şənbə günü, 14 noyabr 2026
     

Akademik Yaqub Mahmudov haqqında bir neçə söz...

Image


Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Əməkdar elm xadimi, Dövlət Mükafatı Laureatı, Milli Məclisin deputatı, görkəmli alim, akademik Yaqub Mahmudov haqqında söz söyləmək böyük məsuliyyət tələb edir.

Ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməklə yanaşı, ömrünü Azərbaycan təhsilinə və elminə həsr edən Yaqub müəllim obyektivliyi, qərəzsizliyi, prinsipiallığı və amalına görə özünün dəst-xətti ilə seçilən və məhz bu xarakterlərinə tələbələrin, magistrlərin, doktorantların, tarixçilərin və onu tanıyan hər bir şəxsin yaddaşında dərin izlər buraxmış böyük bir şəxsiyyətdir. Yaqub müəllim həm də Tarix elmində özünün məktəbini yaratmış bir alimdir. Yaqub müəllim onlarla fəlsəfə doktoru və elmlər doktoru yetişdirmişdir. Bu gün Tarix elmimizin yükünü öz çiyinlərində daşıyan alimlərin böyük əksəriyyəti məhz Yaqub müəllimin yaratdığı məktəbin münayəndələridir.

Əsərlərini hələ orta məktəb illərində oxusam da, mənim Yaqub müəllimlə ilk tanışlığım 20 il bundan əvvələ - 1999-cu ilə təsadüf edir. Mən 1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunmuşdum. Bu zaman Tarix fakültəsinin dekanı Yaqub Mahmudov idi. Tələbəlik illərindən Yaqub müəllimlə bağlı bir çox xatirələrim yaddaşımda qalmışdır. Onlardan biri haqqında bəhs etmək istəyirəm. Belə ki, mən üçüncü kursda oxuyan zaman Şərqi Avropa tarixindən imtahan verəndə müəllim mənə “yaxşı” yazırdı, amma mən “əla” qiyməti istədiyimdən bununla razılaşmadım, nəticə etibarilə müəllimlə mənə “qeyri-kafi” yazması və kəsirdən sonra təkrar imtahan verəcəyim haqda razılaşdıq. Fikrim də o idi ki, təkrar imtahan verəndə mütləq “əla” qiyməti ala biləcəyəm. Nə isə, bu şəkildə müəllimlə razılaşdım və imtahan otağını tərk elədim. İmtahan bitdikdən sonra müəllim imtahan vərəqi ilə dekanın yanına girdikdə, Yaqub müəllim imtahan nəticələri ilə tanış olur. Bu zaman mənim qiymətlərimin hamısı “əla” olduğu halda bu imtahandan niyə “qeyri-kafi” almağımla maraqlanır. Müəllim də bildirir ki, Vasif Qafarova “yaxşı” qiyməti yazırdıq, lakin o, “əla” qiyməti istəyirdi deyə bununla razılaşmadı və kəsirdən sonra yenidən imtahan verməsi üçün bizə təkidlə özünə “qeyri-kafi” yazdırdı. Yaqub müəllim “belə tələbəyə “əla” qiyməti halaldır” deyib, dərhal imtahan vərəqinin dəyişdirilməsi və mənə “əla” qiymətinin yazılması haqqında göstəriş vermişdi. Bu hadisədən sonra Yaqub müəllim məni gördüyü halda bu barədə mənə heç nə deməmişdi. Bütün bunlardan xəbərsiz olan mən tətildən qayıtdıqdan sonra kəsir imtahanlarının verilməsi vaxtı dekanlıqda adıma göndərişin olmadığını görüb bunun səbəbini soruşduqda, mənə “sənin kəsirin yoxdur” dedilər. Necə olur, mən Şərqi Avropa tarixindən “qeyri-kafi” almışam dedim. Mənə imtahandan sonra Yaqub müəllim sənin niyə “qeyri-kafi” aldığını bilib və dərhal həmin imtahan vərəqində sənin qiymətini “əla” yazdırıb deyib, bütün bu sadaladıqlarımı nəql etdilər. Bu, Yaqub müəllimin mənə böyük dəstəyi və jesti idi. Bundan başqa, Yaqub müəllim özü bizdən Orta əsrlər tarixi fənnindən imtahan götürəndə mənim seminar qiymətlərimi nəzərə alıb məni imtahandan azad edib, “əla” qiyməti yazmışdı. Bu şəkildə Yaqub müəllim hər zaman oxuyan tələbələrin yanında olur, onlara hər cür dəstək olur və problemlərini həll edərdi. Yaqub müəllim sərt göründüyü qədər də mülayim, ürəyiyumşaq və xeyirxah bir dekan kimi yaddaşlarımızda qalmışdır.

Biz magistraturada oxuyan zaman, 2004-cü ildə Yaqub müəllim AMEA A.A.Bakıxanov adına Tarix İnstitutuna direktor təyin edildi və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı vəzifəsindən ayrıldı. Mən 2005-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin magistratura pilləsini fərqlənmə ilə bitirib, 2006-cı ildə doktoranturaya daxil oldum, 2009-cu ildə “Şimali Azərbaycan məsələsi Türkiyə-Rusiya münasibətlərində (1917-1922-ci illər)” mövzusunda dissertasiyanı müvəffəqiyyətlə müdafiə edib tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görüldüm. Bir neçə il Bakı Dövlət Universitetində və Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə məşğul oldum. 2013-cü ildə Yaqub müəllim məni Akademiyaya dəvət etdi. 2011-ci ildə çapdan çıxmış “Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1922)” adlı kitabımı çox yüksək qiymətləndirən Yaqub müəllim təkidlə məni elmi fəaliyyətlə məşğul olmağa və doktorluq dissertasiyası yazmağa dəvət etdi. Beləcə, 2014-cü ildə Tarix İnstitutunda elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya qəbul olundum. Bundan sonrakı elmi fəaliyyətim Yaqub müəllimin nəzarəti altında, onun elmi məsləhətçiliyi ilə davam etdi. Məhz Yaqub müəllimin tövsiyəsi ilə “Birinci dünya müharibəsi illərində Osmanlı imperiyasının Azərbaycan siyasəti” mövzusunda doktorluq dissertasiyası üzərində işləməyə başladım. Dissertanturada oxuduğum zaman paralel olaraq həm də Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə məşğul olduğumdan dissertasiya işimi yazmağa çox vaxt sərf edə bilmirdim. Elmi işimin ləngidiyini görən Yaqub müəllim tövsiyə etdi ki, hələlik pedaqoji fəaliyyətdən ayrıl, elmi işini bitir. Çünki bu iş Tarix elmimiz üçün çox böyük aktuallıq kəsb edir. Pedaqoji fəaliyyətlə məşğul ola-ola bu işi yazıb bitirmək mümkün olmayacaq. Mən də Yaqub müəllimin tövsiyəsi üzrə hərəkət etdim, universitetdən ayrıldım və bütün diqqətimi dissertasiya işinə yönəltdim. Dissertasiyamı vaxtında bitirib müzakirəyə təqdim etdim. Əslində, belə demək mümkünsə, Yaqub müəllim bu işi təkidlə mənə yazdırdı. Məni hər gördüyündə işin nə yerdə olduğunu soruşur və tezliklə işi yazıb bitirməyimi tövsiyə edirdi. Həmçinin elmi işimlə bağlı əsas arxiv sənədləri Türkiyə arxivlərində olduğundan ezamiyyətə getməli idim. Yaqub müəllim məni ehtiyac duyduğum ezamiyyətələrə göndərdi. Dissertasiya işimi yazıb başa çatdırmağım üçün nə dəstək lazımdırsa, Yaqub müəllim bu dəstəklərin hamısını mənə verdi. Bir sözlə, doktorluq dissertasiyamı yazıb başa çatdırmağımda mənə elmi məsləhətçilik etməklə, dəyərli tövsiyələr verməklə, yol göstərməklə yanaşı, həmçinin hərtərəfli dəstək olan, diqqət və qayğı göstərən Yaqub müəllimə borcluyam. Müşahidələrimdən gördüyüm odur ki, Yaqub müəllim bu münasibəti təkcə mənə deyil, elmi potensialı olan hər bir dissertanta, doktoranta və alimə göstərir. Ömrünü Azərbaycan tarix elminin inkişafına, cəmiyyətimizin tərəqqisinə həsr edən Yaqub müəllim əsl alim və əsl ziyalı kimi hamımıza örnəkdir.

Vətənini, millətini, dövlətini sevən, görkəmli alim, akademik Yaqub müəllimi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm və ona möhkəm cansağlığı, uzun ömür və həmişə indiki kimi uca olmağı arzu edirəm.

Vasif Qafarov,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ