün istifadə olunun dərsliklərdə şivədən, dialekt sözlərdən, uşaqların qavraya bilməyəcəyi şeirlərdən çox istifadə edirlər. Bu da dərsliklərimizin dilinə ağırlıq, akademiklik gətirir. Dərslik elə tərtib edilməlidir ki, uşaq bu dərsliyi bağlayıb kənara itələməsin, əksinə, sevsin. İbtidai sinif şagirdi kitabı üçün darıxmalıdır. Onları sevə-sevə açmalıdır. Ancaq təəssüf ki, bizdə bu baş vermir.

Problemin həlli üçün, istifadə olunun dərsliklərin seçimində yaxşını ancaq onda əldə etmək olar ki, alternativlər olsun. Məsələn, Gürcüstanda birinci sinif üçün 5-6 dərslik var. Bizdə isə orta məktəblərdə ancaq bir dərslikdən istifadə oliunur, deyirlər ki, bundan başqa heç bir dərslik ola bilməz, ona görə də təhsilimiz, dərsliklərimiz bu gündədir. Gürcüstanla yanaşı Almaniya, Türkiyə, ABŞ və başqa bir çox ölkədə çeşid-çeşid dərsliyin içindən biri seçilir, təsdiqlənir. Yəni nazirlik alternativ dərsliklər istifadəyə buraxır, ən uyğun olanı məktəb, müəllim özü seçir” - deyə ekspert bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ