şənbə günü, 14 noyabr 2026
     

Bakı məktəblərində rus dili-ədəbiyyatı olimpiadası – Rusiya XİN-dəki ermənipərəst təmayüllü qruplaşmaya daha bir mesaj…

Image


Vaqif Abışov: “Azərbaycan məktəbliləri arasında rus dili və ədəbiyyatı üzrə respublika olimpiadasının keçirilməsi də iki dövlət və iki xalq arasındakı əlaqələrin çox möhkəm olduğunu bir daha sübut edir”

 

Azərbaycan və Rusiya arasında qırılmaz bağlar mövcuddur. Ölkəmizdə rus dilində təhsilə, rus dili və ədəbiyyatının təbliğ edilməsinə xüsusi diqqət yetirilir. Bilirik ki, respublikamızda ayrıca rusdilli məktəblər, eləcə də orta ümumtəhsil məktəblərində rus bölməsi fəaliyyət göstərir. Bu da onu göstərir ki, Azərbaycan və Rusiya arasında elm-təhsil, mədəniyyət, bir sözlə, humanitar sahədə ənənəvi əməkdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr günü-gündən daha da genişlənir. Buna nümunə kimi hər il, ənənəvi olaraq, Azərbaycan məktəbləri arasında keçirilən rus dili və ədəbiyyatı üzrə respublika olimpiadasını qeyd edə bilərik.

Bəzi ermənipərəst qüvvələr Azərbaycan-Rusiya əlaqələrinə zərbə vurmaq niyyətilə təxribatçı fikirlər yayırlar. Uzağa getmədən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni təxribatından qaynaqlanan, həqiqətə uyğun olmayan fikirlərini yadınıza salmaq istəyirik.  M.Zaxarova iddia edirdi ki, erməni mənşəli Rusiya vətəndaşları Azərbaycana buraxılmır, onlar burada təqib olunurlar (?). M.Zaxarova bunu Rusiya vətəndaşlarının hüquqlarının pozulması (?) kimi qiymətləndirirdi. Əslində, Zaxarovanın bu fikrində heç bir həqiqət çaları yoxdur. Yaxşı, əgər bu həqiqətən də belədirsə, bəs onda nə üçün Azərbaycanda rus mədəniyyətinin, rus dilində təhsilin, rus dili və ədəbiyyatının təbliğinə belə geniş meydan verilir? Ermənistanda isə nə rusdilli məktəblər var, nə rus dili və ədəbiyyatının təbliğinə önəm verilir. Xatırlayırsınızsa, bir neçə ay bundan əvvəl Ermənistan ictimaiyyəti İrəvanda yeganə olan Rus Dram Teatrının qapadılması ilə bağlı aksiya keçirmişdi. Onlar hökumətdən bu teatrın fəaliyyətinin dayandırılması ilə əlaqədar qərar verməsini tələb edirdilər. Bu, Ermənistan tərəfdən Rusiya mədəniyyəti, rus dili əleyhinə atılan bir daş deyildimi ki, Zaxarova bu faktlara göz yumaraq erməniləri müdafiə edir. Monoetnik dövlət olan Ermənistanda rus dilinin boğulması, ruslara qarşı təzyiqlər göstərilməsi adi hala çevrilib. Azərbaycanda isə həm dövlət, həm də cəmiyyət səviyyəsində rus dilinə, rus mədəniyyətinə olduqca isti münasibət var.  

Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov “Bakı-Xəbər”ə bildirdi ki, tarix boyu Azərbaycanla Rusiya arasında siyasi və diplomatik münasibətlər mövcud olub. O qeyd etdi ki, bu gün də həmin münasibətlər geniş səviyyədə davam etdirilir. Onun sözlərinə görə, bu gün Azərbaycanda rus dili və ədəbiyyatının təbliğ edilməsi, bununla bağlı xüsusi olimpiadanın keçirilməsi iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olmasını göstərir. Rusiyadakı ermənipərəst qüvvələrin iki ölkə arasındakı əlaqələrin inkişafına xələl gətirmək məqsədilə ortaya təxribatçı fikirlər atması heç bir nəticə verməyəcək. Rusiyada bəzi dövlət qurumlarında ermənipərəst qüvvələrin münasibətlərə kölgə salmaq niyyəti güddüyünü deyən tarixçi-alim hesab edir ki, Azərbaycan və Rusiya dövlətləri, onların vətəndaşları heç kəsin təxribatına uymamalıdır.

Alim bu günlərdə Azərbaycanda rus dili və ədəbiyyatı üzrə 11-ci respublika olimpiadasının keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğuladı. O bildirdi ki, bu olimpiada Azərbaycan məktəblilərində rus dili və ədəbiyyatına maraq yaradılması üçün keçirilir. “Azərbaycan və Rusiya arasında həm tarixi, həm mədəni, həm elm və təhsil, eləcə də digər sahələrdə əməkdaşlıq əlaqələri, dostluq var. Bilirsiniz ki, bu gün Azərbaycanda rusdilli təhsilə böyük maraq mövcuddur. Orta və ali məktəblərdə rus dili fənni tədris olunmaqla yanaşı, həm də rus bölmələri fəaliyyət göstərir. Azərbaycanda tarixən rus dilinə, rus ədəbiyyatına, rus mədəniyyətinə böyük hörmətlə yanaşılıb. Azərbaycan məktəbliləri arasında rus dili və ədəbiyyatı üzrə respublika olimpiadasının keçirilməsi də iki dövlət və iki xalq arasındakı əlaqələrin çox möhkəm olduğunu bir daha sübut edir. Qara qüvvələrin iki dövlət arasına nifaq toxumları əkmək cəhdləri baş tutmayacaq. Çünki görülən işlər, həyata keçirilən tədbirlər iddiaları alt-üst edir. Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi şəxsiyyətləri də Rusiyada təbliğ olunur. Yəni bizim qarşılıqlı mədəni-humanitar əlaqələrimiz var. Azərbaycanda Rus Dram Teatrı var. Ayrı-ayrı rus icmalarının musiqi qrupları, özfəaliyyət dərnəkləri mövcuddur. Ölkəmizdə Rusiya mədəniyyət mərkəzləri fəaliyyət göstərir” - deyə alim bildirdi.

Qeyd edək ki, hər il ölkəmizdə 7-8-ci sinif şagirdləri arasında keçirilən bu intellektual yarışda minlərlə məktəbli iştirak edir. XI rus dili və ədəbiyyatı respublika olimpiadasının əhəmiyyətini rusiyalı tanınmışlar da qeyd edirlər. “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisovun sözlərinə görə, Azərbaycanda rus dilinin inkişafına böyük önəm verilir. O qeyd edib ki, Azərbaycanda rus dili gənclər arasında çox populyardır. Dilin tədrisi üçün kurslar, orta və ali məktəblərdə xüsusi dərnəklər fəaliyyət göstərir.

Yeri gəlmişkən, 5 ay ərzində ölkənin müxtəlif şəhər və rayonlarında olimpiadanın 24 turu keçiriləcək. Nəticələr isə iyunda beynəlxalq rus dili günündə elan olunacaq.

Onu da deyək ki, Azərbaycanda keçirilən XI rus dili və ədəbiyyatı fənni üzrə respublika olimpiadasında Pirallahı və Xəzər rayonlarında fəaliyyət göstərən və BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin 7-8-ci sinif şagirdləri iştirak ediblər. Sözügedən məktəblərin şagirdlərinin iştirakı ilə keçirilən olimpiadada qeyd edilib ki, keçmiş SSRİ respublikalarından fərqli olaraq, Azərbaycanda rus dilinə və ədəbiyyatına olan münasibət əvvəlki kimi qalıb. Bütün bunlar Azərbaycanda təhsilin səviyyəsinin, respublikamızda rus dilinə münasibətin yüksək olmasının təzahürüdür. Bu isə, öz növbəsində, Azərbaycanla Rusiya arasında olan əlaqələrin daha da möhkəmlənməsinə və inkişaf etməsinə şərait yaradacaq.

Onu da vurğulayaq ki, son 5 ildə Azərbaycanda rus dili və ədəbiyyatı üzrə respublika olimpiadası bir sıra rayon və şəhərlərimizdə keçirilib. İndiyə qədər  bu olimpiada Sumqayıt, Gəncə, Xaçmaz, Şəki, Mingəçevir, Şamaxı, Şirvan, Lənkəran, Naxçıvan, Ağstafa, İsmayıllı, Göygöl, Daşkəsən, Samux, Goranboy, Yevlax, Tovuz və s. şəhər və rayonlarda düzənlənib.

Heç şübhəsiz ki, rus dili və ədəbiyyatının Azərbaycanda təbliğatı baxımından bu olimpiadanın ayrıca yeri var. Bunu hər kəs görür. Azərbaycan və  Rusiya arasındakı isti münasibətlərin nümunələrindən olan bu tədbirlərin ölkəmizdə davamlı olaraq keçirilməsi bütün iddialara əsl cavabdır.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ