şənbə günü, 14 noyabr 2026
     

Sumqayıtda avtobusun törətdiyi dəhşətli faciə ictimai nəqliyyatın köhnə problemini yenidən aktuallaşdırdı - FOTO/VIDEO

Image


Azər Allahverənov: “Sürücü peşəkarlığı yerində olsa, belə qəzalar tez-tez baş verməz”
Mais Ağayev: “Belə qəzalar yalnız sərnişin avtobuslarını idarə edən sürücülərin günahı üzündən baş vermir”

 

Sürücülük çox məsuliyyətli peşədir. Sükan arxasında oturan hər bir sürücü bunu dərk etməlidir. Xüsusən də ictimai nəqliyyatda işləyən sürücülərin üzərinə bu məsələdə ikiqat məsuliyyət düşür. Çünki burada onlarla sərnişinin təhlükəsizliyindən söhbət gedir. Bəzən kiçik bir səhlənkarlıq ağır qəzanın baş verməsinə səbəb olur. İctimai nəqliyyatda çalışan sürücülərin müvafiq tələblərə cavab verməməsi, sərnişinlərlə kobud rəftarı və s. kimi məsələlər zaman-zaman müzakirə mövzusu olub. Xüsusən də baş verən qəzalardan sonra bu məsələ daha da aktuallaşır.

Məlum olduğu kimi, fevralın 21-də Sumqayıt şəhərində yol qəzası baş verib. Belə ki, Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb. Nəticədə 42 nəfər yaralanıb. Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. Belə ki, faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə cinayət işi başlanıb.

Artıq neçənci dəfədir ictimai nəqliyyatın iştirakı ilə belə ağır qəzalar baş verir. Ötən il Binə qəsəbəsində 160 saylı avtobus qatarla toqquşdu. Nəticədə bir nəfər öldü, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı.

Ən dəhşətli qəza 2018-ci il martın 9-da baş verib. Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə ölüb, 20 tələbə isə yaralanıb. Sözügedən qəza o zaman böyük müzakirələrə səbəb oldu.

Bu sahədə sürücülərlə bağlı bir sıra problemlərin olmasına rəğmən, insafən, bəzi tədbirlər görülür. Məsələn, Binədə avtobusun qatarla toqquşmasından sonra marşrutun idarəçiliyi digər şirkətə həvalə edildi, avtobuslar yeniləndi. Son illər şəhərdaxili bəzi marşrutlarda sürücülərin peşəkarlığına diqqət yetirilir. Elə marşrut xətləri var ki, orada daha peşəkar sürücülər fəaliyyət göstərirlər. Ancaq buna rəğməın, hələ də işinin öhdəsindən gələ bilməyən ictimai nəqliyyat sürücüləri var ki, ağır qəzalara zəmin yaradırlar. Sumqayıtda baş verən qəza bunu bir daha sübut etdi.

Ümumilikdə, belə qəzaların kökündə nə dayanır və bunu necə aradan qaldırmaq olar?

Məsələyə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov belə qəzaları qeyri-peşəkar sürücülərin fəaliyyəti ilə əlaqələndirdi. Onun fikrincə, problemin kökündə əsasən bu amil dayanır: “Əvvəla sözügedən problem kifayət qədər aktualdır. Çünki zaman-zaman bu cür ağır qəzalar baş verir. Ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə bir müşavirə keçirildi. Ölkə başçısı çıxışında qeyd etdi ki, ictimai nəqliyyat sektorunda əsas problemlərdən biri nasaz avtobuslarla bağlıdır. Yəni texniki parametrlərə cavab verməyən avtobuslardan istifadə edilir. Hansı ki, bu yolverilməzdir. Ona görə də avtobus parkı yenilənməlidir. İkinci qeyd olunan məsələ isə sürücü peşəkarlığı ilə bağlı oldu. Faktiki olaraq, sözügedən məsələ ilə bağlı xüsusi olaraq aidiyyəti strukturlara tapşırıq verildi. O mənada ki, sürücülərin peşəkarlıq məsələsini nəzarətdə saxlasınlar və zəruri tədbirlər həyata keçirilsin. Bakıda sərnişindaşıma ilə məşğul olan 40-dan yuxarı şirkət var, amma onların yalnız 10-da maddi-texniki baza var. Qalanlarında yoxdur. Söhbət sürücü peşəkarlığının artırılmasından gedirsə, mərkəzləşmiş şəkildə bu işlər idarə edilməlidir. Bütün avtobus sürücüləri zaman-zaman öz peşəkarlıqlarını artırmalıdırlar. Çünki günün böyük hissəsini sərnişin daşımaqla məşğul olan sürücülərdə müəyyən problemlər yarana bilər. Bu problemlər üzündən onlar avtobusu mövcud qaydalardan kənar idarə edirlər. Sürücü peşəkarlığı yerində olsa, belə qəzalar tez-tez baş verməz. Sumqayıtda baş verən qəza birinci siqnal deyil. İctimai nəqliyyatda neçə dəfə bənzər qəza baş verib. Bu səbəbdən hesab edirəm ki, müvafiq qurumlar təcili tədbirlərə başlamalıdırlar. Avtobusların texniki parametrləri və sürücü peşəkarlığı diqqət mərkəzində olmalıdır. Hansı şırkət bu işin öhdəsindən gələ bilmirsə, sərnişindaşıma işindən kənarlaşdırılmalıdır”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, belə qəzaları yalnız ictimai nəqliyyatı idarə edən sürücülərin səhlənkarlığı ilə əlaqələndirmək doğru deyil: “Belə qəzalar yalnız sərnişin avtobuslarını idarə edən sürücülərin günahı üzündən baş vermir. Düzdür, belə hallar da olur. Bəli, bu gün bir sıra sürücülərin peşəkarlığı ilə bağlı vəziyyət qənaətbəxş deyil. Agentlik tərəfindən hər iki problemin həlli ilə bağlı işlər aparılır. Ancaq, ümumilikdə, il ərzində avtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin hamısını avtobus sürücüləri ilə əlaqələndirmək doğru deyil. Araşdırma apardıq və məlum oldu ki, bir qisim qəza avtobus sürücülərinin günahı üzündən baş verməyib. Lakin bu heç də o anlama gəlmir ki, biz avtobus sürücülərinin peşəkarlıq səviyyəsindən tam razıyıq. Hesab edirik ki, sürücülərin peşəkarlıq səviyyəsi artırılmalı, avtobus parkı yenilənməlidir. Bununla bağlı işlər aparılır”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ