şənbə günü, 14 noyabr 2026
     

Böyük şəhərlərdə ekoloji tarazlığı pozan iri müəssisələr üçün Prezidentin axırıncı çıxışı daha yaddaqalan olacaq

Image


Sadiq Qarayev: “Bakı və Sumqayıtda ekoloji tarazlığın pozulmaması üçün yaşıllıqların sayı artırılmalı, biomüxtəliflik qorunmalı və iri müəssisələr işlədən insanlar…”

 

Yerin ilk yaradılış və geoloji inkişafı tarixində təbiətdə və onun ekoloji sistemlərində çatışmazlığı olmayan fövqəl bir tarazlıq mövcud idi. İnsan və eləcə də bütün canlılar təbiətlə daimi təmasda olduqları üçün, bir-birinə qarşılıqlı təsir göstərirlər. Əsrlər boyu bu təsir təbiətin ekoloji tarazlığını pozmayıb və insan həyatı üçün təhlükə yaradılmayıb. Lakin ətraf mühitə amansız müdaxilələr təsirsiz ötüşməyib. Hazırda ətraf mühitə antropogen təsirlər geniş miqyas alıb.

Ekoloji tarazlıq dedikdə isə ekoloji sistemin vəziyyəti, yaxud da biotik birliklərin davamlılığı, özününizamlama qabiliyyəti, qaydaların pozulmasına müqaviməti, tarazlığın pozulmasına qədər mövcud olan ilkin vəziyyətin bərpa edilməsi başa düşülür.

Ekoloji tarazlığın pozulması nəinki insan, eləcə də bütün canlıların həyatı üçün böyük təhlükədir. İstehsalın intensiv inkişafı və yüksək mənfəət əldə etmək arzusu ekoloji tarazlığı pozan əsas amillərdəndir.

Ekoloji tarazlığın pozulması ilə bağlı ölkə başçısı İlham Əliyev də öz narahatlığını bildirib. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində bu məsələyə toxunub. O qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı məsələlərinə baxanda biz mütləq ekoloji vəziyyətə nəzər salmalıyıq: “Biz ekoloji vəziyyəti yaxşılaşdırmalıyıq, ekoloji tarazlığı pozan amillərdən özümüzü qorumalıyıq. Bu sahədə son illər ərzində işlər aparılıb".

Prezident İlham Əliyev hesab edir ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır: "Xüsusilə Bakıda, Sumqayıtda, digər böyük şəhərlərdə ekoloji tarazlığı pozan müəssisələrə çox ciddi xəbərdarlıq edilməlidir ki, onlar təmizləyici cihazları quraşdıraraq havanın çirklənməsinin qarşısını alsınlar. Bu, çətin məsələ deyil. Ekologiya ilə bağlı digər məsələlər də öz həllini tapmalıdır".

Böyük şəhərlərdə ekoloji tarazlığı pozan müəssisələrlə bağlı hansı işlərin görülməsinin vacibliyi barədə fikir bildirən biologiya üzrə fəlsəfə doktoru, dosent, ekoloq Sadiq Qarayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, müasir dövrdə dünyada sürətli demoqrafik, sosial-iqtisadi inkişafın və elmi-texniki tərəqqinin insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi nəticəsində antropogen amillərin təbiətə mənfi təsirləri daha da artıb: “Bu müxtəlif sahələrdə özünü göstərir. Su axınlarının qarşısı kəsilərək istiqaməti dəyişilir, torpağın tərkibinə süni müdaxilələr, təbiətin müxtəlif tullantılarla çirkləndirilməsi, meşə sahələrinin digər məqsədlər üçün istifadəsi halları çoxalıb. Yaşayış məskənlərinin, xüsusilə də şəhərlərin böyüməsi, magistral avtomobil yollarının çəkilməsi antropogen təsirlərin çoxalmasına səbəb olur. Bu da canlı aləmdə zərərli maddələrin artmasına səbəb olur”.

Həmsöhbətimizin sözlərinə görə, respublikada ekoloji cəhətdən gərgin rayonlar var: “Böyük Qafqazın cənub yamaclarında meşələrin yuxarı sərhədi 200-500 metr aşağı enib, antropogen amillərin təsirindən torpaq eroziyası sürətlənib. Eyni zamanda, ekoloji tarazlığın pozulması qlobal problemlərin çoxalmasına səbəb olur. Bu problemin qarşısının alınması hazırda bütün dünyada ən aktual məsələlərdən biridir”.

S.Qarayev bildirdi ki, ekoloji tarazlığın qorunması ilə aidiyyəti qurumlar məşğul olurlar. Problemin həll olunması üçün yaşıllaşdırma artırılmalı, biomüxtəliflik qorunmalıdır: “Bu istiqamətdə ölkədə çoxlu sayda iş görülüb. Biomüxtəlifliyin qorunması ilə bağlı Prezident tərəfindən sərəncamlar imzalanıb.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda meşələrin sahəsi azdır. Bu səbəbdən də ekoloji tarazlığın qorunması ilə əlaqədar olaraq müəyyən işlər görülməlidir. Bəllidir ki, ölkə sosial-iqtisadi baxımdan inkişaf edir. Xüsusilə də iri şəhərlər günü-gündən inkişaf edir. Hətta bu məsələyə bir neçə gün öncə Prezident İlham Əliyev də toxundu. Bakı və Sumqayıt kimi iri sənaye şəhərlərinin yerləşdiyi Abşeron yarımadasında texnogen çirklənmə, ekoloji tarazlığın pozulması aktual  problemdir. Bakı və Sumqayıtda ekoloji tarazlığın pozulmaması üçün yaşıllıqların sayı artırılmalı, biomüxtəliflik qorunmalı və iri müəssisələr işlədən insanlar özləri ekologiyanın pozulmasına qarşı müəyyən işlər görməlidirlər. Həmçinin, bu məsələyə aidiyyəti qurumlar tərəfindən xüsusi nəzarət olunmalıdır. Elə müəssisə var ki, onun təbiətə vurduğu zərər gəlirdən daha çoxdur. Bu kimi müəssisələr aşkar olunmalı və lazımi işləri görülməlidir”.

Ekspert onu da vurğuladı ki, iri müəssisələr ekoloji tarazlığı pozmamaq üçün müasir standartlara cavab verən avadanlıqlar quraşdırmalıdırlar. Ekologiyanın çirklənməməsi ilə əlaqədar xarici təcrübə də araşdırılmalıdır.  

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ