şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanda paleogenetika elmi…

Image


“Azərbaycanda hələ paleogenetika elminin, demək olar ki, bünövrəsi qoyulmayıb”    
“Arxeologiya və Etnoqrafiya İnstitutunda fəaliyyət göstərən Antropoloji Mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanda bioloji, sosial antropologiyanın təməlli inkişafına nail olmaqdır”

 

Bəşəriyyətin ən sirli məxluqu elə insandır. Əsrlərdir dünyanın ən görkəmli alimləri insanı araşdırırlar. Onun genetikasından, fikizi quruluşundan, antropologiyasından tutmuş, sosial göstəricilərinə qədər hər bir məsələ alimlərin diqqətindədir.

Azərbaycanda qədim və müasir insanların öyrənilməsi üçün vacib olan bir sıra elmi sahələr var ki, onlar bizdə hələ inkişaf etməyib. Bu da onunla bağlıdır ki, Sovet dövründə bu sahələrin respublikamızda inkişaf etməsinə ciddi əngəllər olub.

Qədim insan yaşayış məskənlərindən biri olan Azərbaycan öz zənginliyi ilə seçilir. Biz bunu uzun illərdir aparılan çoxsaylı arxeoloji qazıntı zamanı aşkar edilən nümunələrin, maddi mədəniyyət örnəklərinin timsalında aydın şəkildə görürük.

Gizlin deyil ki, bizdə antropologiya elminin ən müxtəlif qollarının, sahələrinin öyrənilməsi istiqamətində ciddi problemlər var. Əlbəttə, bu sahələrin inkişaf etməsi üçün mütəxəssislər hazırlanmalıdır, mütəxəssis hazırlandıqdan sonra isə işin həyata keçirilməsi üçün maddi-texniki baza formalaşdırılmalı, ölkənin aidiyyəti elmi qurumlarına müasir avadanlıqlar gətirilməlidir. 

İnsanı öyrənən bir sıra elmlər var ki, onlar hələ də ölkəmizdə inkişaf etməyib. Bu gün Azərbaycanda, demək olar ki, heç öyrənilməyən sahələrdən biri paleogenetikadır. Araşdırmamız zamanı məlum oldu ki, ölkəmizdə indiyə qədər bu sahədə, bütövlükdə, işlər görülməyib. Düzdür, bu sahənin özü dünya elmində hələ gəncdir. Cəmi 35 ildir bu sahə tədqiq olunur. Azərbaycanda isə hələ nəticəmiz yoxdur.

Paleogenetika sahəsi nə zaman yaranıb?

Məlumat üçün bildirək ki, son 25-30 ildə molekulyar biologiya və genetikanın inkişafı sayəsində etnogenetika adlanan tədqiqat sahəsinin formalaşması və bu sahədə aparılan araşdırmalar paleoantroplarla bağlı olan bir çox sualın cavablanmasına imkan yaradıb. Dünyada paleogenetika 1984-cü ildə yaranıb, neandertalların genetik quruluşunun və DNT-lərinin öyrənilməsinə isə 1997-ci ildən başlanıb.Müasir paleogenetikada istifadə olunan əsas markerlər metoxondrial DNT analizi, Y xromosom analizi və digərləridir. 1997-ci ildə neandertallardan aşkar olunan sümüklərdən analiz üçün yararlı olan MT DNT fraqmenti əldə olundu. Sonrakı illərdə Avropanın müxtəlif bölgələrində aşkar edilmiş paleoantropoloji qalıqlar sayəsində neandertalların MT DNT-ləri tam şəkildə müəyyənləşdirilib. Sonra neandertalların nüvə DNT-lərinin müəyyənləşdirilməsi istiqamətində işlər başlanıb. 2016-cı ildə Leyptinqdə yerləşən Maks Klan adına Təkamül Antropologiyası İnstitutunun apardığı işlər nəticəsində neandertalların 23 cüt xromosoma malik olması və onların strukturunun 90%-nin müəyyənləşdirilməsi mümkün olub. 2009-cu ildə neandertalların strukturunun 60%-i məlum idi. MT DNT-ləri 16.565 halqadan ibarətdir. Müasir insanların MT DNT-ləri, demək olar ki, eyni böyüklükdədir. MT DNT və Y xromosomları üzrə aparılan tədqiqatlar neandertallarla müasir insanlar arasında müəyyən münasibətlərin aydınlaşdırılmasında mühüm rola malik olub. 2008-ci ildə neandertalların MT DNT-lərinin tam strukturunun açılmasından sonra müxtəlif irqlərə məxsus 53 insan qrupunun MT DNT-si ilə müqayisə olunub. Bütün insan qrupları ilə neandertallar arasında 206 fərq olduğu halda, bütün insan qrupları arasında bu fərq 2-dən 118-ə qədərdir. Bu tədqiqatlar neandertallar ilə homo sapienslər arasındakı fərqin onların daxilindəki fərqlərdən 3 dəfədən artıq olduğunu göstərir. Müasir insanla (hazırda yaşayan) 30-40 min il əvvəl yaşamış insanlar arasında olan fərqlər 120-dən artıq deyil. Şimpanzenin MT DNT-si ilə insanın DNT-si arasında fərq isə 1500-ə bərabərdir. Beləliklə, MT DNT üzrə nəticələr neandertalların homo sapiensin formalaşmasında iştirak etdiyini və bu iki insan arasında metisləşmənin də çox az olduğunu əsaslandırır. Neandertalların və Üst Paleolit dövründə yaşamış olan homo sapiensin arasında olan fərqlər eynidir. Digər tərəfdən, sonrakı tədqiqatlar nəticəsində neandertalların daxilində bu fərqlərin cüzi miqdarda olması müəyyən edildi. Anatomik material kimi paleogenetik material da neandertalların və homo sapienslərin müxtəlif insan növləri olmasını əsaslandırır. Neandertal və homo sapienslərin ayrılması genetik saata əsasən 500-700 min il əvvəlki dövrə təsadüf edir. Təqribən bu dövrdə Avropa ərazisində yerləşən paleoantropoloqların (presapiens) müəyyən qruplarının təkamülü neandertalların yaranmasına gətirib çıxarıb. Neandertalların tam olaraq formalaşması 130-150 min il bundan əvvəl başa çatıb. Neandertallar Avropa, Qərbi Asiya və Mərkəzi Asiyaya qədər olan geniş ərazilərə yayılmağı bacarıblar. Neandertallar təqribən 20-25 min il bundan əvvəl tarix səhnəsindən yoxa çıxıblar.

Biz sizin poleogenetika haqqında bilgi almağınız üçün qısa da olsa məlumat verdik.

Azərbaycanda poleogenetika elminin inkişafı istiqamətində nə kimi işlər görülə bilər? Bu sahədə tədqiqatlar aparılması üçün mütəxəssislərin yetişdirilməsi istiqamətində nə kimi addımlar atılmalıdır?

“Bu sahədə mütəxəssislərin hazırlanmasına ciddi önəm verilir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropoloji Mərkəzinin əməkdaşı, bioloji antropoloq Vüsal Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda poleogenetika sahəsi elə də inkişaf etməyib. Bu sahədə işlərə başlanacağını deyən V.Həsənov qeyd etdi ki, Azərbaycanda bu sahədə məktəb olmadığı üçün, hər şeyə yenidən başlamaq lazımdır. “Ümumiyyətlə, paleogenetika, paleoantropologiya, paleodemoqrafiya bioloji antropologiyanın alt sahələridir. Yəni bunların hamısı ilə paleoantropologiya elmi məşğul olur. Bioloji antropologiya əsas iki qola bölünür. Azərbaycanda antropologiyadan xəbərləri olmadığı və bizdə bu sahədə məktəb yaranmadığı üçün, populist antropologiya var. Elmi antropologiyada isə biloloji və sosial antropologiya var. Sosial antropologiyanın özünün isə çoxlu alt qolları mövcuddur. Dünya standartlarına görə deyirəm, hazırda biloloji antropologiyanın iki sahəsi var - fiziki və paleoantropologiya. Fiziki antropoloqlar əsasən həyatda yaşayan insanlar üzərində tədqiqatlar aparırlar. Yəni onların maraq dairəsinə müasir insanlar daxildir. Onların inkişaf problemləri, onlarda mövcud olan xəstəliklər, uşaqlarda müşahidə edilən xəstəliklər, uşaqların böyümə problemləri bu sahənin mütəxəssislərinin tədqiqat mövzusudur. Azərbaycanda belə bir tədqiqatlar yoxdur. Türkiyədə, Fransada, Avropada fiziki antropoloqlar bu işlə məşğuldurlar. Paleoantropologiya isə qədim insanların qalıqları, istər mumiyalanmış cəsəd olsun, istər skelet olsun, bunların üzərində aparşdırmalar aparır. Ancaq bunların üzərində tədqiqat apararkən də burada bir neçə alt sahəyə önəm verilir. Niyə qalıqlar deyirəm? Çünki qalıqlara təkcə sümüklər daxil deyil, bura, eyni zamanda, daşlaşmış sümüklər də, mumiyalar da daxil ola bilər. Paleoantropologiya bu işlə məşğul olur. Amma bu işlə məşğul olduğu zaman qarşısına bir neçə problem çıxır. Ona görə də onun özü alt sahələrə bölünür. Onlardan biri də poliopatologiyadır. Yəni sümüklərdəki patoloji vəziyyəti öyrənir. Biri də bizim haqqında danışdığımız, sizin toxunduğunuz paleogenetikadır. Paleogenetika isə, ümumiyyətlə, tarixi inkişaf dövründə insanlardakı genetik problemləri araşdırır. Siz soruşursunuz ki, bizdə paleogenetika üzrə məşğul olan mütəxəssislər varmı? Bizdə paleogenetika ilə məşğul olan mütəxəssis olmayıb. Ümumiyyətlə, bizdə bioloji antropologiya yeni qurulur. Təvazökarlqıdan uzaq olsa da, deyim ki, bu sahədə ilk mütəxəssis mənəm. Hələ heç müdafiə də etməmişəm, yaxın iki-üç ildə müdafiə etməliyəm. Mən sırf  bioloji antropologiya üzrə Ankara Universitetində təhsil almışam. Bizdə Sovet dövründə  Rəbiyə Qasımova adlı bir nəfər mütəxəssis olub, o, 1997-ci ildə vəfat edib. O da poleoantropologiya ilə məşğul olub, lakin çox da peşəkar səviyyədə olmayıb. Sadəcə, o dövrdə qaydalara uyğun olaraq kəllə ölçmə ilə məşğul olunub. Yəni hansı millətin hansı millətə aid olduğunu aydınlaşdırıblar. Ona görə də antropologiya deyəndə insanların ağlına yalnız kəllə gəlir, kimin kəlləsi necədir? Bu tamamilə kökündən yanlış bir məsələdir. Çünki kəllə ölçüləri bioloji antropologiyanın kiçik zərrəsidir. Yəni onun metodlarından biridir. Mən hazırda bu sahə ilə məşğulam. Bilirsiniz ki, Arxeologiya və Etnoqrafiya İnstitutunda 2018-ci ildə Antropoloji Mərkəz yaradılıb. Artıq gördülər ki, buna zərurət var, yaratdılar. Bu mərkəzin məqsədi, məramı bu sahədə ciddi işlər görmək, araşdırmalar aparmaqdır. Arxeologiya və Etnoqrafiya İnstitutunda fəaliyyət göstərən Antropoloji Mərkəzin yaradılmasında əsas məqsəd Azərbaycanda bioloji, sosial antropologiyanın təməlli inkişafına nail olmaqdır. Bu sahələrin gələcəkdə, təbii ki, perspektivi böyükdür. Hazırda mərkəzdə işlər gedir. Biz xarici ölkə mütəxəssislərinin də bu sahədəki təcrübəsindən yararlanırıq. Arxeoloji qazıntılara Türkiyədən, Amerikadan, Fransadan antropoloqlar dəvət edirik. Onlar burada bizimlə birgə çalışırlar və biz onların təcrübələrindən yararlanırıq. Hazırda xaricdə təhsil alan üç nəfər tələbəmiz var və onlar da təhsillərini bitirdikdən sonra bura qayıdıb antropologiyanın inkişafına töhfə verəcəklər. Bizim mərkəz yeni yaransa da, var gücümüzlə çalışırıq. Mərkəzin fəaliyyətində dövlətimiz də maraqlıdır. Mərkəzin yaradılması elə bu diqqətin təzahürüdür. Bu sahədə kadrların, mütəxəssislərin hazırlanmasına ciddi önəm verilir və bu istiqamətdə işlər görülür. Hazırda bizim institutda iki nəfər fiziki antropologiya ilə məşğul olan var. Biri mənəm, biri də Dmitri Kriçenkodur. İşə hələ yeni başlamışıq. Hələ ki, arxeoloji qazıntılar zamanı aşkarlanan skeletlər üzərində ümumi tədqiqatlar aparırıq. İşimiz hələ ki, o skeletlərin yaşları, cinsləri, xəstəlikləri varsa, xəstəliklərini müyyən etməkdən ibarətdir. Bizim üçün paleogenetika ilə məşğul olmaq hələ çox tezdir. Bu işləri qarşıdakı mərhələlərdə görəcəyik. Çünki paleogenetikanın tədqiqatı həm də radioloji, DNK, bir sözlə, texnoloji vasitələr tələb edir. Bizim isə ona imkanımız yoxdur. Bu mənada, Azərbaycanda hələ paleogenetika elminin, demək olar ki, bünövrəsi qoyulmayıb. Paleoantropologiyanın isə təməli hələ yeni qoyulub”.     

“Bu gün paleoantropologiyanın sahələrindən biri paleogenetikadır ki, bununla da...”

V.Həsənov qeyd etdi ki, antropologiyanın iki əsas qolu mövcuddur - sosial antropologiya və bioloji antropologiya. Sosial antropologiyanın əsasən sosialyönümlü məsələləri araşdırdığını deyən V.Həsənov bioloji antropologiyanın isə bioloji və fiziki yönlü məsələləri araşdırdığını bildirdi. Onun sözlərinə görə, Azərbaycanda hələ ki, fiziki antropologiya sahəsində tədqiqatlar aparılmasa da, Arxeologiya və Etnoqrafiya İnstitutunda paleoantropologiya ilə məşğul olunur. “Çünki paleoantropologiya elmi arxeologiya elmi ilə əməkdaşlıq etmək məcburiyyətindədir. Ona görə ki, həmin  skeletlər arxeoloji qazıntılar zamanı aşkar olunur. Ona görə paleoantropologiya ilə arxeologiya elmi qardaş elmdir. Bu gün paleoantropologiyanın sahələrindən biri paleogenetikadır ki, bununla da Azərbaycanda heç kəs məşğul olmur. Demək olar ki, heç Türkiyə özü də bu sahə ilə ciddi şəkildə məşğul ola bilmir” - deyə V.Həsənov qeyd etdi.

Bu sahədə maddi-texniki bazanın formalaşdırlacağını deyən V.Həsənovun sözlərinə görə, artıq mərkəzin əməkdaşları olaraq müasir standartlara uyğun şəkildə işləyirlər. Hazırda baza topladıqlarını deyən mütəxəssisin bildirdiyinə görə, qazıntılar zamanı aşkar olunan skeletləri təmizləyib invertarlaşdırırlar. “Biz alt bazanı formalaşdırırıq ki, işləməyə materialımız olsun. Bundan sonra isə artıq onlar tədqiq olunacaq, bu barədə nəticələrimizi xaricdə çap etdirəcəyik. İki- üç çap işimiz var, amma əlimizdə yetərli baza yoxdur. Bizə müxtəlif bölgələrdən ayrı-ayrı dövrlərə aid materiallar lazımdır. Biz hər şeyə sıfırdan başlamışıq, bu sahəni yeni qururuq. Yaxın üç-beş il ərzində nəticəmiz olacaq” - deyə V.Həsənov bildirdi.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ