şənbə günü, 14 noyabr 2026
     

Qanunvericiliyimizdə yeni maraqlı qadağan – doğuşdan əvvəl cins açıqlanması hansı mexanizmlə qadağan olunacaq...

Image


Musa Quliyev: “Hesab edirəm ki, bu qanunun qəbulundan sonra valideynlər də buna cəhd etməyəcəklər”
Sevda Əliyeva: “… burada həkimin nə günahı var?”

 

Milli Məclisdə bir neçə ildir müzakirə olunan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin bu il yaz sessiyasında qəbul ediləcəyi gözlənir. Bu layihədə əksini tapan müddəalardan biri də valideynlərin uşaq doğulana kimi onun cinsiyyətini öyrənə bilməməsidir. Hələlik müzakirə mərhələsində olan qanuna bir çox insan etiraz edir. Bunun hansı mexanizm əsasında həyata keçiriləcəyi sual doğurur.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qanunun qəbulunun əsas məqsədi elə selektiv abortların qarşısını almaqdan ibarətdir: “Məlumdur ki, bu gün ölkədə yeni doğulan oğlan uşaqlarının sayında qızlarla müqayisədə elə ciddi fərq yoxdur. Hətta deyərdim ki, son illər qızların sayında artım da var. Bu müsbətə doğru dəyişim bizi də sevindirir. Bununla yanaşı, dölün cinsi əksər hallarda selektiv abortlarla nəticələnir. Bunun qarşısını almaq üçün “Reproduktiv sağlamlıq haqqında" qəbul olunacaq qanunda ultrasəs müayinə zamanı uşağın cinsinin açıqlanması qadağan olunacaq. Hesab edirəm ki, bu qanunun qəbulundan sonra valideynlər də buna cəhd etməyəcəklər”.

Millət vəkilinin sözlərinə görə, qanunun qəbulu uşağın cinsinin öyrənilməsində sui-istifadə hallarına da yol açmayacaq: “Belə olarsa, valideyn də, həkim də öz məsuliyyətini dərk edəcək. Bəllidir ki, hər bir qanun qəbul edildikdən sonra orada müəyyən olunmuş qadağalarla bağlı İnzibati Xətalar Məcəlləsinə də əlavələr olur. İnzibati Xətalar Məcəlləsində dölün cinsinin öyrənilməsi və deyilməsi bir inzibati xəta kimi qeyd ediləcək. Bundan sonra orada bu inzibati xətaya görə cərimə məbləği göstəriləcək. Qanunu pozan şəxs biləcək ki, dölün cinsini öyrənmək və deməklə onu nə qədər məbləğdə cərimə gözləyir. Biz demirik ki, bu qanun bu problemi tamamilə aradan qaldıracaq. Amma hər halda təsiri olacaq. UZİ müayinəsi zamanı  həkimlə ana ünsiyyətdə olsalar da, hər kəs öz məsuliyyətini anladığından, bu qanun pozuntusuna çox az hallarda yol verilə bilər: “Düzdür, bunu birmənalı şəkildə söyləmək olmaz. Amma düşünmürəm ki, həkimlər hansısa şirnikləndirici təklif qarşılığında bu qanunu pozmağa cəhd etsinlər. Çünki uşağın cinsinə görə abortun aparılmasına da qadağa tətbiq olunur”.

M.Quliyev onu da vurğuladı ki, qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsinə uyğun dəyişikliklər olacaq: "Yalnız bundan sonra cərimələr nəzərdə tutulacaq. Prezidentin sərəncamından sonra "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin bu ilin yaz sessiyasında, mart və aprel aylarında qüvvəyə minməsi gözlənir. Daha sonra isə bununla bağlı Səhiyyə Nazirliyinə tapşırıq veriləcək. Nazirlik tərəfindən qanunun işlənmə mexanizmi hazırlanacaq. Məsuliyyətə gəldikdə isə, qeyd edə bilərəm ki, bu qanunda yalnız "inzibati məsuliyyət və cinayət məsuliyyəti nəzərdə tutulur" bəndləri yazıla bilər. Məsuliyyətin nədən ibarət olmasını isə İnzibati Xətalar Məcəlləsi, yaxud da Cinayət Məcəlləsi müəyyənləşdirəcək".

Həkim-ginekoloq Sevda Əliyeva bizimlə söhbətində bildirdi ki, uşağın cinsiyyətinin təyini qanunla qadağan olunacaq. Bununla bağlı məsələ Milli Məclisdə müzakirə olunacaq: “Uşağın cinsiyyətinin deyilməsinin qadağan olunması bəzi suallar yaradır. Belə ki, hansı həkim valideynə uşağın cinsiyyətini deyərsə, o cərimələnəcək. Ancaq burada həkimin nə günahı var? Nəzərə almaq lazımdır ki, övladın cinsi həkim üçün deyil, onu dünyaya gətirməyi planlaşdıran valideynlər üçün maraqlı ola bilər. Həkim, sadəcə, valideynin, xəstənin istəyini həyata keçirir. Düzdür, elə ailə var ki, qız övladı istəmədiyi üçün, dölün ana bətnindəcə məhv olmasına razı olur. Bu kimi halların qarşısının alınmasının tərəfdarıyam. Valideyn qız övladının olmaması üçün dölün ana bətnindəcə məhv olmasına razılıq verərsə, o zaman bununla bağlı həkimlərlə yanaşı, aidiyyəti şəxslərin də üzərinə vəzifə düşür. Həkim valideyni abort fikrindən yayındırmalıdır, yox, əgər valideyn israr edərsə, o zaman bu iş hüquq-mühafizə orqanlarının üzərinə düşəcək. Ancaq onu da nəzərə almaq lazımdır ki, istənilməyən övladın dünyaya gəlməsi gələcəkdə çoxlu sayda problemin yaranmasına səbəb olacaq. O uşaq gələcəkdə ayrıseçkiliklə üzləşəcək, valideyn sevgisindən məhrum olacaq. Bu elə bir məsələdir ki, hər bir xırda detal nəzərə alınmalıdır”.

Həmsöhbətimizin sözlərinə görə, selektiv abortlar problemi dünyanın bütün ölkələrində müzakirə mövzusuna çevrilib. Sadəcə, bu məsələyə hüquqi yanaşma ilə bərabər ictimai qınaq da olmalıdır.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ