şənbə günü, 14 noyabr 2026
     

Onu gənc alimlərin dostu da adlandırırlar – Əlizadə Akif Ağa Mehdi oğlu...

Image


Fevralın  25-də  tanınmış geoloq alim, elm təşkilatçısı və ictimai xadim, AMEA-nın prezidenti akademik  Akif Ağa Mehdi oğlu  Əlizadənin  anadan olmasının 85 illiyi tamam olur.

Əlizadə Akif Ağa Mehdi oğlu 1934-cü ildə Bakı şəhərində ziyalı  ailəsində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan  Sənaye İnstitutunu (hazırda ADNA) geoloji-kəşfiyyat fakültəsini  bitirmişdir.

A.Əlizadə 1961-ci ildə geologiya-mineralogiya üzrə  elmlər namizədi və 1969-cu ildə geologiya-mineralogiya üzrə  elmlər doktoru elmi dərəcəsini almışdır. Geologiya elmi sahəsində geniş tədqiqatlar aparan, onu yeni elmi və nəzəri biliklərlə zənginləşdirən Akif Əlizadə 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.  

Əmək fəaliyyətinə “Suraxanıneft“ mə­də­nində quyuların tədqiqi üzrə texnik vəzifəsindən başlamışdır. 1970-1976-cı illərdə Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, 1976-cı ildən indiyə kimi Geologiya İnstitutunun direktoru vəzifəsində  işləyir. O, 1990-2007-ci illər AMEA-nın YEB-in akademik-katibi, 2007-2013-cü illər  AMEA-nın vitse-prezidenti olmuşdur.  Professor A.Əlizadə 2013-cü ildə AMEA-nın prezidenti vəzifəsinə seçilmişdir.

Akademik Akif Əlizadənin elmi maraq dairəsi təbaşirin paleontologiya və stratiqrafiyası məsələləriini əhatə edir. Alim ilk dəfə olaraq, təbaşir dövründə Aralıq dənizi hövzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərini müəyyən etmiş və paleocoğrafi taksonları ayrmışdır. 

A.Əlizadənin təbaşir dövrü belemnitlərin öyrənilməsi sahəsində apardığı tədqiqatları  elm dünyası yüksək qiymətləndirərək müəyyənləşdirdiyi belemnoidlərin yeni aliləsini 1984-cü ildə “Akifibelidi” adlandırmışdır. Ak.A. Əlizadənin adı Rusiya və keçmiş Sovet İttifaqının digər respublikalarının elmi ictimayyətinə də çox yaxşı tanışdır. O, Ümumittifaq Paleonotologiya Cəmiyyətinin (ÜPC) həqiqi üzvü,  SSRİ İdarələrarası Stratiqrafiya Komitəsinin (İSK) üzvü, Qafqaz Regional İdarələrarası Stratiqrafiya Komissiyasının (QafRİSK) sədri, Biosfer Problemləri üzrə SSRİ EA Elmi Şurasının üzvü olmuşdur. Alimin mərkəzi elmi nəşrlərdə çap etdirdiyi orijinal tədqiqatlarının nəticələri yüksək dəyərləndirilmiş, ÜPC-nin, İSK-nin sessiyalarında, bir çox beynəlxalq konfranslarda, seminar və simpoziumlarda ölkəmizi ləyaqətlə təmsil etmişdir. Akademik  Akif Əlizadənin apardığı tədqiqatlar, ali məktəblər üçün baza dərsliyi kimi məşhur olan “Paleontologiyanın əsasları” (M., “Nedra”, 1990) kitabında da qeyd olunmuşdur. Bu kitabda  daxiliqabıqlı başıayaqlılar qazıntılarının öyrənilməsində A.P.Pavlov və Q.Y.Krımholtsla yanaşı, Ak.A.Əlizadənin də böyük xidmətlərinin olduğu xususi olaraq göstərilmişdir.

A.Əlizadənin elmi təşkilatçılıq fəaliyyətini iki dövrə ayırmaq olar. Birinci dövr onun Geologiya və Geofizika institutuna  AEA Yer Elmləri Bölməsinə rəhbərliyi ilə, ikincisi isə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentliyi ilə bağlıdır.

Təşkilatçılığın Birinci dövrü. Akademik Akif Əlizadənin Geologiya və Geofizika İnstitutuna rəhbərliyi dövründə  institutun kollektivi geologiya elminin inkişafına, Azərbaycan ərazisinin geoloji quruluşunun öyrənilməsinə, neftli-qazlı əyalətlərin elmi əsaslandırılmasına və kəşfinə, neft-qaz ehtiyatının regional qiymətləndirilməsinə, respublikamızın mineral-xammal bazasının yaradılmasına, Yer qatlarında baş verən fiziki və təhlükəli geoloji proseslərin öyrənilməsinə mühüm töhfələr vermişdir. Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra beynəlxalq elmi əlaqələrin əhəmiyyətli dərəcədə genişlənməsi və yeni texnologiyalardan istifadə olunma imkanın yaranması ilə fundamental tədqiqatlarda yeni dövr başlamış və institut dünya geoloji elminə sürətli inteqrasiya etmişdir.  Bu proses 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi” ilə daha da intensiv şəkil almışdır. Dünyanın nəhəng neft şirkətləri ilə müştərək tədqiqatların aparılması, bu şirkətlərin elmi mərkəzlərinə səfərlər beynəlxalq əməkdaşlığın xarakterini və inkişaf tempini köklü sürətdə dəyişdirdi. “British Petroleum-Statoil”, “Exxon”, “Shell”, “Amoko”, “Mobil”. “Yunokal”, “Texaco”, “Philips”, “Total”, “Elf”, “Aqip” kimi nəhəng beynəlxalq neft şirkətləri ilə uzunmüddətli birgə işləri beynəlxalq elmi məkana sıçrayış adlandırmaq olar. Məhz bu dövrdə elmi tədqiqatlarla yanaşı Qərb cəmiyyətinin Azərbaycanın elmi, mədəniyyəti və təbii ehtiyatları ilə tanış edilməsi üzrə səy göstərildi. Bununla əlaqədar olaraq Geologiya və Geofizika İnstitutu və dünya şöhrətli “Britaniyanın təbiət tarixi muzeyi” ilə birgə BP şirkətinin sponsorluğu ilə təşkil olunmuş “Müqəddəs odlar ölkəsi” adlı sərginin əhəmiyyətini qiymətləndirməmək olmaz. Eksponatları Azərbaycan təbiəti, tarixi, mədəniyyəti və elmindən bəhs edən bu sərgiyə 2 il müddətində bütün dünyadan yüz minlərlə insan gəlmişdir. Qərb şirkətləri ilə aparılan birgə işlər Qərb universitetləri ilə müştərək tədris proqramlarının inkişafına da təkan vermişdir.

1998-ci ildən etibarən Geologiya və Geofizika İnstitutu “Soros”, “İntas”, NATO”, “CRDF”, Ukrayna Elm Fondu UNTS, ABŞ Elm Fondu NSF və başqa tanınmış fondların qrant layihələrində iştirak etmişdir. Geologiya və Geofizika İnstitutunun gələcək inkişafı ən yeni fundamental və texnoloji nailiyyətlərin tətbiqinə əsaslanmışdır. İnstitutun eksperimental bazası yeni geofiziki aparatura, rəqəmli telemetrik seysmik stansiyalar, presezion qravimetrlər, yüksək dəqiqliyi ilə seçilən GPS və digər geodezik cihazlarla yeniləşmişdir. Tanınmış BSİ-in spectorate (Böyük Britaniya) analitik firması ilə bağlanmış müqavilə əsasında İnstitutda qaz, neft və onların emal məhsullarının analizi ilə məşğul olan müasir geokimyəvi laboratoriya fəaliyyət göstərir.

Nazirlər Kabinetinin qərarı ilə AMEA Geologiya və Geofizika İnstitutunda müvafiq təşkilatların (AMEA, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirlikləri) iştirakı ilə Azərbaycanda əhalinin radon təhlükəsizliyi probleminin milli strategiyası hazırlanmış və yerinə yetirilmişdir.

Akademik A.Əlizadənin təşəbbüsü, müəllifliyi və redaktorlğu ilə Geologiya və Geofizika İnstitutunda dünya geologiya elmini zənginləşdirən monoqrafiya və xəritələr hazırlanmış və nəşr edilmişdir. Belə ki, rus dilində "Qeologiya Azerbaydjana" çoxcildliyi, üç cildli “Azərbaycanın Geologiyası”, Avropanın məşhur “Springer” nəşriyyatında çap edilən iki cildli “Geosciences of Azerbaijan”, Moskva “Nedra” nəsriyyatında çap edilən iki cildli “Produktivnaya tolha Azerbaydjana” monoqrafiyaları, azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş “Dünyanın palçıq vulkanları atlası”, rus dilində “Elm” nəşriyyatında çap edilmiş “Atlas rudnıx mestorojdeniy Azerbaydjana”, azərbaycanca və rusca “Azərbaycan mineralları” kimi əsərlər elm aləminə təqdim edilmişdir. O, “Stratigraphy and sedimentology of oil-gas basins” adlı beynəlxalq elmi jurnalın təsisçisi və baş redaktorudur.

Keçən əsrin 90-cı illərinin əvvəlində “keçmiş sovetin lazımsız qalığı olan Akademiyanı bağlamaq” çağırışlarının tez-rez səsləndiyi bir vaxtda Akif Əlizadə, qəti olaraq bu elm məbədini müdafiə etmək üçün ayağa qalxanların sırasında dayanmışdır. Dünya elminin inkişaf tendensiyasına əsaslanaraq o, başqalarını da inandırmağa çalışırdı: “Akademiyanı bağlamaq yox, onu tədricən təkamül yolu ilə - fundamental elmi tədqiqatlar  (FET) sistemini təşkil etmək, bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırmaqla dəyişdirmək lazımdır”. Bu fikir onun təşəbbüsü və fəal iştirakı ilə işlənib hazırlanmış Azərbaycan Respublikasında FET-nin təşkilinin ilk milli konsepsiyası layihəsində aydın  şəkildə ifadəsini tapmış (“Elm” qəzeti, № 11, 1992) və konsepsiyanın əsas aspektləri, o cümlədən elmi tədqiqatların maliyyələşdirilməsinin forma və müxanizmləri, elmi işçilərin sosial medafiə sistemi, elmi nailiyyətlərin tətbiqi və beynəlxalq elmi əməkdaşlıq müzakirə olunmuşdur. Onu da qeyd etmək maraqlıdır ki, alimin bir çox təklifləri, o cümlədən “Azərbaycana hansı Akademiya lazımdır?” (“Bakinskiy raboçiy» qəzeti, № 48, 2001) başlıqlı çox qiymətli məqaləsində söylədikləri sonralar ölkə elmi üçün konseptual mahiyyət daşıyan sənəddə - “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda (Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli, 255 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir) bu və ya digər formada öz əksini tapmışdır.

İkinci Dövr. Akademik Akif Əlizadənin AMEA-nın prezidenti seçilməsi ilə bu elmi müəssisə kadr islahatları, struktur dəyişikliklər və gənc elmi potensialın yenidən dəyərləndirilməsini özündə ehtiva edən islahatlarla müşahidə olunan yeni yüksəliş mərhələsinə qədəm qoyub. Bu istiqamətdə atılmış ilk addımlardan biri 19 dekabr 2014-cü ildə ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirliklərinin təşkilatçılığı ilə Azərbaycan alimlərinin I Qurultayının keçirilməsi olmuşdur.  Bu Qurultay müxtəlif sektorlarda çalışan alim və tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək və ümummilli əhəmiyyətə malik elmi problemlərin müzakirəsində ictimai konsensus əldə etmək baxımından böyük əhəmiyyət daşıyır.

Prezidentin Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında 8 noyabr 2016-cı il tarixli sərəncamı da bu dövr üçün əlamətdar hadisədir.

Akademik A.Əlizadənin təşəbbüsü ilə AMEA-da Magistraturanın yaradılması respublikada elmin prioritet istiqamətlərində gənc alimlərin yetişdirilməsində atılmış mühüm addımlardan biri olmuşdur. Akademiyada gənclərin dünya elminə inteqrasiyası sahəsində və onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlər görülüb. Son illər AMEA-nın 100-ə yaxın gənc alimi dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunmuşdur.

AMEA-nın, Təhsil və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycanın gənc alimlərinin birinci qurultayının  keçirilməsi mühüm tədbirlərdən biri olmuşdur.  Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan qurultayda gənc alim və mütəxəssislərin problemləri və gələcək perspektiv inkişaf istiqamətləri ilə bağlı geniş müzakirələr aparılıb və bəyannamə qəbul olunub. AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının  gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrinin nəşri və geniş elmi ictimaiyyətə çatdırılması ilə əlaqədar “Gənc Tədqiqatçı”  adlı elmi jurnalının  Azərbaycan və İngilis dillərində nəşrə başlaması da Akif müəllimin prezidendliyi dövründə baş tutub. Onun fəaliyyətində himayədarlıq və qayğıkeşlik mühüm yer tutur. A.Əlizadə öz təmkinli davranışı, ilk baxışda inandırıcı görünməyən ideyalara diqqətli münasibəti ilə gənc alimləri özünə cəlb etməyi bacarır. Bu səbəbdən onu “gənc alimlərin dostu” hesab edirlər.

Akademik Akif Əlizadənin AMEA-na rəhbərliyi dövründə Azərbaycan elminin dünya elminə inteqrasiyası sürətlənmiş, akademiya alimlərinin nüfuzlu impakt faktorlu jurnallarda çap etdirdikləri məqalələrin sayı artmış və AMEA-nın çox sayda elmi nəşrləri SCOPUS referat bazasına daxil edilmışdir.

İctimai fəaliyyəti...

Ölkənin siyasi həyatında da yaxından iştirak edən akademik Akif Əlizadə Yeni Azərbaycan Partiyasının 7 iyun 2013-cü il tarixində keçirilən V qurultayinda YAP-ın sədr müavini seçilib. Akademik Akif Əlizadə Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyəti sədrinin müavini və "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın redaksiya heyəti sədrinin müavinidir.

O, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının, Azərbaycan Elmində İslahataparma üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının və AR Dövlət Neft Şirkətinin Elm Fondunun üzvüdür.

Akademik Akif Əlizadənin çoxillik məhsuldar elmi, elmi təşkilati, ictimai və pedoqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən  yüksək qiymətləndirilib. O, “Fədakar əməyə görə” yubiley medalı; “Şərəf nişanı”, “Şöhrət”,  “Şərəf”, “İstiqlal” ordenləri ilə təltif olunub. Akademik Əlizadə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü və bir çox universitetlərin, o cümlədən təhsil aldığı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəxri professorudur.

Akif Əlizadə ölkənin ictimai həyatında bu gün də aktiv iştirak edir. Akademik AMEA-nın 2030-cu ilə qədər inkişaf proqramını hazırlanması işinə rəhbərliyi ilə Azərbaycan elminə yeni böyük töhfə vermişdir.

Doğma vətəninə və Azərbaycan elminin inkişafına öz bilik və bacarığını daha çox sərf etmək arzusu Akif Əlizadənin çox şaxəli fəaliyyətinin bu gündə əsas məqsədidir.

Görkəmli elm xadimi və böyük elm təşkilatçısı, AMEA-nın prezidenti, akademik Akif  Əlizadəni yubileyi münasibətilə təbrik edir, möhkəm cansağlığı, həyat və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Fəxrəddin QƏDİROV
AMEA Yer Elmləri Bölməsinin akademik katibi, akademik 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ