Sahibə Qafarova: “Dövlət başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur”
Ölkənin iqtisadi gücü artdıqca, dövlət tərəfindən vətəndaşların sosial rifah halının yaxşılaşması istiqamətində görülən işlərin sayı da artır. Məlumdur ki, fevralın 25-də Prezident İlham Əliyev ölkə əhalisinin sosial rifah halının yaxşılaşması məqsədilə əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın mahiyyəti əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini genişləndirməkdir.
Sərəncamda qeyd olunan məsələlərdən biri də müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılımasıdır. Belə ki, I qrup əlilliyə görə təqaüdün məbləği 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılacaq.
Bu kateqoriyadan olan insanlara Prezidentin humanist yanaşmasını dəyərləndirən millət vəkili Sahibə Qafarova bizimlə söhbətində bildirdi ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Azərbaycanın həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Məlumdur ki, Azərbaycanda əhalinin bütün təbəqələrinə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir”.
Millət vəkilinin sözlərinə görə, yeni qərara əsasən, I qrup əlilliyə görə təqaüdün məbləği 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılacaq. Bu artım həmin qrupa aid olan insanların sosial həyatının yaxşılaşmasına şərait yaradacaq: “Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir inqilabi addım atdı. Azərbaycanda sosial müavinət və təqaüdlərin əhəmiyyətli şəkildə artırılılması dövlətin öz vətəndaşlarına verdiyi dəyəri ifadə etməklə yanaşı, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin davamlı xarakter daşıdığını göstərir”.
Günel CƏLİLOVA