şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan Milli Antropologiya elm məktəbi...

Image


“Çox təəssüf ki, toplumların, insanların bir-birilə münasibətlərini, bir-birinə olan təsirlərini öyrənən sosial antropologiya sahəsi də diqqətdən kənarda qalıb”
“Antropologiya sahəsində yenidən sistemli işlər görülməsinə zərurət var”

 

Hər bir xalqın özünəməxsus antropoloji quruluşu var. İnsanların milli kimliyini sübut edən antropologiya elmi bütün dünyada mühüm bir sahə kimi inkişaf edir. Ümumiyyətlə, xalqların tarixinin öyrənilməsində də antropologiya elminin rolu mühümdür.

Mütəxəssislər bildirirlər ki, antropologiya sözü yunan mənşəli olub, hərfi mənası “insan haqqında elm” deməkdir. Bu termini ilk dəfə yunan alimi Aristotel işlədib və bu daha çox insanın ruhi təbiətinin öyrənilməsini ifadə edib. Antropologiyanın üç hissəyə bölündüyünü deyən mütəxəssislərin bildirdiyinə görə, bunlar insanın morfologiyası, insanın mənşəyi haqqında təlim və ya antropogenez və irqşünaslıq, habelə etnik antropologiyadır.

Alimlər qeyd edirlər ki, bu gün Cənubi Qafqazın etnik mənzərəsinə baxsaq, buradakı xalqları linqvistik baxımdan üç böyük qola ayırmaq olar. Türk xalqları, İrandilli xalqlar və Qafqazdilli xalqlar. Türk xalqları dedikdə hazırda azərbaycanlılar nəzərdə tutulur.

Azərbaycanda antropologiya sahəsində indiyə qədər hansı işlər görülüb? Milli antropologiya məktəbinin vəziyyəti necədir? Bu sahədə mütəxəssislərimiz olubmu?

Ekspertlər qeyd edirlər ki, Sovet dövründə Azərbaycanda bu sahənin inkişafına elə də ciddi fikir verilməyib. Çox nadir hallarda azərbaycanlıların bu sahədə təhsil almaları üçün Moskvaya və keçmiş Leninqrada (Sankt-Peterburq) göndəriblər.

Hazırda Bakı Dövlət Universitetinin tarix fakültəsində antropologiya bölməsi fəaliyyət göstərir. Alimlər qeyd edirlər ki, Azərbaycanda antropologiyanın inkişafında çatışmayan cəhətlərdən biri onun təcrübi sahəsinə diqqət ayrılmamasıdır. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) antropologiya ixtisası fəaliyyətə başlayıb. Alimlər vurğulayırlar ki, antropologiya kabinetlərdə deyil, təcrübədə öyrənilməlidir. Onların fikrincə, bu sahənin təcrübi hissəsinin inkişafı üçün xüsusi avadanlıqlar, insanın genetik kodunun öyrənilməsini müxtəlif vasitələrlə həyata keçirən cihazlar lazımdır ki, bunun da alınıb ölkəyə gətirilməsi böyük vəsait tələb edir. Bu cihazların Azərbaycana gətirilməsinin vacibliyini qeyd edən mütəxəssislərin sözlərinə görə, təcrübə olmasa, bunun nəzəri cəhətdən öyrənilməsi səmərəsizdir.

Tanınmış tarixçi-alim Kərəm Məmmədovun fikrincə, antropologiya Azərbaycan türklərinin Cənubi Qafqaz ətrafında qədimdən yaşadığını sübut edən yeganə elmdir. “Ona görə böyük dəyəri olan bu ixtisas inkişaf etdirilməlidir” - deyə alim bildirir.

Məlumat üçün bildirək ki, uzun müddətdir AMEA-da antropologiya sahəsində işlər görülməsi ilə bağlı məsələ gündəmdədir. Arxeologiya və Etnoqrafiya İnstitutundan aldığımız məlumata görə, bu institutun nəzdində Antropoloji Mərkəzin yaradılması nəzərdə tutulur. Artıq bununla bağlı bir neçə dəfə müzakirə də aparılıb.

İnstitutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova bildirib ki, yeni yaradılacaq mərkəzə gələcəkdə müxtəlif elm sahələri üzrə mütəxəssislərin - geoloq, bioloq, tibb üzrə tədqiqatçı və digərlərinin cəlb edilməsi planlaşdırılır. Qeyd edilənə görə, Antropoloji Mərkəzin əsasnamə layihəsi hazırlanıb və layihədə əsasən fiziki antropologiya sahəsinə aid müddəalar öz əksini tapıb.

Bu gün Azərbaycanda antropologiya sahəsində ciddi mütəxəssis qıtlığının yaşandığı bildirilir.

MİRAS - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Bakı-Xəbər”ə bildirdi ki, çağdaş Azərbaycan antropologiya elmində bir neçə antropoloq alim var. “Hazırda Azərbaycanda antropologiya elmi bir neçə mütəxəssisi ilə inkişaf edir. Ölkəmizdə antropologiya yeni elm sahəsidir. Demək olar ki, bu, əvvəllər ayrıca bir sahə olmayıb. Sovet dövründə antropologiya ilə Azərbaycanın tanınmış alimi Rəbiyə Qasımova məşğul olub. Rəbiyə xanım, demək olar ki, bir məktəb yarada bilmədi. Lakin o özü nəinki keçmiş ittifaq respublikalarında, hətta, bütövlükdə, beynəlxalq aləmdə tanınmış alim idi. O istər Mingəçevirlə, istər Azıxla, istərsə də tunc dövrü, antik dövr və digər dövrlərlə bağlı maraqlı tədqiqatlar aparıb. Eləcə də müasir fiziki antropologiya ilə məşğul olub. Onun Debes Bunak və digəriləri kimi sovet alimləri ilə çox yaxın münasibətləri vardı. Onlar deyirdilər ki, azərbaycanlılar cənublu avropoidlərin Kaspi antropoloji tipinə aiddirlər. Rəbiyə xanım doktorluq işini 1997-ci ildə müdafiə edib. Məndə onun avtoreferatı da var. O, etnogenezlə bağlı məsələlərdə antropoloji yanaşmalarını ortaya qoyub və azərbaycanlıların Kaspi antropoloji tipinə aid olduğunu qeyd edirdi. Uzun müddət bu sahədə boşluq əmələ gəldi. Hətta yadıma gəlir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu təmirə dayanarkən, bir çox vəfat edən alimlərin hesabatları, sənədləri, kitabları, o cümlədən də Rəbiyə xanımın elmi irsi fəhlələr tərəfindən müxtəlif yerlərə daşınırdı, ayaq altında qalmışdı. Çünki bir çox kitabı toz-torpağın içindən seçib götürə bildim. Eləcə də onun üzərində işlədiyi kəllələrə də uzun müddət yer tapılmadı. Halbuki, onların hər biri bir tarixi informasiya daşıyır. Onları əvvəlcə Milli Azərbaycan Tarixi Muzeyinə gətirdilər, sonra isə bu muzeydə onları saxlamaq üçün şərait olmadığı üçün, belə qərara gəlindi ki, onları Tibb Universitetinə versinlər. Burada təxminən 600-ə yaxın kəllədən söhbət gedir. Bu, 600 adamın başı deməkdir. Bildiyim qədər, hazırda həmin kəllələr oradadır. Arxeologiya və Etnoqrafiya İnstitutu son zamanlar antropologiya sahəsi ilə bağlı bir neçə mütəxəssis yetişdirməyə çalışır. Onlardan biri dosent, doktor Dmitriy Kiriçenkodur. Mən də bir çox arxeoloji tədqiqat zamanı müəyyən olunan kəllə nümunələrinin ölçülməsi üçün D.Kiriçenkonu qazıntı sahəsinə dəvət etmişəm və gəlib ölçülər götürüb, məqalələrimiz nəşr olunub. İstər Nərgizavada, istər Şıxməciddə, istər Mehrəvanda birgə işləmişik. Son zamanlar isə Türkiyənin  Haccəttəpə Universitetinin məzunu və Ankara Universitetinin magistraturasını bitirən və hazırda doktorluq işi üzərində işləyən antropoloq Vüsal Həsənovla həm Dəmirçidə, həm də Nərgizavada birgə işləmişik. Sözümün canı odur ki, antropologiya sahəsində bir neçə gənc mütəxəssis yetişməkdədir. Bu çox müsbət göstəricidir ki, D.Kiriçenko keçmiş sovet məktəbinin yetirməsi kimi, Vüsal Həsənov da Qərb-Türkiyə məktəbinin yetirməsi olaraq  Azərbaycanda fəaliyyət göstərirlər. Onların maraqlı elmi nəticələri var. Düşünürəm ki, antropologiya sahəsinin daha dərindən öyrənilməsinə və Azərbaycan miqyasında bütün ölçülərin götürülməsinə ehtiyac var. Yəni Rəbiyə xanımın ortaya çıxardığı o antropoloji irs, antropoloji informasiya və müasir informasiya arasında bir qırıqlıq, boşluq yaranıb. Bu mənada, antropologiya sahəsində yenidən sistemli işlər görülməsinə zərurət var. Mütəxəssislərlə söhbətlər zamanı məlum olur ki, istər maddi-texniki avadanlıq, istər tədqiqatların müasir standartlara uyğun aparılması üçün beynəlxalq əməkdaşlıq, istərsə də bu sahədə mütəxəssislərin yetişdirilməsi baxımından problemlər mövcuddur” - deyə bildirən F.Xəlillinin sözlərinə görə, mövcud problemlərin aradan qaldırılması üçün AMEA təxirəsalınmaz işlər görməlidir. “Hazırda Azərbaycanda antropologiya elminin vəziyyəti ürəkaçan sayıla bilməz. Ancaq antropologiya yalnız fiziki antropologiya ilə məhdudlaşmır, həm də sosial antropologiya var. Çox təəssüf ki, toplumların, insanların bir-birilə münasibətlərini, bir-birinə olan təsirlərini öyrənən sosial antropologiya sahəsi də diqqətdən kənarda qalıb” - deyə alim vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ