şənbə günü, 14 noyabr 2026
     

“Gömrük işi” ixtisası olmayan Gömrük Akademiyası... - FOTO

Image


Fevralın 22-də Dövlət Gömrük Komitəsi (DGK) jurnalistlər üçün növbəti mediatur keçirdi. Əvvəlki mediaturlardan fərqli olaraq, bu dəfə ünvan Bakı və Bakıətrafı qəsəbə seçilmişdi. Biz mediatur çərçivəsində DGK-nın Maştağa qəsəbəsində yerləşən Kinoloji Mərkəzi, Dövlət Gömrük Komitəsinin Akademiyası və "Azərterminalkompleks" Birliyində olduq. Eyni zamanda, Heydər Əliyev Muzeyi, Gömrük Tarixi Muzeyi və Gömrük klubu ilə tanış olduq.

Jurnalistlər öncə Heydər Əliyev Muzeyi ilə tanış oldular. Muzeydə dahi şəxsiyyətin ömür yolu - uşaqlıq, gənclik illəri, Azərbaycana rəhbərlik etdiyi dövr və müstəqil Azərbaycanın qurucusu kimi fəaliyyəti barədə jurnalistlərə geniş məlumat verildi.

"Azərterminalkompleks" Birliyinin direktoru, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov jurnalistlərə açıqlamasında bildirdi ki, qurum Dövlət Gömrük Komitəsinin tərkibində təsərrüfathesablı birlik kimi fəaliyyət göstərir. Birlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyun 1992-ci il tarixli, 301 saylı qərarına uyğun olaraq təşkil edilib. Bu qurum öz işini "Müəssisələr haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, təsərrüfat hesabı və özünümaliyyələşdirmə əsasında həyata keçirir, ona həvalə edilmiş vəzifələri yerinə yetirir və fəaliyyəti ilə əlaqədar hüquqlarından istifadə edir: "Birliyin əsas fəaliyyəti sahibkarlara xidmət gəstərməkdən ibarətdir. Xidmətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada idxal-ixrac əməliyyatları üçün sənədlərin hazırlanması, yüklərin, həmçinin, gömrük nəzarəti altında olan yüklərin qorunmasını və salamatlığını təmin etmə üzrə xidmətlər göstərilməsindən ibarətdir. Həmçinin, sahibkarlara bəyannamələrin yazılması, tərəzi, kuryer, yüklərin çatdırılması kmi xidmətlər göstərilir. Sərhədlərdə bizim müvəqqəti saxlanc anbarlarımız var. Həmin anbarlarda keçirilməsi qadağan olunmuş mallar saxlanır. Əgər mal tez xarab olandırsa, məhkəmənin qərarı ilə müsadirə olunaraq məhvetmə komissiyası tərəfindən məhv edilir. Qeyri-ərzaq məhsullar isə elektron hərrac vasitəsilə satılır. Bu il fevralın 1-dən bizim Ticarətin Asanlaşdırılması Mərkəzi fəaliyyətə başlayıb. Artıq sahibkarlar evdən çıxmadan elektron qaydada idxal bəyannamələri tərtib edilir”.

Sonra jurnalistlər Dövlət Gömrük Komitəsinin Muzeyini ziyarət etdilər. Orada qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhd zamanı müsadirə edilən eksponatlarla tanış oldular. Məlumat verildi ki, muzeydə 576 eksponat saxlanır ki, həmin eksponatlar dəfələrlə beynəlxalq sərgidə nümayiş etdirilib.

Jurnalistlər daha sonra Dövlət Gömrük Akademiyasının binası və burada təhsil alan tələbələr üçün yaradılan şəraitlə əyani tanış oldular.

Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının rəisi Qulu Novruzov jurnalistlərə açıqlamasında qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli, 1972 nömrəli Sərəncamına əsasən yaradılan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir: “Akademiyanın yaradılmasında əsas məqsəd gömrük orqanlarında xidmət etmək üçün yüksək ixtisaslı, peşəkar mütəxəssislərin hazırlanması, gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün ixtisasartırma təlimlərinin təşkili, əlavə təhsil və gömrük sahəsində elmi tədqiqat işlərinin aparılmasıdır. Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı bir sıra sahələr üzrə, o cümlədən, gömrük orqanlarında xidmətə qəbul üçün müasir tələblərə cavab verən ixtisaslı kadrların hazırlanmasının vacibliyini zəruri edir.

Məlumat üçün bildirim ki, 2014-cü il sentyabrın 15-də Dövlət Gömrük Komitəsinin Akademiyası ilk tədris ilinə başlayıb. 2018-ci ildə Akademiyanı bitirən ilk məzunlar artıq gömrük orqanlarında çalışırlar. 2018-2019-cu tədris ilində Akademiyaya qəbul olunan tələbələrin orta bal göstəriciləri "İqtisadiyyat" ixtisası üzrə 529, "Hüquqşünaslıq" ixtisası üzrə isə 610 bal olub. Akademiyada kadr hazırlığından əlavə, gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün xidmətə ilkin hazırlıq və gömrük orqanlarında çalışan əməkdaşlar üçün ixtisasartırma proqramları da həyata keçirilir”.

Q.Novruzov onu da vurğuladı ki, ali təhsil müəssisələrində tədris prosesi ilə yanaşı, tələbələrin əldə etdikləri bilik və bacarıqları təcrübədə tətbiq edilir. Tələbələrin təhsillə yanaşı, praktiki iş bacarıqlarına malik olmaları olduqca əhəmiyyətlidir.

Akademiyanın rəisi qeyd etdi ki, hazırda Akademiyada gömrük ixtisası tədris olunmur. Akademiyada yalnız hüquqşünaslıq və iqtisadiyyat ixtisaslarının olduğunu deyən Q.Novruzov təəssüflə bildirdi ki, 2009-ci ildən Azərbaycanda bakalavr pilləsi üzrə ixtisasların sayı 700-dən azaldılaraq 140-a endirilib, ləğv olunan ixtisaslar arasında gömrük işi də olub: “O vaxtdan gömrük işi ixtisasına qəbul dayandırıldı. Nazirlər Kabinetinin bu qərarından sonra Prezidentin sərəncamı ilə rəhbərlik etdiyim Akademiya yaradıldı və 2014-cü ildə fəaliyyətə başladı. Ancaq gömrük işi ixtisası bu günə qədər təsnifata salınmayıb. Bununla bağlı DGK müvafiq qurumlara müraciət edib. Ümid edirik ki, bu işə müsbət yanaşılacaq. Bu gün hazırlanan gömrük mütəxəssisləri 2009-ci ilə qədər hazırlanan mütəxəssislərdən köklü surətdə fərqlənirlər”.

Q.Novruzov, həmçinin, əlavə etdi ki, Akademiyanın yeni tədris binası da olacaq: “Komitə yaxın bir il ərzində bizi yeni bina ilə təmin edəcəyinə söz verib. Hazırkı bina Ümumdünya Gömrük Təşkilatının regional tədris mərkəzidir".

Gömrük orqanlarına yeni qəbul olunan işçilərin təlim prosesinin izlənməsi zamanı Dövlət Gömrük Komitəsinin Gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması baş idarəsinin əməkdaşı Böyükağa Şəfiyev bildirdi ki, Azərbaycana 9 ədəd "bodyskan" (texniki nəzarət vasitəsi) gətirilib. O qeyd etdi ki, bu cihaz yaxın vaxtlarda ölkənin bütün beynəlxalq hava limanlarında quraşdırılacaq. Sözügedən cihazın cənub sərhəd-keçid məntəqələrində də quraşdırılması gözlənir.

Daha sonra jurnalistlər Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində olublar. Kinoloji Mərkəzin rəisi İlkin Osmanov bildirdi ki, mərkəz 2003-cü il tarixdə istismara verilib. Mərkəzin öz parametrlərinə, texniki və avadanlıq təchizatına görə regionda analoqu yoxdur, müasir standartlara uyğun yaradılıb: “Kinoloji Mərkəz Maştağa - Zabrat şosesində yerləşir və 3 hektar ərazini əhatə edir. Kinoloji Mərkəzin bazasında eyni vaxtda 100 baş xidməti it saxlamaq, onlara tibbi qulluq göstərmək və təlim keçmək mümkündür. Mərkəzdə, həmçinin, cins küçüklərin çoxaldılması, böyüdülməsi və saxlanması həyata keçirilir. Mərkəzin bazasında təcrübəli və yüksək ixtisaslı mütəxəssislər tərəfindən kinoloqların hazırlanması və xidməti axtarış itlərinin aşağıdakı istiqamətlər üzrə hazırlanması həyata keçirilir. Narkotik vasitələrin axtarışı, partlayıcı maddələrin axtarışı, odlu silahların və döyüş sursatının axtarışı, bütün növ obyektlərin mühafizəsi, iz üzrə axtarış və s. Mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası fəaliyyət göstərir ki, burada itlərin müayinə və müalicəsi üçün hər cür imkanlar var. Kinoloji Mərkəzdə təlim olunan itlər dəfələrlə müxtəlif yarışlarda qalib olublar. "Layma" ləqəbli it 2003-cü ildə Bratislavada keçirilən 2-ci Avropa Çempionatında baş mükafatı qazanıb”.

İ.Osmanov onu da vurğuladı ki, hazırda Kinoloji Mərkəzdə 60 baş xidməti axtarış iti mövcuddur: “Biz 12 dövlətə xidməti axtarış itləri göndərmişik. Onların təlimçiləri mərkəzimizin bazasında təlim keçiblər. Bir xidməti itin Avropada satışı 10-15 min avro arasındadır. Saxlanma xərcinə gəldikdə, bu, itlərin çəkisindən və qidasının həcmindən asılıdır. Məsələn, orta alman itinin illik saxlanma xərci 1000-2000 manat arasındadır".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ