şənbə günü, 14 noyabr 2026
     

GÖZLƏR YOLDAN YIĞILARMI...

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...

Milli kimliyimizin təəssübkeşi

(On birinci yazı)

Axtarışlarım - məlumatlar toplamaq üçün müraciətlərim zamanı Azərbaycanımız, dəyərlərimiz, torpağımız, tarixi yurd yerlərimiz, dinimiz, milli kimliyimiz, namusumuz, qeyrətimiz uğrunda özünü fəda etmiş Xəqani Eyvaz oğlu Əkbərovun taleyinə son dərəcə həssas, isti münasibətlərin həddən çox şahidi oluram tanıyıb-tanımadığım soydaşlarımız tərəfindən. Amma təəssüf ki, bu miqyasda faciəyə laqeyd, biganə münasibətlərlə də qarşılaşıram. Bu məni, yumşaq desək, dəhşətə gətirir. Elə Qarabağdakı məğlubiyyətlərimizin, yurd itkilərimizin ən böyük səbəblərindən biri də biganəlik olmadımı?! Böyük Məmməd Arazın təbirincə desək, “məndən ötdü, qardaşıma dəydi” prinsipini hər şeydən yüksəkdə tutmağı özlərinə sığışdıranların, şəxsi mənafeyini bütün ali dəyərlərimizdən irəlidə görənlərin VƏTƏN-DƏYƏRLƏR məhfumlarına laqeyd münasibətləri sonucda Qarabağın ermənilərin əlinə keçməsi ilə nəticələnmiş oldu. Baxmayaraq ki, VƏTƏN hamımızındı. Onun qoynunda təkbaşına şad-xürrəm yaşamaqmı olar?! Sayımız, sıralarımız geniş olmasa, onun hər daş-kəsəyinin qədrini doğma ocağımız kimi əziz tutmasaq, ümumiyyətlə bu torpağı dünya bizimki qismində tanıyarmı? Onda tamamilə vətənsizlik dalğası ilə üz-üzə qalmış olarıq. Necə ki, bu taleyi yaşamış bir sıra millətlər, xalqlar qoca tarixin səhnəsindən birdəfəlik silinib yox olublar. Amma şükürlər olsun ki, cəmiyyətimizdə belə düşüncə sahiblərinin yeri görünməz nisbətdədir, əziz oxucular. Qeyd etdiyimiz dəyərlərin qorunması isə, şübhəsiz ki, xalqımızı həmişə yaşadacaq. Bu yerdə türk dünyası üçün çox müqəddəs isimlərdən sayılan, tarixi şəxsiyyət Mustafa Kamal Atatürkün məşhur bir kəlamını xatırlamağı borc bildim: “Milli mənliyini bilməyən, qorumayan uluslar başqa uluslara yem olurlar”. Bu ifadə nə zamansa dəyərdən düşərmi?! Bu ifadəni başının üzərində bayraq edən gənclik öz milli kimliyini nələrəsə, kimlərəsə güzəştə gedərmi?! Ritorik sualların cavabı birmənalıdır: əlbəttə ki, yox! Bax, əvvəldə sadaladığım faktlardan da bəlli olduğu kimi, Xəqani də milli kimliyimizin qorunmasının, milli kimliyimizin mövcudiyyətinin qorunmasının yolunda qurban getmiş oğullarımızdandı. “Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən bu növbəti kitabın ideya müəllifi, tanınmış şairə Nəzakət xanım Məmmədovanın təşkilatçılığı, mənim xüsusi həvəslə mahiyyət axtarışlı qələmə aldığım yazılardan məqsədimiz bu amala nail olmaq, nəşri hər bir azərbaycanlının stolüstü kitabına çevirməkdir.

Doğmalarla davam edək.

Gözlər daim qapıdadır...

Mən səni pərişan qoyub gəlmişəm
Sahibsiz bir kəklik yuvası kimi.
Ruhumda bir qərib nida sızıldar
O ana kəkliyin nəvası kimi.

(Musa Yaqub)

Suallarımı göz yaşları içərisində dinləyən itkin-şəhidimizin qardaşı qızı Elnarə Poladzadə əmisini çox çətinliklə xatırlayır (onun səsinin titrəyişini, kövrəlmiş ahəngini yazıya almaq mümkünsüzdü, bunu ancaq görmək və duymaq olar – N.Z.). Əmisi yoxa çıxanda üç yaşlı qızcığaz olan Elnarə indi ər evinə köçmüş gəlin, anadı:

- Mənim onda üç yaşım var idi. Təqribən yadımdadır ki, son dəfə cəbhəyə yollanarkən həyətdəki tut ağacının dibində gördüm əmimi. Uşaq yaddaşımda qalmışdı ki, elə bil qapqara bir oğlan idi, ağzında ağappaq dişləri vardı. Mən yanından ötüb-keçəndə birdən qolumdan tutub məni əzizlədi. Vəssalam.

Başqa heç bir formada xatırlaya bilmirəm onu. Yadımda daha çox atamgilin axtarışları qalıb. Hər gün harasa gedib-gəlirdilər. Nənəm onlara çoxlu suallar verirdi, ona heç nə demirdilər. Bunlar gözümün qabağından getmir. İndiki düşüncəmlə dərk eləyirəm ki, niyə atam (Qinyaz) nənəmə cavab verməmək üçün onu acılamağa belə məcbur olurmuş. Sən demə, atam əmimin ölüb-qalmasından bir xəbər gətirə bilmədiyindən cavab verməyə çətinlik çəkirmiş. Mən evimizin ən balacası idim, atamın ayaqlarından yapışıb mən də nə baş verdiyini soruşurdum. O isə heç bir cavab verə bilmədiyindən məni itələyirdi ki, əl çəkim. Mən bilən, onlar bir ilə yaxın dayanmadan axtardılar əmim Xəqanini. Atamın Qurban adlı bir dostu var idi. Onun avtobusu vardı. Bu avtobusla hər gün harasa gedib-gəlirdilər. O da yadımdadır ki, deyirdilər nənəm qırx gün paltarını dəyişməyib, hamama getməyib.

Elnarə danışdıqca Xəqani ilə bağlı atasının, babasının evlərində baş verənləri unudulmaz bir film mövzusu kimi, amma qırıq-qırıq yadına salır. Ancaq Xəqanidən sonra baş verənləri. Bu həm də qızcığazın yaşa dolub həyatı başa düşdükcə zamanla əmisinin kimliyini, itkinliyin nə demək olduğunu anladığı ayrı-ayrı məqamlarla bağlıdı: “Bizimkilər ona Xaqan deyirdilər, sonradan bildim ki, yazıda adı Xəqani yazılırmış. Bir də o, elə bil ürəyinə dammış kimi, maqnitofon kassetinə qəmli meyxana üslubuna yaxın formada səsini yazmışdı. Sonra xatırlayıram atamın nənəmi danlamağını ki, axı sənə demişdim onu nişanlama. Hə, bir də atam hər gün yuxudan duranda deyirdi ki, bu gecə Xəqanın toyunu gördüm, gəlmişdi. Yadımda bunlar qalıb.

Sonralar məktəbdə biz oxuyanda Xəqani ilə bağlı tədbirlər keçirilirdi. Babamın dayısı Sərxan müəllim ona “Sonbeşik” adlı poema həsr eləmişdi. Bu poemanı ssenari şəklində məktəbdə səhnələşdirmişdik. Elə bil Sərxan müəllim onun körpəlikdən üzü bəri hər bir gününü yazıya gətirmişdi”. 

Elnarə kənd məktəbinin Xəqaninin adına verilməsini arzulayır. Deyir ki, bu addım bir təskinlik yerinə çevrilə bilər onlardan ötrü. Xəqaninin qəfil gəlişi isə doğmalarının öləziməyən ümid yeri olaraq qalır. Gözlər daim qapıdadır...

Xəqanili günlərin uşaqlığı, gəncliyi...

Əmisi oğlu, vaxtilə orta məktəbdə birgə oxuduqları sinif yoldaşı, hazırda həmin məktəbin müəllimi Əkbərov Rafiq Fəzail oğlu ilə söhbətimizdən:

- Bir yerdə oxumusuz, yaşıd olmusuz...

- Bəli, yaşıd idik. Bütün uşaqlığımız bir yerdə keçib. Həm əmioğlu, həm qapıbir qonşu, həm dost, həm də həmyaşıd kimi. Orta məktəbi də bir yerdə oxumuşuq. 1985-ci ildə orta məktəbi bitirmişik. Məktəbdə də çox yaxşı oxuyurdu Xəqani.

Onu bir doğma qardaşım kimi xatırlayıram. İşgüzar, zəhmətkeş, dostluqda-yoldaşlıqda isə çox mərd idi (bunu qələmə alarkən Xəqaninin döyüş yoldaşı Fərhadı düşmən əlində qoyub getməməsi barədə ağdamlı oğlanın Qasıma nəql etdiklərini xatırlamalı oluram istər-istəməz: “Mən Fərhadı belə yerdə qoyub gedə bilərəmmi?!..” – N.Z.). Onun döyüşdüyü aylarda mən də cəbhə bölgəsində olurdum. Səhv eləmirəmsə, son görüşümüz 1993-cü il noyabr ayının 9-da oldu. Bu tarixdə mən də məzuniyyətə gəlmişdim. Yadımdadır ki, xeyli danışdıq, deyib-güldük. Döyüş bölgəsində baş verənlər barədə məlumatlandırdıq bir-birimizi, təhlil elədik, nisbətən də olsa, gördüyümüz vəziyyəti.

- Bəs Xəqaninin itkin düşməsi xəbəri ətrafında baş verənləri necə xatırlayırsan?

- Sonra isə... (həmsöhbətim köks ötürür) Dekabrın 25-i, 28-i deyirlər. Ancaq məncə hələ dekabrın 23-dən güclü döyüşlər getmişdi Ağdamın Güllücə kəndi istiqamətində (artıq bu döyüşlər barədə ətraflı məlumat vermişik – N.Z.). O döyüşlərdə bizim ordu çoxlu itki vermişdi. Bildiyimizə görə, Xəqani son dəfə bu istiqamətdə gedən müharibədə iştirak edib. Döyüş başa çatıb, sakitlik olub, amma sonra onun haqqında heç bir məlumat ala bilməmişik. Nə döyüşçü yoldaşları konkret bir söz söyləyə bilib, nə də qohum-qardaşın uzun müddətli axtarışları ortaya bir nəticə çıxara bildi. Çox çətindi Xəqanisizliyi düşünmək, xüsusilə bütün uşaqlıq, gənclik yaddaşında Xəqanili izləri olan mənim üçün... amma neyləyə bilərəm, nəticə yoxdu...

Hər qapı döyüləndə...

Gəraybəyli kəndində olarkən Xəqaninin yeganə bacısı Sünbül Nuriyevanın yaşadığı evə yollanırıq. Burada Sünbül xanımın həyat yoldaşı Məhəmməd Nuriyevlə də həmsöhbət oluram. Məhəmməd də Xəqaninin axtarışlarında iştirak etdiyini, Ağdamın döyüş gedən kəndlərinə qədər gedib çıxdığını deyir və Xəqani barədə xatirələrini bizimlə bölüşür. Onların ikisini birgə söhbətə cəlb edəsi oldum. Əvvəlcə Məhəmməd danışır:

- Hələ itkin düşməmiş, biz Xəqani ilə döyüş bölgəsinə bir yerdə getmişdik. İnanın Allaha, o döyüş yoldaşlarını görən kimi bizdən ayrıldı, birbaşa getdi onlara qoşuldu. Onları özünə bizdən doğma hesab edirdi. Onda odlu-atəşli elə bir vətənpərvərlik hissləri var idi ki, sanki Qarabağı bu saatda o alacaqdı. Sonra onun yoldaşları ilə də görüşdük orda. Gəlib yığışdılar başımıza. Xeyli söhbətləşdik. Nəhayət xudahafizləşib ayrılıb gəldik evə. Amma fikrimizdə var idi ki, gedib onu mütləq Yeni il bayramına gətirək. Getdik də. Gördük ki, Xəqan yoxdu. Əsgər yoldaşları dedilər Boyəhmədli kəndindən Papravənd kəndi istiqamətində bir keçid olubdu, komandir onu qoyub ki, həmin keçidi qorusun, bizim əsgərlər həmin keçiddən adlayıb gələ bilsinlər (bu da bir qədər fərqli versiyadır. Xəqaninin Fərhadla erməni tanklarını keçiddə vurmaq üçün orada qoyulduğu deyilmişdi. Komandirləri Qasım, bildiyiniz kimi, vəziyyəti daha fərqli izah etdi. Hər halda, bu müxtəliflik o zamankı qarışıqlıqdan, nizam-intizamsızlıqdan dolayı fərqli-fərqli danışılır – N.Z.). Elə burdan da yoxa çıxıb.

- Burda kəşfiyyatda imiş...

- Hə. Elə dedilər. Mənim növbəti dəfə getdiyim gün bayramqabağı idi. Elə bil ki, dekabrın 31-i. Güclü döyüşə hazırlıq gedirdi. Milləti aparmışdılar döyüşə. Eh, nə qədər şəhid, yaralı gördük. Az qala Güllücə kəndi ətrafında biz də şəhid olacaq idik gülləbaran yağışının altında. 

Sünbül xanım qoşulur söhbətimizə:

- Deyirdilər onlar 12 nəfər olublar. Heç biri gəlmədi.

- Axı orda Fərhadla ikisi olub kəşfiyyatda...

Məhəmməd:

- Yox, Fərhad idi, Naxçıvandan Sabir idi, başqaları da vardı.

- Hə, ümumi deyirsiniz. On səkkiz nəfər olublar hamısı bir yerdə kəşfiyyat batalyonunda. Bu barədə məlumatları almışıq. Bəs siz bir bacı kimi necə xatırlayırsız Xəqanini?

Sünbül:

- Evimizin sonbeşiyi olub. Onu mən saxlamışam. Qucağımda, bax, bu qollarımın üstündə böyüyüb. Anam işləyirdi baramada, başqa işlərdə, evdə olmurdu, ona görə də mən baxırdım. Mən qardaşlarımın hamısından böyük idim, o isə ən kiçiyimiz. Çox ağırdı qardaşımın yoxa çıxması. Allah belə dərdi heç kimə göstərməsin. Elə bir gün, elə bir saat olmur ki, Xəqani yadıma düşməsin. Çox çətin, ağır dağ imiş qardaş itkisi...

Məhəmməd:

- Atası traktorçu işləyirdi. Taraktorçuluq da bilirsiz ki, ağır zəhmət tələb edən işdi. O hələ uşaq ikən gedib atasına kömək eləyirdi. Yer şumlayırdı, malalayırdı. Zəhmətkeş uşaq idi. Heyvan-qara dalınca gedən idi. Bir sözlə, kənd həyatına aid nə varsa, biz Xəqanı daim bu işlərin başında görmüşük. Amma neyləyə bilərik?! Nişanlısı da 10 ildən çox gözlədi, elə bu yaxın illərdə gəlin köçdü. Atası da oğul itkisinin dərdinə dözə bilmədi. Səhv eləmirəmsə, 2011-ci ildə rəhmətə getdi. Ana o cür vəziyyətdə...Hələ də bilinmir ki, oğlunun öldüsü-qaldısı hardadı?! Bir sözlə, çox ağır itki oldu.

- Məhəmməd, siz də axtarışlarda iştirak etmisiz?

- Əlbəttə. Haralara gedib çıxmadıq. İnandırım sizi ki, ondan ötrü bizim gəzmədiyimiz yer qalmadı. Qinyazla getdiyimiz yerlərdə az qala ermənilərə əsir düşmüşdük. Mən özüm sürücü işləyirdim. Getdim Bərdəyə. Orda Məmməd adlı bir nəfər vardı, səhv eləmirəmsə Qubadlıdan, ya Beyləqandan idi, getdi xəbər gətirsin, ancaq heç bir xəbər ala bilmədi. Təzəkənd kəndində otuz şəhidin üzünü bir-bir açıb baxdıq, gördük yoxdu. Bərdə şəhər qəbristanlığında şəhidləri yuyub dəfn edirdilər. Hamısına bir-bir baxdıq, gördük Xəqani yoxdu.

Sünbül:

- Hələ də ümidlə yaşayır yazıq anam. Qapısı hər dəfə qəfil döyüləndə diksinir. Elə bilir ki, indi Xəqani girəcək içəri...

(ardı var)

Nəzirməmməd ZÖHRABLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ