şənbə günü, 14 noyabr 2026
     

GÖZLƏR YOLDAN YIĞILARMI...

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə Kitabı" Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz" seriyasından yeni bioqrafik sənədli povestin çapına başlayır. Xatırladaq ki, bundan öncə yenə həmin birgə layihə çərçivəsində "Gözlə gələcəyəm" adlı kitab uğurla yekunlaşdırılaraq təqdim edilib. Son illərdə bütün təbiətinin ecazkar koloriti, insanlarının yüksək bəşəri keyfiyyətləri ilə mənə doğmalaşan İsmayıllıyadır yolum yenə. Bu dəfə bu yurdun itkin-şəhidinin axtarışına çıxmışam. Respublika "Xatirə Kitabı"nın redaksiyası və "Bakı-Xəbər" qəzetinin birgə layihəsi əsasında baş redaktor Nəzakət xanım Məmmədovanın bir qədər kövrək, bir qədər duyğusal təklifindən qaynaqlanır bu səfərim. Qarşıda məni və oxucuları hansı yaşantılar gözləyir?!.. Tələsməyin. Sizi bir Vətən övladının kitab-dəftərə sığmayacaq taleyinin bəzi epizodları ilə tanış edəcəyəm. İtkin-şəhid Xəqani Eyvaz oğlu Əkbərovla ilgili, onlu-onsuz tale yolu, axtarışları ilə...

 

Xəqani: “Allah bilir, 3-5 gündən sonra bizlərdən kim dünyada qalacaq, hansımızın başına nə gələcək?!..”

(Onuncu yazı)

“Butulkadan çıxan yazı kapitanın uzaq Avstraliyanın cənub sərhədləri istiqamətində saxlandığını təxmin etməyə əsas verirdi”.

Jül Vern “Kapitan Qrantın uşaqları” 

Xəqaninin itkin taleyini araşdımaq istəyərkən indiyədək oxuduğum bir sıra ədəbiyyatlarda, xüsusilə klassik Qərb ədəbiyyatı nümunələrində analoji hallara münasibətləri çözməli oluram. Bax, elə indicə iqtibas etdiyim məşhur “Kapitan Qrantın uşaqları” haqqında məlumatlı olanlar bilirlər ki, bu və buna bənzər hər bir əsərdə, eləcə də tamamilə real axtarışlarda mütləq müəyyən ipucları olur və ya əlahəzrət zərurəti qəflətən ortaya çıxaran təsadüflərə rast gəlinir. Qəribədir ki, bircə Əhməd adlı əsirin dumanlı şəkildə dediklərindən savayı Xəqani haqqında hec bir məlumat sızdırılmayıbdoğmalarına və ictimaiyyətə. Vaxtilə şair Süleyman Rüstəmin qələmə aldığı “Ana və poçtalyon” şeirindəki bir frazada deyilmiş fikir burada tam mənasilə yerinə düşür:

- Ana sordu oğlunu hər cəbhədən gələndən,

Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən.

Xəqani heç vaxt belə bədbin olmurdu

Kəşfiyyat batalyonunun üç üzvünü görüşdürürəm 25 il sonra: Qasım, Cəmaləddin, Vahid.

Əvvəlcə Qasım və Cəmaləddinlə keçmiş döyüş yoldaşları Hüseynin yas mərasimində bir araya gəldik. Hüseynin bizimlə Xəqani barədə danışmaq istəməsi, lakin xəstələnməsi və dünyasını dəyişməsi səbəbindən bu görüşün baş tutmamasından sizləri məlumatlandırmışam. Əslən İrəvanlı olan Hüseyn məhz erməni dilini bildiyindən kəşfiyyat batalyonuna götürülübmüş. Yəni, bu batalyon üçün Hüseyn el dilində desək “göydəndüşmə”, son dərəcə vacib, əvəzolunmaz bir əsgər imiş. Üstəlik, onun yaxşı fotoqraflığı da varmış deyirlər. İndi yazılar boyu əlimizdən tutan, Xəqaninin və döyüş yoldaşlarının əks olunduğu fotoların müəllifi də Hüseyn imiş, batalyonun əsgərlərini dəfələrlə ermənilərlə dil təmaslarına girməklə ölümdən xilas edən də. Çox təəssüf ki, onunla görüşümüzə əcəl aman vermədi. Neyləmək olar?! Bu da Xəqani taleyinin qətiyyən rəvan olmayan, hətta son dərəcə mübhəm qalmasının acı nəticələrindən biri oldu məndən ötrü. Məkanı cənnət olsun neçə-neçə əsgərimizi düşmən caynağından xilas etmiş Hüseynin!

Xəqaninin döyüş yoldaşı Cəmaləddin Allahverdiyevlə aramızda kiçik bir dialoq baş tutdu. O, söhbətimizə qırıq-qırıq dilə gətirə bildiyi xatirələrlə başladı:

- İndi dəqiq xatırlamıram. Amma məncə Xəqaniylə elə onun itkin düşdüyü döyüşə qədər birlikdə vuruşmuşuq, yoldaşlıq eləmişik.

- Bu yoldaşlığınızın ömrü təxminən nə qədər çəkib?

- İki aya qədər olmuşuq bir yerdə - “razvedbatalyon” deyirdilər, kəşfiyyat batalyonunda.

- Siz də Qala qəsəbəsindən bir yerdə getmişdiz onunla?

- Bəli. Hamımız bir yerdə getmişdik.

- Ən çox nə yadınızda qalıb Xəqanidən? Hansısa bir epizod, söhbət və ya döyüş, kəşfiyyat anlarından...

- Çox belə anlar var. Ancaq bilmirəm onun yoxa çıxması ilə bağlıdı, ya nədisə xəyalən Xəqaninin əsl həqiqətə çevrilmiş bir fikrini daim xatırlayıram həmin günlərə dönəndə. Deməli, bütün döyüşçülər dövrə vurub “solyarka peçi”nin (neft məhsulları ilə işləyən soba – N.Z.) ətrafında oturmuşduq. Həm dincəlirdik, həm də qızınırdıq. Xəqani isə heç vaxt özündən böyüklərin sözünü kəsməz, öz yerini bilərdi, buna görə də hamımızın hörmətini qazanmışdı. Amma ürəyinə necə gəldisə, birdən qayıdıb dedi ki, indi burda belə mehriban, deyə-gülə oturmuşuq, amma Allah bilir, 3-5 gündən sonra bizlərdən kim dünyada qalacaq, hansımızın başına nə gələcək?!.. İnanırsınız ki, bu sözlərdən birdən çaşdıraram, ya üç, ya da beş gün sonra həmin döyüş baş verdi, Xəqani Fərhadla birlikdə itkin düşdü. Nəinki itkin düşdülər, bəlkə itkinin də, meyiti düşmən əlində qalmış şəhidin də bir sorağını almaq olur, onlar elə bil bir iynə kimi yoxa çıxdılar. Onun həmin sözlərini onda da xatırlamışdım, indiyə kimi də yaddaşımdan silinmir o sözlər. Hətta bu sözləri söyləyərkən onun çöhrəsində yaranan bədbinlik ovqatını da unuda bilmirəm. Bilirsiniz həm də niyə? Xəqani heç vaxt belə bədbin olmurdu. Əksinə çalışırdı ki, əhval-ruhiyyəmiz daim müsbətə köklənsin. Buna nail olmaq üçün daim xoş sözlərlə kefimizi açmağa çalışırdı. Amma həyatın işinə baxın. 25 il ötüb o gündən, o sözlərdən. İndi də bilmirik ki, onlar ölüblər, ya qalırlar. Ölüblərsə Allah rəhmət eləsin, sağdırlarsa yenə Allah qorusun!

- Bir yoldaş kimi necə xatırlayırsınız Xəqanini?

- Düşünmədən deyirəm, əvvəla qorxmaz, qoçaq bir əsgər, həmçinin çox tərbiyəli, qanacaqlı, öz yerini bilən bir azərbaycanlı kimi. Döyüş bölgəsində olmağımıza, əksərən yorğun olmağına baxmayaraq Xəqani özündən yaşca böyük heç kəsin o çətin şəraitimizdə belə ayaq üstə qalmasına razı olmazdı, mütləq ayağa qalxıb ona yer verərdi. Yəni, bunu ona görə deyirəm ki, hamı bilsin biz onu bugünkü öldüsü-qaldısı bilinməyən taleyinə görə yox, milli-mənəvi dəyərlərimizə hörmət bəsləyən bir azərbaycanlı oğulu olduğuna görə belə sayğı ilə anırıq. Yəni, o az müddətdə Xəqani bu hörməti qazanıb hamımızın gözündə özünü ucalda bilmişdi. O ehtiram indi də qəlbimizdə yaşadır Xəqanini. Tez-tez yadıma düşür. Amma gücüm nəyə çatır?!.. heyfsilənməkdən başqa...

- O çətin günlər yəqin sizi daha sıx bağlayıbmış, doğmalaşdırıbmış bir-birinizə...

- Hə. Çətin gün həm adamı sıxır, ancaq həm də çox bağlayır bir-birinə. Üstəlik də səmimiyyət olanda insan bir-birinə daha çox isinişir. Bizdə də belə olmuşdu.

- Xəqani itkin düşdüyü son döyüşə gedəndə qolu sarıqlı olub, bu yadınızdadı? Hətta əynindəki maykasını cırıb qolunu sarıyıbmış deyilənlərə görə...

- (xeyli fikirləşir). Bəlkə də olub. Onu yadıma sala bilmirəm. Bir də bilirsiz, o şəraitdə əgər ciddi nəsə yara-filan yox idisə, belə şeylər o qədər də diqqətimizi cəlb etmirdi. Yəni, döyüş şəraitində hamımız adi yanaşırdıq belə şeylərə, hətta yüngül yaralanmalara da.

- Bilirsiniz, bunu təsadüfən soruşmuram. 1995-ci ildə əsirlikdən qayıdan Əhməd adlı əsir belə bir adamla Xankəndində görüşdüyünü deyib. Qəribə burasıdır ki, həmin adamın qolu yenə də sarıqlı olub... Əgər bu həqiqətən də Xəqanidirsə və qolundakı sarıq da həmin yaranın fəsadıdırsa, onda bu heç də qeyri-ciddi yara sayıla bilməz. Hər halda, bütün bunları ehtimal kimi qəbul etmək məcburiyyətindəyik...

- Vallah, onu dəqiq xatırlaya bilmirəm.

Söhbətimizin axarında Fərhadla Xəqaninin itkin düşdüyü zaman onların yanında olan, indi adını heç kimin xatırlamadığı ağdamlı oğlan barədə də soruşdum. Cəmaləddin də ağdamlı kimi yaddaşlarda qalan o üçüncü şəxsin adını bilmədiyini söylədi. O da Qasımın dediyini təsdiqləyərək həmin oğlanın əksəriyyəti öldürülüb dağıdılan I batalyondan kəşfiyyat batalyonuna yenicə gəldiyini dedi. Bu zaman söhbətimizə müdaxilə edən Qasım o vədə ixtisasca müəllim olan başqa bir Ağdamlının təklülə tüfənglə gəlib onlara qoşulduğunu və bələdçilik etdiyini də dilə gətirdi:

- Belə bir fədakar adamın da adını indi heç xatırlaya bilmirik. Səbəbi bu adamlarla çox qarışıq vaxtda rastlaşmağımızdır. Bir də cəbhədə elə yarızarafat-yarıgerçək hərəni bir “kliçka” ilə çağırırdıq. Birini doğulduqları bölgələrə uyğun “ağdamlı”, birini “ləzgi”, bax, bu yeznəm Cəmaləddini Gədəbəydən olduğuna görə “ayrım” və sairə deyə çağırırdıq. O dediyiniz ağdamlı da pis oğlan deyildi. İndi, vallah dediyinə görə Xəqanigil o çağırışa gedəndən sonra o əvvəlcə içəri getməyin əleyhinə çıxmışdı, özünü çağıranda isə qəbristanlığa girib qəbirlərin arası ilə qaçıb gəlmişdi. Arxasınca da ki, güllə atıldığını söylədi.

Cəmaləddin:

- Biz öz batalyonumuzun uşaqların yaxşı tanıyırdıq. Çünki on səkkimiz də bir yerdə getmişdik, məktəbdə də bir yerdə yatıb-dururduq, yeyib-içirdik, məşq edirdik.

- Xəqaninin nişanlanmasını qeyd edib birlikdə yeyib-içmisiz. Səhv eləmirəmsə, şəkil də var o qonaqlıqdan...

- Hə, hə. Yadıma düşür o yeyib-içib keflənməyimiz. Başladıq zarafatlaşmağa, güləşməyə. Zelenko da gəldi, soruşdu “çto delaete?”, cavab verdik ki, guya “treniruyem, c armyanami kak budem borotsya”.

- Əslində yeyib-içirdiniz...

- Hə, əslində onun nişanlanmasını qeyd eləyirdik.

Söhbətimiz zamanı Qasım döyüşdə ayağından bərk yaralanmasından, qospitala götürülməsindən, 1941-ci il müharibəsindən qalmış tankı onlara verməklərindən və “beş güllədən artıq atsanız lüləsi şişəcək” deyə xəbərdarlıq olunmasından, guya güllə ardınca getmək bəhanəsi ilə aradan çıxıb geriyə qaçmaq isəyən iki BTR-i saxlamaqlarından, onlardan birinin sürücüsünü ayağından özünün güllələməsindən və bir çox epizodlardan söz açdı. Nəhayət, başsağlığı verərək Hüseynin yas mərasimini tərk edib Xəqaninin digər döyüş yoldaşı, qeydlərimdən xatırlayırsınızsa agent xaxolu vurub əsgərlərin ayağının altına yıxan Vahid Hüseynovu axtarmağa yollandıq.

Yaddaşı korşalmış, qüruru yerində Azərbaycan əsgəri

...Sabunçu qəsəbəsinin 25 il əvvəlki məhəlləsi. Qasım buranı yaxşı yadında saxlayıb. Əsl kəşfiyyatçı kimi. Sabunçu məscidinin yanından azca ötüb sağa buruluruq. Görən kimdən soruşaq?! Vahid sağdımı?! Birdən sağ olmaz!.. İlahi, kaş qarşımıza ailəsindən, doğmalarından kənar adam, amma onu tanıyan birisi çıxaydı. Hiss-həyəcan keçmiş döyüşçüləri tərk etmir. Qasım maşını həyətə sürməyə ürək eləmədi. Bizi küçədə saxlayıb özü ümumi həyətdəki evlər olan yerə getdi. Az keçmədi qayıtdı. Üzünün nisbətən təbəssümlü cizgilərindən Vahidi tapdığını zənn etdik. Yaxınlaşanda döyüşçü yoldaşının sağ-salamat olduğuna görə rənginin durulduğu aydınlaşdı. Vahidinsə məscidə namaz qılmağa getdiyini demişdilər ona. Vahidi görə biləcəyinə uşaq kimi sevinirdi Qasım. Elə Cəmaləddin də...

...Çox keçmədən Vahidlə üz-üzəyik. Saqqallı bir yaşlı kişi. Bizim təbirimizcə məşhur döyüşçü. Cəmaləddin deyir ki, Vahidin gücü yetməyəcək nə isə olmayıb o zamanlar. Elə Qasım da onun qüvvətinə güvənib agent xaxolu vurub yıxmağı ona həvalə edibmiş. Vahidə də ləqəb qoyubmuşlar: “Vaqon”. Güc-qüvvətinə görə təbii. Onların 25 il öncə döyüş bölgəsində çəkdirdikləri fotoları ilə indiki fotodakı əkslərini müqayisə edəndə ortadakı zaman keçiminin fərqini daha yaxşı anlamaq mümkün olur. Əfsuslar olsun ki, indiki fotoda obyektivə baxıb gülümsəyən bizim qəhrəmanımız Xəqani yoxdu... ayrılıqlar da fərqliymiş, deməli. Mərhum yazıçımız Əlibala Hacızadə demişkən:

- Ayrılıq var sonu şirin vüsaldı,

Ayrılıq var sonu yoxmuş, ay aman!..

Doğrudan eyni təbəddülatları yaşamasına baxmayaraq, talelər fərqli, qəribə imiş dünyamızda. İllərin arxasından arayıb tapdığımız bu qəhrəman oğullarımızdan kimisi bizə tarixi danışır, kimisi isə susur... onun haqqındasa... tarix özü danışır. Keçmiş döyüş yoldaşları – indiki bu yaşlı soydaşlarımızın qucaqlaşıb-öpüşmə anlarını kaş siz də mənim kimi görə biləydiniz. Döyüşçülərimizin bir araya gəlməsinin ən başlıca səbəbkarı şübhəsiz ki, yenə də Xəqani idi. Özü iştirak etmədən sanki o gülərüzlü, mehriban çöhrəsi ilə bir kənardan gizlicə seyr edirdi bu heyrətamiz məqamları. Yenə də öz yerini, növbəsini gözləyib, mərifətini nümayiş etdirərək susmaqla...

...İllər, qayğılar öz sözünü deyib, izsiz ötüşməyib sabiq döyüşçü Vahid Hüseynovun həyatında. Hələ döyüşdə beyin zədəsi - kontuziya alan Vahid tərxis olunduqdan sonra sağlamlığının bir hissəsini də, gənclik şuxluğunu da itirib. Amma qüruru yerindədi ahıllaşan Azərbaycan əsgərinin. Hətta korşalan yaddaşı da canında-qanında gəzdirdiyi bir qədər emosional, bir qədər əsgərsayağı davranış və məğrurluğunu arxa plana keçirə bilməyib. Bizi təkidlə evinə dəvət edir. Qarabağ savaşına könüllü getməsinin səbəbini isə yaxşı xatırlayır: “dedim atam Böyük Vətən müharibəsində vuruşub, mən də gedib Qarabağda vuruşmalıyam”.

...Xəqanini soruşuram Vahiddən. Fikrə gedir. Çox çətinə düşür. Qasım onun yaddaşını oyatmaq üçün başlarına gələn bir sıra epizodları sadalayır. O isə bu epizodlardan çox az qismini xatırlaya bilir. Onlardan biri Vahidin yaralıları paytaxta daşımaq üçün Yevlax-Bakı təyyarə reysini uçuşa məcbur etməsidir. Məqamdan yararlanıb tez soruşuram:

- O günləri yadınıza sala bilirsiniz? Döyüş yoldaşlarınızı xatırlayırsız? Qasımı tanıdınız görəndə?

- Yox, əvvəl tanıya bilmədim.

- Neçə ildi görüşməmisiz?

- Vallah, dəqiq deyə bilmirəm.

- 18 nəfər olmusuz...

- Hə, 18 nəfər olmuşuq kəşfiyyat rotasında. Amma ümumi Sabunçu batalyonu çox idi.

- Bilirsiniz, Xəqani haqqında soruşmağa gəlmişik. Döyüş yoldaşınız, itkin düşmüş Xəqani haqqında.

- Hə. Mirpaşa dediyimiz Fərhadla itkin düşdülər. Xəqani cavan idi. Qardaşı da gəlmişdi yanına. Çox qaranlıq xatırlayıram. Bakıda zavodda işləyən qardaşı vardı. Yaxşı, sakit uşaq idi. Sağ qalıbsa, Allah köməyi olsun.

Qasım yenə xatırlatma verməli olur:

- Sonuncu döyüşdə mən sizin hamınıza dedim ki, gedin komandir Volodya Zelenkonu qoruyun. Həm də rabitəsi itmiş yerlərə iki-iki getməklə məlumatları çatdırın. Siz getdiniz. Mən geriyə qayıdanda gördüm Xəqani, Mirpaşa, bir də ağdamlı deyirdilər ha, balacaboy oğlan idi, onlar təpənin yanında oturublar, sizinlə getməyiblər. Dedim siz niyə burda oturubsunuz, hamı Zelenkonun yanındadı. Bunlar da durub getdilər. Ancaq Mirpaşa onları hamının getdiyi yolla yox, aşpazlar olan tərəfdən aparıb. Burda ermənilər var imiş. Nə baş veribsə, həmin ərazidə onlar da yoxa çıxmışdı, hətta aşpazlardan da birini ermənilər əsir aparmışdılar. Xatırlayırsanmı, Xəqani həmişə şinel geyinirdi?

Vahid tez dillənir:

- Hə, qayışı (kəmər) da sovet əsgəri sayağı bərk-bərk bağlayırdı.

Qasım:

- Vahid, xatırlayırsanmı, Mollalar kəndində bizim sənədlərimiz qalmışdı, biz qorxurduq ki, onları tapıb bizi tutmaq üçün aldadıb istifadə eləsinlər. Komandirə də demişdik bunu. Komandir buna görə bəzi tapşırıqlar vermişdi.

Vahid:

- Hə, o yadımdadı.

Qasım:

- Bax o ağdamlının dediyinə görə həmin qorxduğumuz variantla tutub aparıblar onları (bu barədə əvvəlki yazılarda təfərrüatlı məlumat vermişik. Onlar bir daha dilə gətirilir, müzakirə olunur burda. Vahidsə onları xatırlamaq iqtidarında ola bilmir artıq – N.Z.).

Beləcə, əziz oxucular, burada sabiq döyüşçülər – Xəqaninin ən sonuncu məlum anlarının bilavasitə şahidi olan yoldaşları ilə söhbətlərimi yekunlaşdırmaq məcburiyyətindəyəm. Araşdırmalarımız yenə də hər kəsə açıq qalır. Əhməd də daxil olmaqla keçmiş əsirlərdən, digər döyüşçülərdən, aidiyyatı dövlət qurumlarımızda və vətəndaş cəmiyyətində bu istiqamətdə çalışanlarımızdan, eləcə də Qırmızı Xaç-ınəməkdaşlarından – kimliyindən, milliyyətindən, dinindən asılı olmayaraq Xəqaninin sonrakı taleyi haqqında hər hansı bilgiyə malik olan hər kəsdən bildiklərini bizimlə bölüşməklərini istərdik. Qarşıda isə sizləri onun doğmaları ilə görüşdürəcəyəm. Xəqani barədə Xəqanisiz baş verənlər, Xəqani xatirələrdə, yuxularda, daha nələr...

(Ardı var)

Nəzirməmməd Zöhrablı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ