şənbə günü, 14 noyabr 2026
     

Hər yerindən qalxan Cavad xan heykəli düzəltsə…

Image


“Yaxın zamanlarda Gəncədə Cavad xanın adına və xidmətlərinə layiq əzəmətli bir heykəl qoyulacaq”

Azərbaycan tarixinin görkəmli, qürur duyulası şəxsiyyətlərindən biri də Cavad xandır. Cavad xanın hakimiyyəti 1786-1804-cü illəri əhatə edir. Tarixi mənbələrdə bu dövrün necə qarışıq və mürəkkəb bir zaman olduğundan geniş bəhs olunub. XVIII əsrin axırlarında Rusiya artıq Qafqaza ayaq açmışdı. Nəhəng imperiyaların maraqlarının toqquşduğu bölgə təlatümlü günlər yaşayırdı. Azərbaycanın digər xanları kimi, Cavad xanın da əsas qayğısı xanlığın müstəqilliyini və öz hakimiyyətini nəyin bahasına olursa-olsun qoruyub saxlamaq idi. O, bir tərəfdən gürcü çarı İrakli ilə vuruşur, Ağa Məhəmməd şah Qacarın qəzəbindən yayınmaq üçün diplomatik gedişlər edir, digər tərəfdən qonşu xanlarla aralarındakı ixtilaflara son qoyub anti-Rusiya koalisiyası yaratmağa və bu ittifaqa hətta Dağıstan əmirlərini də qoşmağa çalışırdı. Şimaldan gələn təhlükə isə addım-addım yaxınlaşmaqda idi... 1803-cü ilin payızında ruslar Tiflisdən Gəncəyə doğru hərəkətə keçir. Şəhərin yaxınlığında dayanan Sisianov Cavad xana məktub yazaraq ultimatum verir ki şəhəri təslim etsin. Cavad xan cavabında bildirir ki, təslim olmaq fikrində deyil və Gəncəni son nəfəsinədək müdafiə edəcək. Sisianovun və Cavad xanın qoşunları Gəncənin yaxınlığında, Quru Qobu adlanan yerdə üz-üzə gəlir. Düşmən həm silah-sursat, həm də sayca qat-qat üstün idi. Bu səbəbdən ağır itkilər verən gəncəlilər geri çəkilərək, qala darvazalarını bağlayırlar. Onları təqib eləyən ruslar Gəncə qalasını mühasirəyə alır. Sisianov bir-birinin ardınca ultimatumlar göndərib Cavad xandan qalanı təhvil verməsini tələb edir. Xan hər dəfə ona birmənalı cavab verir: “sən Gəncəyə yalnız mənim meyitimin üstündən keçib girə bilərsən!” Cavad xanı fikrindən döndərə bilməyəcəyini görən Sisianov uzun sürən mühasirəni dayandırıb Gəncəni silah gücünə almaq qərarına gəlir. 1804-cü il yanvarın 3-də rusların qala üzərinə şiddətli hücumu başlayır. Onların qala divarlarını asma nərdivanlarla aşmaq cəhdi baş tutmasa da, hücumların ardı-arası kəsilmir. Gəncənin müdafiəsində dayananların mərdliklə müqavimət göstərmələrinə baxmayaraq, Sisianovun qoşunu qalanın əsas qüllələrini ələ keçirir. Cavad xan döyüşü qala divarları üzərində də davam etdirir. Qeyri-bərabər döyüş uzun çəkmir. Yanvarın 3-dən 4-nə keçən gecə saat dörd radələrində Cavad xan və oğlu Hüseynqulu döyüş meydanında qəhrəmancasına həlak olur...

Cavad xanı digər xanlardan fərqləndirən də bu idi: azadlıqsevərliyi və işğalçılara boyun əyməməsi. Cavad xan Gəncədə məşhur Cümə məscidində dəfn olunur. 1962-ci ildə məscidin yaxınlığındakı meydanın rekonstruksiyası adı altında onun məzarı dağıdılır. Lakin vətənpərvər insanlar xanın cəsədinin qalıqlarını gizlədib saxlamağa müvəffəq olurlar. Azadlıq küləkləri yenidən əsməyə başlayanda - 1990-cı ildə onu əvvəlki yerində dəfn edirlər. Xalq öz qəhrəman oğullarını heç vaxt unutmur. Onlardan biri olan Cavad xanın xatirəsi layiqincə əbədiləşdirilib. Heydər Əliyev Fondu tərəfindən Gəncə Cümə məscidinin həyətində Cavad xanın türbəsi ucaldılıb. Gəncədə və Bakıda onun adına küçə var. Ancaq maraqlıdır ki, Gəncə şəhərində olduğumuz zaman Cavad xanın adını daşıyan küçədə onun əzəməti və qüdrəti ilə uzlaşmayan bir mənzərənin şahidi olduq. Qəhrəmanın adını daşıyan küçənin lap başlanğıcında “Kolorit” adlanan restoranın düz qabağında Cavad xana aid olduğu deyilən bir “heykəl” qoyulub.

Düzü, nə qədər çalışsaq da, həmin heykəlin görünüşü ilə Cavad xanın şəxsiyyəti, əzəməti arasında bir əlaqə tapa bilmədik. “Heykəlin” balacalığı və Cavad xanın barmağı ilə nəyəsə işarə etməsi mənzərəsi ciddi sual doğurur: görəsən bunu kim edib? Maraqlandıqda, sakinlər dedilər ki, həmin heykəli hansısa sahibkar öz vəsaiti hesabına düzəltdirib. Əslində, sıradan sahibkarın belə bir niyyəti alqışlanmalıdır. Ola bilsin ki, həmin adam Cavad xana olan sonsuz sevgisini ifadə etmək istəyib. Ancaq biz bu cür məsələlərdə olduqca həssaslıq nümayiş etdirməlik. Unutmamalıyıq ki, şəhərlərimizə bizdən başqa da adamlar gəlir. Xüsusilə də çoxsaylı turistlər bu cür heykəllərlə dərindən maraqlanır, onlarla şəkil çəkdirməyə üstünlük verirlər. Belə olan halda, Cavadxanın əzəməti ilə tərs mütənasib olan heykəlin fonunda biz onun şəxsiyyətini əcnəbilərə lazımınca çatdıra bilirikmi? Təbii ki, yox. Hesab edirik ki, bu məsələyə məsul olan əlaqədar dövlət qurumları və xüsusilə də Gəncə Şəhər İcra Hakimiyyəti Cavadxan küçəsindəki təəccüb doğuran heykəl müəmmasına mütləq mənada aydınlıq gətirməlidir.

Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz Xalq artisti, tarixi şəxsiyyətin ekran versiyasını yüksək səviyyədə canlandırmış Nürəddin Mehdixanlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin heykəl barədə məlumatı yoxdur:“Hazırda Cavad xanın adını daşıyan küçənin keçmiş adı Sabir olub. Həmin küçədən uzaq olmayan məsafədə Cavad xanın məqbərəsi yerləşir. Bilmirəm nə heykəldi, kim qoyub. Hesab edirəm, bu cür məsələlərə şəhər icra hakimiyyəti ciddi nəzarət etməlidir. Kimsə özfəaliyyət edibsə, bu yolverilməzdi. Hesab edirəm ki, yaxın zamanlarda Gəcədə Cavad xanın adına və xidmətlərinə layiq əzəmətli bir heykəl qoyulacaq. Düşünrəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq. Çünki Gəncə və Cavad xan adları bir-biri ilə sıx bağlıdı. Hər kəs ağlına gələn tərzdə tarixi şəxsiyyətlərə heykəl qoya bilməz. Bəlkə də kimsə Cavad xana olan sevgisini bu şəkildə izhar etmək istəyib, amma bilməlidirlər ki, həmin xan sıradan biri deyil. Cavad xanın Azərbaycanın tarixində özünəməxsus yeri var. O, torpağı və Vətəni uğrunda özünü və övladını şəhid verən böyük bir Milli Qəhrəmanımızdı. Buna görə də, kimsə həmin şəxsiyyətlə bağlı istədiyi kimi addım ata bilməz”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ