şənbə günü, 14 noyabr 2026
     

“Qaçqın... Komun” yeni bahalı xidməti avtomobili barədə sosial şəbəkə müzakirələri və həqiqət...

Image


Bu günlərdə mətbuatda bəzi büdcə təşkilatlarına dövlət satınalmaları xəttilə alınan bahalı avtomobillərin siyahısı dərc edilmişdi. Siyahıda adı və əhəmiyyəti geniş ictimaiyyət üçün o qədər də böyük məna kəsb etməyən qurumlar var. Məsələn, Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi üçün alınan iki xidməti avtomobilə 106 min 200 və 72 min 700 manat olmaqla, cəmi 200 min manata yaxın pul ödənilib. Yaxud Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi “Təhlükəli Tullantılar” MMC-yə 140 min manat qiyməti olan 1 ədəd “Toyota Land Kruiser” avtomobili alınıb.

Böyük ehtimalla, həmin avtomobillər sözügedən qurumlara rəhbərlik edənlərin xidməti maşınlarıdır. Hansı ki, hələ 2016-cı ilin yanvar ayında Azərbaycan Prezidenti məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobilləri tövsiyə etmişdi. Bir tərəfdən ölkə rəhbərliyi səviyyəsində idarəetmə aparatının təkmilləşdirilməsi, xərclərin azaldılması tapşırığı, digər tərəfdən də əhalinin vergiləri və neft gəlirləri hesabına formalaşan büdcəyə münasibətdə bu israfçılıq və bər-bəzək, komfort, lüks həyat yarışı doğrudan da paradoks yaratmış olur.

Təəssüf ki, bu kontekstdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də adına rast gəlirik. Təqdim edilən rəsmi siyahıdan görünür ki, komitəyə ötən il 179 min 444 manat qiymətində bir ədəd “BMW 740 Lİ” markalı xidməti avtomobil alınıb. Xatırladaq ki, ötən il “Qaçqınkom”un rəhbərliyi dəyişdirildi və sədr vəzifəsinə deputat Rövşən Rzayev gətirildi. Bu təyinatdan əvvəl uzun illər həmin quruma rəhbərliyi Əli Həsənov edib. Sözügedən qurumdan biz islahat gözlədiyimiz halda, belə bir maraqlı mənzərə ilə üzləşirik. Qeyd edək ki, “Qaçqınkom”un yeni rəhbərliyi tərəfindən yol verilən bu fakta sadə əhalinin münasibəti birmənalı olmayıb. Sosial şəbəkələrdə məcburi köçkünlərin problemi ilə məşğul olmalı olan qurumun bu cür addımlarına birmənalı olaraq mənfi reaksiyalar verilib. Sözügedən dövlət qurumu mediaya verdiyi açıqlamada rəhbərliyə yeni avtomobilin alındığı ilə bağlı yayılan xəbərləri təkzib etməyib. Bildirilən münasibətdən belə aydın olub ki, qurumun köhnə rəhbəri olan Əli Həsənov vəzifədən gedəndə özü ilə xidməti avtomobilini də apardığı üçün, yeni rəhbərlik özünə xidməti avtomobil almağa məcbur olub. Çox maraqlı suallar meydana çıxır. Niyə vəzifəsi dəyişilən məmur özü ilə xidməti avtomobilini də aparır? Hətta bu hərəkət baş veribsə, yeni rəhbərlik hansı səbəbdən məhz dəyəri çox baha olan yeni avtomobildə gəzməyə üstünlük verib?

Bütün bu suallara cavab almaq üçün Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin İctimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyevlə əlaqə saxladıq. İbrahim müəllim sualımızı eşidən kimi bizə maraqlı “məsləhət” verdi: “Mən bugünkü Azərbaycan KİV-lərindən bilirsiniz hansı yanaşmanı gözləyirəm? Bir var axara düşüb getmək, bir də var taleyüklü məsələlərlə maraqlanmaq. Bu gün Azərbaycanın taleyüklü məsələsi məcburi köçkünlərlə bağlıdır. Mənim təmsil olunduğum komitənin adından da görünür ki, biz həmin təbəqənin problemi ilə dərindən məşğul olan qurumuq. Bu gün və sabah biz yeni istifadəyə verilən şəhərciklərə məcburi köçkün ailələrini yerləşdirəcəyik. Niyə jurnalistlər bu cür işləri işıqlandırmaq istəmirlər? Yalnız sensasiya dalınca qaçırlar? Bu, 25 ildir ki, olduqca acınacaqlı vəziyyətdə yaşayan ailələrin taleyidir. İndi onlara gözəl mənzillər verilir. Gəlib, bu hadisələrin, həmin ailələrin necə sevindiyinin şahidi olmaq lazımdır. Olmaz ki, belə mövzulardan yazasınız?”

İbrahim müəllimin nəzərinə çatdırdıq ki, hansı mövzudan yazmaqla bağlı seçimi bizim redaksiyanın özü müəyyən edir. Dağlıq Qarabağ problemi, onun siyasi həlli perspektivləri və məcburi köçkünlərin problemləri, onlara göstərilən dövlət qayğısı ilə bağlı mövzuda isə əminliyi ilə deyə bilərik ki, bizim qəzetdən çox yazan KİV bəlkə də yoxdur. Onu da əlavə edək ki, “Bakı-Xəbər”in son bir ildəki saylarını ötəri də olsa izləmək kifayətdir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin yeni rəhbəri Rövşən Rzayevin fəaliyyətinə, keçirdiyi islahatlara nə qədər yer ayırmışıq. Komitədən gələn bir press-reliz diqqətdən kənarda qalmayıb. Rövşən Rzayevin həftəlik qəbulları, əcnəbi diplomatlarla görüşləri, qaçqınlarla ünsiyyətləri barədə saysız yazılar dərc etmişik, qəzetin daimi işlək saytında vermişik. Bir sözlə, bizi subyektivlikdə suçlamaq insafsızlıqdır. Biz yaxşını da görürük, neqativi də, həm də neqativlərə dostcasına məhrəm və islahedici xoş niyyətlə yanaşmaq bizim iş üsulumuzdur.

Konkret sualımıza gəldikdə isə, bu da Azərbaycan üçün taleyüklü əhəmiyyət kəsb edir. Ola bilər ki, bu məsələyə yanaşma tərzində bizimlə İbrahim müəllimin baxışları haçalanır, buna da təbii yanaşırıq. Ancaq dövlət qurumlarında israfın, idarəetmənin şişirdilməsinin qarşısının alınması bizim yox, ölkə başçısının qoyduğu tələbdir. Bu baxımdan da məhz məcburi köçkünlərin adı ilə bağlı olan bir qurumda bir xidməti avtomobilə fantastk məbləğdə pulun xərclənməsinin səbəbini aydınlaşdırmağı biz özümüzün şərəfli jurnalist borcu sayırıq və burada qanunsuz nəsə görmürük. Sonda İbrahim Mirzəyev bizə bildirdi ki, bu məsələ ilə bağlı hər hansı əlavə açıqlama verməyə zərurət görmür. Bundan əvvəl açıqlanan mövqelərinin üstündə dayandıqları üçün, həmin açıqlamanı qurumun rəsmi mövqeyi olaraq qəbul edə bilərik. 

Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərin təyinatı çərçivəsində Baş nazirin müavininin, eyni zamanda, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilib, Dövlət Komitəsinə yeni sədr təyin edilib: "Bu zaman xidməti avtomobilin Baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılıb. Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib. Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb”.

Bu rəsmi açıqlamadan hətta belə nəticəni çıxarmaq olar ki, sanki həmin avtomobil quruma “məcburi qaydada” verilib. Hər halda, qənaət məqsədilə ondan imtina edib, daha ucuz avtomobillə əvəzlənməsini tələb etmək də olardı. Bəzi dövlət qurumlarında artıq bu təcrübədən yararlanırlar. Xüsusilə də yerli istehsal olan avtomobillərdən məmurların xidməti maşın kimi istifadə etməsi halları çoxalıb. Hər halda, yaxşı nümunə olduğu üçün, yararlanmaq lazımdır.

Qeyd edək ki, Baş nazirin müavini Ə.Həsənovun köməkçisi Ramin Talıblı da yayılmış məlumata aydınlıq gətirib. Onun dediyinə görə, Ə.Həsənov komitə sədri olarkən Nazirlər Kabinetinə məxsus xidməti avtomobildən istifadə edib: "10-AA-203 dövlət nömrə nişanlı, 2012-ci il buraxılışlı, BMV markalı və hazırda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun xidməti istifadəsində olan nəqliyyat vasitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsusdur.

Əli Həsənov, həmçinin, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edən dönəmdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə sözügedən nəqliyyat vasitəsi müvəqqəti olaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə xidməti istifadə üçün verilmiş, sonradan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə komitənin balansından çıxarılaraq Nazirlər Kabinetinə geri qaytarılıb”.

Nəticəni oxucular özləri çıxarsın...

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ