şənbə günü, 14 noyabr 2026
     

“Atam məni universitetə götürdü və Yaqub Mahmudovla görüşdüm...”

Image


İnsan öz yaşamı boyu dünyanı və özünü dərk edir. Onun dünyagörüşünün ilkin təməli isə hələ uşaqlıq dövründə atılır; məhz yaşının o vədəsində insan dünya və dünyada öz yeri haqqında ilk düşüncələrinə dalır, bununla bağlı baxışları, dəyərləndirmələri, təsəvvürləri, bu təsəvvürlərdən qaynaqlanan həyat mövqeləri, idealları təşəkkül tapmağa başlayır. Mənim üçün belə bir dönəm 1980-ci illərə, uşaqlıq və yeniyetməlik çağlarına təsadüf etmişdi. Evimizdə olduqca zəngin kitabxana vardı. Orada hifz olunan yüzlərlə kitab mənə müxtəlif mədəniyyətlərlə, fərqli-fərqli ölkələrlə və tarixi dövrlərlə yaxından tanış olmaq, onları öyrənmək fürsəti verirdi. Ən əsası, oxuduqlarım dünya mənzərəmin təşəkkülünə yardım edirdi.

Bu əsərlər arasında tarixçi Yaqub Mahmudovun Avropa səyyahlarının, diplomatlarının Azərbaycana səyahətlərinə həsr olunmuş silsilə kitablarının xüsusi pay çəkisi, özəl yeri var idi. Məsələ təkcə onda deyildi ki, sözügedən kitablar Azərbaycan tarixinin bir çox naməlum, məchul mətləblərinə aydınlıq gətirir, avropalıların yurdumuz və xalqımız haqqında o vaxtadək örtülü qalan, geniş auditoriyaya çıxarılmayan, bəzən qəsdən gizlində saxlanan bilgilərinə işıq tuturdu. Bütün bunlar, əlbəttə ki, mühüm özəlliklərdir. Fəqət Yaqub müəllimin bu silsilə əsərlərinin mənim nəzərimdə əhəmiyyətini fərqli qılan, onların dəyərliliyini qat-qat artıran daha vacib məziyyəti mövcuddur: onlar dərin konseptual siqlət və mündəricə daşımaqla, oxucuya qüdrətli və vahid Azərbaycanımız haqqında dünyagörüşü səciyyəli təsəvvürlər aşılayır, bununla da vətənsevər şəxsiyyətin formalaşmasına öz töhfəsini verirdi. Təsadüfi deyil ki, dövrün senzura məhdudiyyətlərini, ideoloji yasaqlarını və maneələrini məharətlə aşan bu əsərlər böyüməkdə olan nəsil üçün milli təəssübkeşlik məktəbi olub. Mən və mən qəbildən məktəblilər Yaqub müəllimin kitablarını oxuduqca həm minilliklərin, yüzilliklərin dərinliklərindən boylanan tariximizi daha yaxşı öyrənir və mənimsəyirdik, həm də məfkurəvi cəhətdən zənginləşir, ideya oriyentirləri əldə edirdik.

1989-cu ilin mayında məktəbi bitirirdim. Məslək və ixtisas seçimi məndə sual doğurmurdu: tarixçi olmağa möhkəm qərar vermişdim. İlıq may günlərindən birində atam məni universitetə götürdü, Tarix fakültəsinin dekanı, illər boyu qiyabi tanıdığım Yaqub müəllimlə görüşdük. O əsnada Yaqub müəllim öz planları ilə bölüşmüşdü. “Tarix fakültəsinin rəhbərliyi nəhəng işlər planlaşdırır. İlk növbədə qədim dilləri öyrənmək üçün Leninqrada istedadlı tələbələri ezam etməyi düşünürük. Bu sahədə bizdə ciddi boşluqlar var. Dilləri bilməmək üzündən qədim tariximizin bir çox məsələsi obyektiv araşdırılmamış qalır. Nəticədə tariximizi başqaları tədqiq edir, özü də çox vaxt qərəzli şəkildə, faktları təhrif edərək. Real, obyektiv tarixi yazmaq üçün bizə öz milli kadrlarımız lazımdır”. Bu mühakimə Yaqub Mahmudov strateji təfəkkürünün mühüm məqamlarını bariz şəkildə nümayiş etdirirdi. Görkəmli alim sadəcə vəzifəsini icra etməklə kifayətlənməyərək, Azərbaycan elminin perspektiv inkişafına hesablanmış hərtərəfli konsepsiya ilə çıxış edirdi. Yaqub müəllimin nəzərincə, Vətən elmi dünyanın aparıcı elmi mərkəzləri ilə rəqabətə qabil səviyyəyə çatdırılmalı, tariximizin müxtəlif mərhələ və problemləri ən yüksək elmilik standartları əsasında araşdırılmalıdır. Ümumiyyətlə, problemlərə hərtərəfli və strateji yanaşma, fundamentallıq Yaqub Mahmudovun istər elmi, istərsə də təşkilatçılıq fəaliyyətinin mahiyyətini təşkil edir. Hansı məsələ olursa olsun, Yaqub müəllim onu perspektiv dinamikada götürür, cari konyunktura nöqteyi-nəzərindən deyil, doğura biləcəyi yaxın, orta və uzaq nəticələr kontekstində nəzərdən keçirir.

Tələbəlik illərimdə Yaqub müəllim həm müqtədir alim, həm də vətənpərvər pedaqoq və ictimai xadim kimi tələbələrin dərin sevgisini qazanmışdı. Onun dərin mündəricəli və hərtərəfli mühazirələrinin şöhrəti universitet auditoriyaları hüdudlarını aşmışdı. Rəvan nitqi, gözəl diksiyası, fitri natiqlik istedadı ilə Yaqub müəllim tələbələri ovsunlamağı, “ram etməyi” bacarırdı. Onun mühazirələri daşıdığı elmi məzmunla materialın səlis çatdırılmasının mükəmməl harmoniyasını təmsil edirdi. Bu mühazirələr həmçinin vətənpərvərlik dərsləri idi; Yaqub müəllim gənclərə Vətənimizi tanıdaraq sevdirirdi. Ən dolaşıq, mürəkkəb hadisə və prosesləri xüsusi alimlik məharəti ilə incələyərək, anlaşıqlı bir dildə tələbə kütləsinə nəql edə bilmək qabiliyyəti Yaqub Mahmudov istedadının özünəməxsus cəhəti idi.

Yaqub müəllim təkcə gözəl alim və pedaqoq deyil, eyni zamanda sözün əsl mənasında vətənpərvər ictimai xadimdir. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə o, ön sıralarda yer almışdı. Öz qələmi ilə, ictimai-siyasi çıxışları ilə, əməli addımları ilə Yaqub müəllim ölkəmizdə siyasi sabitliyin və dövləti nizamın bərqərar olmasına mühüm töhfələr vermişdi. Azərbaycan tarix elmində dünənə qədər tabu olunan mövzuları cəsarətlə ictimailəşdirməsi, yasaqları yıxaraq, tariximizin müxtəlif çağlarının aktual problemlərini elmi dövriyyəyə daxil etməsi Yaqub Mahmudov şəxsiyyətinin vətəndaş özəlliklərinin bir başqa ifadəsidir. Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin ideya-fəlsəfi sütunu kimi irəli sürdüyü “azərbaycançılıq” qayəsini Azərbaycan tarix elminin metodoloji əsasına Yaqub müəllimin çevirdiyini söyləsək, fikrimcə, mübaliğəyə yol vermərik.

2004-cü ilin sentyabrından Yaqub müəllim AMEA Tarix İnstitutu kimi son dərəcə mühüm və strateji əhəmiyyətə malik bir müəssisəyə rəhbərlik edir. Səmimiyyətlə söyləyə bilərik ki, Yaqub Mahmudovun rəhbərlik dönəmi Tarix İnstitutunun fəaliyyət salnaməsinə qızıl hərflərlə yazılacaq. Məhz bu illər ərzində institutumuz bir növ intibah yaşayaraq, bir çox sahələrdə böyük müvəffəqiyyətlərə imza atdı.

İlk növbədə vurğulanmalıdır ki, mövcudluğunun heç bir dönəmində institut bunca məhsuldarlıq nümayiş etdirməmişdi: ötən illər ərzində Azərbaycan tarixinin elə bir dövrü və az-çox önəmli problemi yoxdur ki, haqqında fundamental əsərlər ərsəyə gəlməsin. Yaqub müəllimin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə tariximizin müxtəlif istiqamətləri və mövzuları üzrə bütöv tədqiqatçı kollektivləri işləməkdədir. Nəticə də özünü çox gözlətməyib. Son 14 ildə ən qədim çağlardan tutmuş bu günümüzə kimi tariximizin ən aktual problemləri ilə bağlı çoxlu sayda fundamental monoqrafik tədqiqatlar nəşr olunub.

Şəxsi elmi taleyimdə də Yaqub müəllimin rolu müstəsna olub. Elə monoqrafiya və namizədlik dissertasiyamın mövzusunun (“Azərbaycan – Gürcüstan münasibətlərində ərazi məsələləri”) seçilməsi də bilavasitə Yaqub müəllimin tövsiyəsi sayəsində baş tutmuşdu. Apardığım araşdırma Yaqub müəllimin hələ universitetdə Tarix fakültəsinə başçılıq etdiyi zamanlar başlatdığı Şimal-Qərbi Azərbaycanın tarixinin hərtərəfli öyrənilməsi üzrə genişmiqyaslı layihənin bir hissəsi hesab oluna bilər.

Söhbət düşmüşkən, belə bir məqam da vurğulanmalıdır ki, məhz Yaqub müəllimin təşəbbüsü ilə Azərbaycan üçün strateji əhəmiyyətli regionların – Şimal-Qərbi Azərbaycanın, Qərbi Azərbaycanın – İrəvan mahalının, Qarabağın, Naxçıvanın, Borçalının, Dərbəndin, eləcə də Cənubi Azərbaycan ellərinin tarixinin kompleks öyrənilməsi prioritet məsələlər səviyyəsinə qaldırılmışdır. Məhz Yaqub müəllimin yorulmaz fəaliyyəti sayəsində sadaladığım regionların tarixi Azərbaycana düşmən kəsilmiş xarici çevrələrin uzun illər boyu məqsədyönlü şəkildə təhriflərindən qurtularaq, arxiv sənədlərinə və digər ilkin qaynaqlara istinadən araşdırılıb. Faktiki olaraq bu, son illərdə ərsəyə gəlmiş əsərlər, həmçinin gələcək tədqiqatlar üçün möhkəm bünövrə rolunu oynayacaq.

Yaqub müəllimin son illərdə həyata keçirdiyi və mənim də yer aldığım layihələrdən biri dünyanın müxtəlif arxivlərində Azərbaycan tarixinə dair mövcud sənədlərin surətinin çıxardılaraq ölkəmizə gətirilməsidir. Bu, sözün müstəqim mənasında olduqca əzəmətli iş olmaqla, Azərbaycan tarix elmini zəruri qaynaq bazası ilə təmin etmək kimi fövqəladə vacib vəzifənin həyata keçirilməsinə xidmət edir. Moskvadan, Sankt-Peterburqdan, Tiflisdən, İstanbuldan, Ankaradan, Tehrandan, Parisdən, Berlindən, Londondan gətirilmiş yüz minlərlə sənəd yurdumuzun və xalqımızın tarixi inkişafının ən aktual problemləri və istiqamətləri üzrə gələcək mühüm tədqiqatların təməlini formalaşdırır. Mən Tiflis arxivlərində işləyən qrupun üzvü olmaqla, Yaqub müəllimin sənədlərin gətirilməsi məsələsinə necə qayğıkeş və diqqətcil yanaşdığının bilavasitə şahidiyəm.

Yaqub Mahmudov öz xeyirxah və genişmiqyaslı işləri ilə əbədiyaşarlıq qazanmış şəxsiyyətlərimizdəndir. Onun yaratdığı elmi miras və gerçəkləşdirdiyi işlər zaman hüdudlarını aşaraq gələcəyə xidmət edir. Önəmlisi də budur.

Şamil Rəhmanzadə
Tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ