şənbə günü, 14 noyabr 2026
     

Qanunla qadağan – ancaq süni mayalanmanın reklamı hələ davam edir…

Image


“Baku Medical Plaza” - İlnura Cabbarlı: “Süni mayalanmanın bizim klinikada həyata keçirilməsi ilə bağlı telekanallarda reklam xarakterli materiallar yayılır”
Mərkəzi Kliniki Xəstəxana - Asif Məmmədov: “Klinikada süni mayalanma əməliyyatı həyata keçirilsə də, bunun reklamı mediada aparılmır”
Hacıəmi Atakişiyev: “… buna hansı qurumun nəzarət edəcəyi bəlli deyil”
Azər Həsrət: “Süni mayalanma əməliyyatının reklamının dayandırılması ilə bağlı qanun çərçivəsində müəyyən tədbirlər görülməlidir”
Pərvanə Mustafayeva: “… telekanallar bu əməliyyatın hansı xəstəxanada həyata keçirilməsi ilə bağlı məlumat yayırlar”

 

Dünyanın ciddi problemlərindən birinə çevrilən sonsuzluq ölkəmizdə də ciddi rəqəm göstəricisi ilə geniş yayılıb. İlk baxışda qulağa xoş gəlməyən bu ifadə günümüzün reallığıdır. Təəssüf ki, həyat bəzən bir-birini sevən cütlüyü övlad problemi ilə sınağa çəkir. Bəzən bir neçə il bu çatışmazlığa dözüb, cütlük ayrılmır. Bəzən də bu mümkün olmur, ayrılmaq qərarına gəlirlər.

Övladı olmayan ailələrin bir qismi arzusuna çatmaq üçün süni mayalanmaya müraciət edir. Təbii yolla valideyn ola bilməyənlərin süni yolla övlad sahibi olması artıq mümkündür. Bu, tibb sahəsində süni mayalanma adlanır. Azərbaycanda süni mayalanma prosesi qanunla qadağan olunmasa da, süni mayalanmanın kütləvi informasiya vasitələri və digər vasitələrlə reklamı rəsmən qadağandır.

Xatırladaq ki, 2017-ci ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin “Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna etdiyi əlavələri təsdiq edib. Qanuna əsasən, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Bu məsələ ictimaiyyətdə xeyli müzakirələrə səbəb olub. Bir çoxları düşünürdü ki, bu qanunla süni mayalanma qadağan olunur. Əslində isə süni mayalanma deyil, onunla bağlı tibbi xidmətlərin reklamı qadağan olunub. Ancaq bu gün kütləvi informasiya vasitələrində, xüsusilə də telekanallarda hansısa klinakada süni mayalanmanın həyata keçirilməsi ilə bağlı xidmətlər reklam olunur.

Məlumat üçün bildirək ki, süni mayalanma ilk dəfə 1978-ci ildə Böyük Britaniyada baş tutub. Təxminən 10 ildən çoxdur ölkəmizdə də bu cür metod tətbiq olunur və minlərlə uşaq sözügedən üsulla dünyaya gəlib.

Övlad həsrətilə yaşayan ailələrin süni mayalanma yolu ilə uşaq sahibi olması yaxşıdır. Ancaq bunun reklamı qanunla qadağandır. Süni mayalanmanın reklamının qanunla qadağan olunmasına baxmayaraq, bu gün əksər telekanalda və ya yazılı mediada hansısa klinikada süni mayalanma prosesinin həyata keçirilməsi haqqında materialın yayılmasının şahidi oluruq. Bu hal əsasən da telekanallarda müşahidə olunur.

Bu məsələ ilə bağlı klinakalarla əlaqə saxladıq.

“Baku Medical Plaza”nın həkimi İlnura Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, çalışdığı klinikada süni mayalanma həyata keçirilir: “Bu proses bizim klinikada uğurla yekunlaşır. Təbii ki, görülən işlərin reklamı KİV-də yayımlanır. Süni mayalanmanın bizim klinikada həyata keçirilməsi ilə bağlı telekanallarda reklam xarakterli materiallar yayılır”.

Mərkəzi Kliniki Xəstəxananın nümayəndəsi Asif Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, çalışdığı tibb müəssisəsində süni mayalanma əməliyyatı keçirilir. Lakin bu əməliyyatın reklamı yazılı və şifahi mediada aparılmır: “Çünki süni mayalanma və abortun reklamının qadağan olunması ilə bağlı qanun var. Biz bu qanundan xəbərdarıq. Bu səbəbdən də süni mayalanma ilə bağlı KİV-də reklam xarekterli material yayımlanmır”.

Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, süni mayalanma və hamiləliyin süni yolla pozulmasını tənzimləyən qanun qəbul olunsa da, buna hansı qurumun nəzarət edəcəyi bəlli deyil: “Adətən bu kimi məsələlərə nəzarət Nazirlər Kabinetinə tapşırılır. Ancaq qanunda bu məsələ qeyd olunmadığı üçün, nəzarət mexanizmi yoxdur”.

Media eksperti Azər Həsrət bizimlə söhbətində bildirdi ki, süni mayalanma və digər proseslərin reklamı qanunla qadağan olunubsa, media buna əməl etməlidir: “Reklam işlərinə nəzarət edən dövlət qurumları, eləcə də televiziya və radio yayımına nəzarət edən aidiyyəti orqanlar bu məsələni telekanal rəhbərlərinin nəzərinə çatdırmalıdırlar. Qanun çərçivəsində müəyyən tədbirlər görülməlidir. Ancaq müşahidələrim əsasında deyə bilərəm ki, ötən müddət ərzində bu məsələ ilə bağlı hər hansı bir iş görülməyib. Hətta adi xəbərdarlıq belə olunmayıb”.

Həmsöhbətimiz hesab edir ki, qanunun icrasına nəzarət edəcək qurumlar öz işlərinə məsuliyyətsiz yanaşdığı üçün bu kimi hallar var. İlk olaraq, həmin qurumlarla, daha sonra reklamı qadağan olunan məhsulların piarı ilə məşğul olan telekanallarla bağlı tədbirlər həyata keçirilməlidir.

Ginekoloq-həkim Pərvanə Mustafayeva bizimlə söhbətində qeyd etdi ki, bu gün bəzi klinikalarda süni mayalanma əməliyyatı həyata keçirilir: “Əməliyyatın hansı xəstəxanada həyata keçirilməsi ilə bağlı insanlar adətən televiziya kanalları vasitəsilə məlumat əldə edirlər. Düzdür, süni mayalanmanın reklamı qanunla qadağan olunsa da, telekanallar bu əməliyyatın hansı xəstəxanada həyata keçirilməsi ilə bağlı məlumat yayırlar. Bu metodun reklamının qadağan olunmasının mən də tərəfdarıyam. Hətta abortun da reklamının qadağası ilə razıyam. Lakin inzibati qadağalarla bunun qarşısını almaq mümkün deyil. Çünki, ilk növbədə, bu məsələdə insanın düşüncəsi dəyişməlidir”.  

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ