Redaksiyamıza sabiq deputat, AXCP və Milli Şura üzvü Gültəkin Hacıbəyli barədə maraqlı məlumat daxil olub.
Məlumatda deyilir ki, vaxtilə keçmiş əri tərəfindən məhkəməyə verilən və barəsində müxtəlif ittihamlar səsləndirilən G.Hacıbəyli, demə ki, keçmiş qaynanasına qarşı da xoşagəlməz əməllər törədib. G.Hacıbəyli keçmiş qayınanası Nəhayət Məmmədovanı müflisləşdirib, onun var-dövlətinə zərər vurub. Öz maraqlarının təminatını qohumluq kimi mənəvi əlaqədən üstün tutan G. Hacıbəylinin hələ ərdə olduğu vaxt qaynanası H.Məmmədovadan evini təmir etdirmək, eyni zamanda da mənzilinə mebel almaq üçün 50 min dollar borc aldığı bildirilir. Halbuki, Səməd Vurğun küçəsi 92A ünvanında yerləşən 12 saylı mənzil təmirli vəziyyətdə 2003-cü ildə G. Hacıbəyliyə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən hədiyyə edilib.
Qaynanasının xahiş və təkidlərinə baxmayaraq, G.Hacıbəyli ondan borc adı ilə aldığı pulu geri qaytarmaqdan imtina edib. Bu da qaynananın gəlinini məhkəməyə verməsi ilə nəticələnib. Məlumata görə, qaynanasının məhkəməyə müraciət etməsi G.Hacıbəyliyə baha başa gəlib. Keçmiş gəlininin dələduzluğundan təngə gələn sabiq qaynananın məhkəməyə müraciəti nəticəsində Gültəkin Hacıbəyliyə məxsus iki bahalı avtomobilə - “Leksus”LX 570 10 VU 003 və “Toyota” AVALON 10 KV 003-ə həbs qoyulub. N.Məmmədovanın G.Hacıbəylinin dələduzluq əməlləri ilə bağlı qaldırdığı vəsatət təmin edildikdən sonra həmin avtomobillər G.Hacıbəylinin əlindən çıxıb.
Cəmilə QARAYEVA