şənbə günü, 14 noyabr 2026
     

Öz bakirəliyini internet hərracda satan azərbaycanlı qıza nə de(mə)yəsən...

Image


Qiymət Məhərrəmli:“Bu cür əxlaqsızlıq nümunələrini yayan, təbliğ edən, öz simasında nümayiş etdirən adamlara qarşı cəmiyyət və  ziyalılar olaraq barışmaz olmalıyıq”

 

Azərbaycan qadını, qızı tarixən başqa xalqlardan öz mühüm göstəriciləri ilə seçilib. Bizim toplumda qız, qadın hər zaman ismət, əxlaq mücəssiməsi kimi xarakterizə edilib. Qızlarımız öz ismətləri, əxlaqları ilə tarixdə nümunə olublar. Milli-mənəvi dəyərlərə, adət və ənənələrə, ailə mədəniyyətinə ciddi bağlı olan Azərbaycan xalqı son zamanlar bəzi xoşgəlməz, mənfi təsirlərlə qarşılaşıb. Qloballaşma dalğasının gətirdiyi bir sıra nəsnələr var ki, onlar artıq gənclərimizin düşüncəsinə, beyninə, həyat tərzinə sirayət etməyi hədəfləyib.  Bəzi gənclər hətta o təsirlərə uyaraq xalqımızın adına yaraşmayan, adət-ənənələri, mentaliteti ilə uzlaşmayan hərəkətlərə yol verir.

Biz son illər tez-tez xarici mətbuatda Avropada, Amerikada, yaxud Latın Amerikasında hanısa bir yeniyetmə və gənc qızın bakirəliyini hərraca çıxarması və ondan böyük məbləğdə vəsait əldə etməsi haqqında oxuyuruq. Sosial şəbəkələrdə, xarici mətbuatda bu barədə çoxlu yazılar, fikirlər və müzakirələr yer alır. Bu xəbərlər, sözsüz ki, Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır.  İndi də sosial mediada, şəbəkələrdə azərbaycanlı qızın öz bakirəliyini hərraca çıxarmasına dair xəbərlər yer alır.

Qeyd edilir ki,  bir müddət əvvəl bakirəliyini satışa çıxarması xəbəri ilə medianın gündəminə gələn azərbaycanlı model Məhbubə Məmmədzadəyə təkliflər gəlməkdə davam edir.

Bir azərbaycanlı qızının öz bakirəliyini hərraca çıxarması həqiqətən də ölkəmizdə müsbət qarşılanmır. M.Məmmədzadənin bu addımını qınayanlar hesab edir ki, Azərbaycan qızının ən böyük var-dövləti olan bakirəliyinin hərraca çıxarılması yolverilməzdir. Onun kimilərinin atdığı addımların gənc qızlar tərəfindən təkrarlana biləcəyindən ehtiyat edən ekspertlər qeyd edir ki, bu məsələ qızlar arasında əxlaqızsığın yaranmasına gətirib çıxara bilər.

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bakı-xeber.com-a bildirdi ki, bir azərbaycanlı qızın öz bakirəliyini hərraca çıxarması, ona konkret qiymət qoyması həqiqətən də mənfi bir haldır. "Bizim elə dəyərlərimiz var ki, onlara münasibətdə çox həssas olmalıyıq. Bakirəlik Azərbaycan qızının bir simvoludur və kimsə öz bakirəliyini milyardlarla insanın gözü qarşısında sosial şəbəkədə, internetdə satışa çıxarırsa, bu qəbuledilməzdir. Azərbaycan qızının bu hərəkəti heç bir vaxt normal qəbul edilə bilməz. Hesab edirəm ki, bu hal sərt şəkildə qınanmalı və  pislənməlidir. Bilirsiz, bəlkə də kimlərsə kənardan çıxıb “sizin nə işiniz var, bu onun şəxsi işidir” deyə bilər, amma onlara demək istəyirəm ki, bu onun öz “şəxsi işi” deyil, çünki azərbaycanlı adı daşıyır. Bu adı daşıyan hər kəs bu xalqın adını ucaltmalı, şərəfini qorumalıdır. Onun hərəkəti ölkəmizdə yüzlərlə bakirə qız üçün pis örnəkdir. Bəlkə qızlar arasından elələri çıxacaq ki, onun kimi öz bakirəliyini sosial şəbəkədə, internetdə satışa çıxaracaq, hanısa əcnəbi 2-3 milyon pul verib onu əldə edəcək. Bəs sonra? Dünya mediasında azərbaycanlı qızlarla bağlı mənfi rəylər yer alacaq. Bundan ermənilər sui-istifadə edib bu məlumatın əsasında  nağıllar quracaqlar. Düşünürəm ki, bir azərbaycanlı qızın öz bakarətini internet vasitəsilə hərraca çıxarması bizim milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə ziddir və qızlarımız üçün çox pis bir örnəkdir. Belələri cəmiyyətdə əxlaqıslığın yayılmasına çalışanlardır”-deyə F.Hacıbəyli qeyd etdi.  

Filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Qiymət Məhərrəmli də düşünür ki, öz bakirəliyini hərraca çıxaran və onu artıq bir əcnəbiyə satan bir azərbaycanlı qızın atdığı addım cəmiyyətimizdə çox mənfi hallar yaranmasına səbəb ola bilər. O qeyd etdi ki, bu aşkar şəkildə əxlaqıslığın təbliğ edilməsidir. “Çox təəssüf ki, bir azərbaycanlı qız belə bir işə yol verib. İnanın ki, bu cəmiyyətimizdə çox mənfi bir hal kimi qarşılanır. Qloballaşmanın, eləcə də internetin, sosial şəbəkələrin bizə gətirdiyi bəlalardan biri qızların bu yola əl atmasıdır. Bir qızın öz bakirəliyini internetdə hərraca çıxarması o deməkdir ki, sabah o öz bədənini də internet vasitəsilə kimə gəldi sata bilər. Bu əxlaqızlıqdır. Cəmiyyətimizdə belə şeylər ciddi tənqid edilməli və elələrinə qarşı ictimai qınaq göstərilməlidir. Bilirsiz, bəzi saytlar, sosial şəbəkələr, elektron KİV açıq şəkildə əxlaqızlığı təbliğ edir. Bu qızın da bakirəliyini hərraca çıxarması xəbərini və onun nəticələrini tirajlayırlar. Əslində, bakirəliyini hərraca çıxaran qızın bu hərəkətini xəbər kimi tirajlamaq yox, əxlaqsızılığı təbliğ etdiyi üçün sərt şəkildə tənqid etmək, pisləmək lazımdır. Bilirsiz, bu kimi hadisələr gənc qızların həyatını məhv edir, gələcəyini təhlükə altında qoyur. Bu cür əxlaqsızlıq nümunələrini yayan, təbliğ edən, öz simasında nümayiş etdirən adamlara qarşı cəmiyyət və  ziyalılar olaraq barışmaz olmalıyıq”-deyə Q.Məhərrəmli vurğuladı.

İradə SARIYEVA

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ