şənbə günü, 14 noyabr 2026
     

RƏŞAD DOKTOR, BOŞ VERİN

Image


Rəşad Mahmudov! Bu adı eşitməyən, bilməyən yoxdu. Hətta şöhrəti Azərbaycandan kənarda da geniş yayılıb. Xalqımızın ən görkəmli və ən məşhur cərrahlarından  biridir, ürək  cərrahı kimi isə birincilərdən biridir və bəlkə də elə birincidir. Gəncdi, həddindən artıq sadə, səmimi  və çox istiqanlı bir həkimdi.

Vaxtilə uzun illər bundan öncə professor  Əhliman Əmiraslanov haqqında bir yazı qələmə almışdım, gərək ki  adı belə idi: «Əzrayılla vuruşan oğlan». Hər oğulun  hünəri  deyil Əzrayılla  çarpışa və Əzrayıla qalib gələ. Əhliman müəllim Əzrayılla  vuruşub  yüzlərlə insanı onun  əlindən alıb. Və bu gün də Əzrayılla vuruşur.

Rəşad Mahmudov da Əhliman müəllim kimi Əzrayılla vuruşan, çarpışan bir həkimdir, o da yüzlərlə insanı Əzrayılın  pəncəsindən  qoparıb həyata qaytarıb. Və müqəddəs işini  yenə də davam etdirir.

Həyata  qaytardıqlarından biri elə bizim  redaksiyada işləyir, məşhur  jurnalistdi: Məzahir  Əhmədoğlu. Bir on il bundan  əvvəl az qala  onun  ölüsünü  gətirmişdilər Rəşad doktorun yanına. Məzahir bu gün də yazır, yaradır,  ailəsinin və dostlarının  arasındadı.

Rəşad doktorla  şəxsi tanışlığım onun Milli Məclisə deputat  seçilməsindən  sonra başlayıb. Çox intellektual bir  adam kimi ədəbiyyat, tarix, incəsənət sahəsi ilə bağlı söhbətlərimiz də çox yaxşı tutur. Əslində tibb də bir incə sənətdir. Xüsusilə də ürək cərrahlığı.

Mənim Rəşad doktor haqqında oçerk yazmaq fikrim yoxdu. Bəlkə haçansa yazdım. Məni  narahat edən başqa bir məsələdi. Zaman-zaman Azərbaycanı dünyada tanıdan bu cərrah haqqında saytlarda və sosial şəbəkələrdə  böhtanlar atılır, ləkələr atılır, nüfuzuna  xələl gətirə biləcək qeybət  xarakterli  yazılar gedir. Doktor adətən belə məsələlərə  çox soyuqqanlı yanaşır.  Bəzən Milli Məclisdə dostlar deyir ki, həkim, niyə onlara  cavab vermirsən, məhkəməyə vermirsən?  Cavabı çox qısa olur:

- Onları  məhkəməyə verib itirəcəyim  vaxtda bir insanı ölümdən xilas edərəm.

Və çox vaxt onu öz sahəsində ya hansısa həkimlə, ya da nüfuzlu bir  dövlət məmuru ilə üz-üzə qoymağa çalışırlar .

Bu günlərdə saytların birində yenə həqiqətdən çox uzaq olan bir məsələni gündəmə gətiriblər və paylaşıblar. Guya Rəşad doktor səhiyyə naziri Oqtay Şirəliyevin kreslosuna  göz dikib, buna çalışır. Oqtay müəllimi  işdən çıxarıb onun yerinə  Rəşad Mahmudovu  qoyacaqlar.

Tamamilə  absurd bir fikirdi.  İki görkəmli şəxsi qarşı-qarşıya qoymaqdan, bir-birinə incik  salmaqdan başqa bir şey deyil.

Əvvəla, Oqtay müəllim öz yerində layiqincə vəzifə borcunu  yerinə yetirir. Onun  gəlişindən sonra səhiyyədə çox böyük islahatlar gedib və gedir. Az qala  Azərbaycanın hər bir  rayonunda Avropa standartlarına  uyğun  xəstəxanalar  tikilib və fəaliyyət  göstərir, bölgələrdə ən ağır  cərrahiyyə  əməliyyatları, eləcə də ürək  əməliyyatları  keçirilir və sair və ilaxır. Demirəm səhiyyə sistemində güllük-gülüstanlıqdı, xirtdəyəcən problem də var. Və bu problemin həlli  üçün də dövlət səviyyəsində işlər görülür.

İkincisi, təbii ki, heç bir  vəzifə  əbədi deyil. Oqtay müəllim də bir gün  vəzifədən  gedə bilər, onun yerinə səhiyyəni bilən  başqa bir məmur gələ bilər.  Bu, Möhtərəm  Prezidentin  müstəsna səlahiyyətinə aiddir. Bu məsələ  yazı-pozu ilə, kimlərinsə mübarizəsilə  həll edilmir.

Nəhayət, Rəşad doktor hətta  yalvarsalar belə, səhiyyə naziri  postuna  getməz. Çünki  Allah onu məmur  yaratmayıb, Allah onu insanları ölümün  pəncəsindən xilas etmək  missiyası ilə göndərib Yer üzünə. Və o da Allahın  onun  üzərinə qoyduğu  missiyanı çox yüksək səviyyədə, ləyaqətlə yerinə yetirir. Bir daha  qeyd edirəm,  onun  missiyası Əzrayılla vuruşmaqdı! O da vuruşur və hələ ki qalib gəlir. Və yəqin  bütün  ömrü boyu qalib gələcək. Allah təkcə öz mələyi  olduğuna  görə Əzrayılı  sevmir, həm də üzərinə  missiya qoyub Yer üzünə göndərdiyi  seçilmiş insanları  da sevir. 

Dilxor olma, Rəşad  doktor, sən  Allah  tərəfindən  seçilmiş insanlardansan.

Dəyməyin Allah tərəfindən  seçilmişlərə!

Aqil ABBAS



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ